“Ulduz”un yeni sayı
çapdan çıxıb
“Ulduz” ədəbi-bədii
jurnalın növbəti
sayı işıq üzü görüb. Jurnalın bu sayında Məmməd İlqar, Faiq Balabəyli, Həbib Səfər, Fərqanə
Mehdiyeva, Mahmud Vəli, Şöhlət Əfşar, Mənsurə
Qaçayqızı və
başqalarının şeirləri
dərc olunub. Dərgidə Rüstəm
Kamalın Məmməd
İlqarın yaradıcılığından
bəhs edən yazısı da öz əksini tapıb. Jurnalın digər səhifələrində
Rafiq Şamiloğlunun
“Mötəbər söhbət”,
“Məmişin yuxusu”,
Ayxan Kiçikbəyin
“Sevgi məktubları”,
Sahilənin “Qorxu”, “Elə deyilmiş”, “Riyakar ruhlar”, “Dünyanın qarnı quruldayır” hekayələri
oxuculara təqdim olunub. Sənətşünaslıq
doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyevanın
“Azərbaycanda ifaçılıq
məktəbinin yeni uğurları” başlıqlı
məqaləsi də bu saydadır. Atababa İsmayıloğlunun
“İsrafilin suru” satirası ilə yanaşı, dərgidə
Molla Qeybullanın sərgüzəştlərilə bağlı lətifələr
də var. Jurnalda, Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlının tərcüməsində
Dostoyevskinin “Karamazov qardaşları” romanının
işıq üzü
görməsi münasibətilə,
professor Məmməd Qocayevin kitaba yazdığı ön sözdən bir hissə verilib. Herta Müllerin “Enişlər” kitabından
“Qəbirüstü çıxış”,
“Əlində kibrit qutusu tutan kişi”
miniatürləri də
jurnalın yeni sayındadır. Vahid Məmmədlinin “Tunc Allahın yükü” detektiv əsəri, yazıçı-dramaturq Elçin
Hüseynbəylinin “Vulkan
adam” hekayəsi də jurnaldakı maraqlı ədəbi materiallardandır.
Günel MUSAYEVA
525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.