Naxçıvan tarixi ilə bağlı geniş atlas nəşr olunub

 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, Naxçıvan Muxtar Respublikası Dövlət Yerqurluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun birgə hazırladığı Naxçıvan Tarixi Atlası bu günlərdə işıq üzü görüb. Olduqca nəfis tərtibatda çap olunan atlasda Naxçıvan tarixinin ən qədim dövrlərdən başlayaraq günümüzədək olan dövrlərini əks etdirən xəritələrdən istifadə edilib. Bir çox xəritələr tarixi sənədlər əsasında ilk dəfə tərtib olunaraq atlasda yer alıb. Bu barədə AMEA Naxçıvan Bölməsinin əməkdaşı Türkanə Bəylərlidən məlumat almışıq.

57 səhifədən ibarət yeni atlas saxtakar ermənilərin Naxçıvana olan ərazi iddialarının əsassızlığını təsdiq edən mühüm tarixi sənəddir. Belə ki, regionun müxtəlif dövrlərin tarixi coğrafiyasını əks etdirən 50-yə yaxın xəritə təsdiq edir ki, bu bölgə Azərbaycan türklərinə məxsus ərazi kimi qədim dövrlərdən burada meydana gələn quldar feodal dövlətlərin tərkibində olub. Eyni zamanda tarixin müxtəlif dövrlərində Naxçıvan ərazisində müstəqil dövlət qurumları (Naxçıvan xanlığı 1747-1828, Araz-Türk Respublikası 1918-1919) yaradılıb.

Yeni nəşrin ilk səhifələrində daş tunc dövrünün, qədim türk abidələrinin yayıldığı bölgələr yer alıb. Atlasda Naxçıvanın konkret olaraq bir şəhərin adı olmaqla yanaşı, həm böyük bir bölgənin adını bildirdiyini, habelə bu bölgənin qədim zamanlardan başlayaraq Azərbaycan ərazisində yaranmış bir sıra dövlətlərin tərkibində olduğu, hətta XI yüzillikdə burada Şəddadilər dövlətindən yarımasılı vəziyyətdəNaxçıvanşahlıqadlı kiçik feodal dövlət qurumunun yarandığı da əksini tapıb.

Qeyd edək ki, Naxçıvan inzibati ərazi bölgüsü indikindən daha böyük ərazini əhatə edib. XIII-XIV əsrlərdə mövcud olanNaxçıvan tüməniAraz çayının şimal cənub sahillərində bir sıra əraziləri əhatə edərək, Maku şəhərindən Qafan dağlarınadək (Maku Qafan daxil olmaqla) uzanırdı indiki Naxçıvan MR-in ərazisindən çox böyük bir əraziyə malik idi. XVIII əsrin 20-ci illərində Osmanlılar tərəfindən yaradılanNaxçıvan sancağında 14 nahiyə, 315 yaşayış məskəni var idi. Sancağa Arazın cənubunda olan bəzi torpaqlarla yanaşı Dərələyəz Sisyan nahiyələri başqa ərazilər daxil idi. Digər dövrlərdə Naxçıvanın inzibati ərazi bölgüsü müxtəlif torpaqları əhatə edib. 1747-1828-ci illərdə mövcud olan Naxçıvan xanlığının ərazisinə daha geniş torpaqlar daxil idi. Həm bunlar, həm qeyd etmədiyimiz bir sıra məsələlər, o cümlədən XX yüzillikdə, xüsusilə 1929-cu ildə sovet hakimiyyəti tərəfindən Naxçıvandan qoparılaraq ermənilərə verilmiş ərazilər yeni çap olunan xəritədə öz obyektiv əhatəli əksini tapıb.

Atlasda həmçinin Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş əraziləri erməni qoşunlarının hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın köçkünlərin müvəqqəti məskunlaşdığı yerlər də öz əksini tapıb.

 

 

İlahə QAFAROVA

 

525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.