“İsmət” filminin
75 yaşı qeyd olunub
Dövlət Film Fondunda ilk azərbaycanlı
kinorejissorlardan Mikayıl
Mikayılovun çəkdiyi
“İsmət” filminin
75 illiyi münasibətilə
tədbir keçirilib. Tədbirdə fondun direktoru, əməkdar incəsənət
xadimi Cəmil Quliyev film və onun rejissoru haqqında söz açıb. Keçən
il filmlə bağlı qiymətli sənədlər əldə
edildiyini bildirən direktorun sözlərinə
görə, ötən
əsrin 30-cu illərində
lentə alınmış
“İsmət” filmi nəinki Azərbaycanın,
hətta bütün Şərqin ilk qadın təyyarəçisi Leyla
Məmmədbəyovaya həsr
olunub: “Səssiz kinoya xas dinamiklik,
aktyor oyunundakı cəsarətli və maraqlı detallar filmin daha baxımlı
olmasını təmin
edib”. Kinoşünas Aydın Kazımzadənin
də çıxışı
filmə və rejissorun yaradıcılığına
həsr olunub. Film nümayiş etdirildikdən sonra L.Məmmədbəyovanın oğlu
Xanlar Məmmədbəyov
çıxış edərək,
tədbirdə əməyi
olanlara minnətdarlığını
bildirib.
SARA
525-ci qəzet.- 2010.- 10 mart.- S. 7.