Kubada Azərbaycan Mədəniyyət Günləri
yekunlaşıb
Martın 3-6-da Kubada Azərbaycan-Kuba hökumətlərarası
komissiyasının növbəti
üçüncü iclası
ilə eyni vaxtda keçirilən Azərbaycan Mədəniyyəti
Günləri başa
çatıb. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib. Mədəniyyət
günlərində iştirak
etmək üçün
Kubaya 50-yə yaxın
incəsənət xadimini,
mətbuat işçilərini
və texniki heyəti əhatə edən bir qrup
yollanıb. Azərbaycan
Mədəniyyət Günlərinin
açılış konserti
Havananın məşhur
“Mella” teatrında olub. Konsertdə Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin Kubadakı səfiri Aqşin Mehdiyev, hökumətlərarası komissiyanın
nümayəndələri, Kubanın hökumət rəsmiləri iştirak ediblər. Havanadan başqa, Azərbaycan sənətçiləri Kubanın
Matansaz əyalətində
də konsert veriblər. Mədəniyyət
günləri çərçivəsində
Havananın Xose Marti adına Milli Kitabxanasında Azərbaycanı tərənnüm
edən fotosərgi və milli geyimlərin
nümayişi təşkil
olunub.
SARA
525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.