Azərbaycanda Milli Teatr Günü qeyd olunub
Azərbaycan Teatr Xadimləri İttifaqında 10 Mart Milli
Teatr Günü münasibətilə konfrans
və teatr xadimlərinin mükafatlandırılması
mərasimi keçirilib. APA-nın
məlumatına görə,
Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış
edən Teatr Xadimləri İttifaqının
sədri Azərpaşa
Nemətov Azərbaycanda
peşəkar teatrın
yaranmasının 137 illiyi
münasibətilə ölkənin
bütün teatrlarını
təbrik edib: “Son illər Azərbaycan teatrında çoxsaylı
müvəffəqiyyətlər əldə olunub və bu fakt
danılmazdır. Mən Azərbaycan
teatrına bundan sonrakı fəaliyyətində
də uğurlar diləyirəm”. Mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan teatrının
çox şərəfli
yol keçdiyini deyib: “Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim
bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin,
Cavidin ruhları, yəqin ki, bu gün şaddır.
Çünki Azərbaycan teatrı
yüksəliş yolundadır”.
Tədbirdə Yaşar
Nuri, Afaq Bəşirqızı, Cənnət
Səlimova, Vaqif İbrahimoğlu, İnqilab
Kərimov, İrina Tağızadə, Nigar İbrahimova, Elşad Rəhimzadə, İqrar Salamov, Tamilla Abdullayeva mükafatlandırılıblar.
525-ci qəzet.- 2010.- 11 mart.- S. 7.