Hədər getməyən zəhmət

 

Tanınmış kinoşünas, Əməkdar İncəsənət xadimi Aydın Kazımzadənin anadan olmasının 70 illik yubileyi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Tədris teatrında təntənəli surətdə qeyd edildi. Açığı, bu günə çoxdan hazırlaşan Universitet rəhbərliyi, ən çox da Aydın müəllimin dərs dediyiSənətşünaslıqfakültəsinin müəllim tələbə heyəti tədbirin formatından, yubilyar barədə söz demək istəyən insanların çox uzun siyahısından xəbər tutub narahatlıq hissi keçirirdilər. Elə mərasimin ssenariçisi, rejissoru da qismən narahat idi; görən ilin-günün bu çağında, şouların meydan suladığı bir vaxtda bir kinoşünasa həsr olunmuş məclisə maraq qədərincə olacaqmı? Ancaq sən demə el gözü doğrudan da tərəziymiş. İnsanlar öz zəhməti ilə ucalan, xalqına təmənnasız xidmət göstərən, iddiasız, təşəxxüsdən uzaq sənətkarı da, sənəti yaxşı tanıyır, sevir. qəribədir ki, belə sənətkarların şad gününə toplaşanların səviyyəsi , mədəniyyəti, mənəviyyatı da gözgörəsi fərqli olur. Bu mənada A.Kazımzadənin ADMİU-da baş tutan yubiley mərasimi möhtəşəm keçdi desək yerinə düşər. İstər əsas yeri olan Mədəniyyət İncəsənət Universitetinin prorektoru professor Rafiq Sadıqov, istər Azərbaycan film fondundan, eləcə ilk baxışda kinoşünaslığa bir o qədər dəxli olmayan Müdafiə Nazirliyinin Həzi Aslanov adına mərkəzi zabitlər Hərbi dənizçilər məktəbindən, Milli Ensiklopediyanın redaksiya heyətindən , Azərbaycan Rəssamlar Birliyindən mərasimə təşrif gətirənlər Aydın Kazımzadənin yüksək insani keyfiyyətləri, zəhmətsevərliyi, zabitəli, əsl Azərbaycan kişisi olması barədə ən isti ürək sözlərini söyləyirdilər.

A.Kazımzadənin uşaqlıq illəri II cahan müharibəsi illərinə təsadüf edib. Atası müharibəyə gedib, 15 yaşından ağır əməyə qatlaşıb ki, evə çörək pulu gətirsin. Kitab oxumağı da bir an belə unutmayıb. Ən çox da kinoya vurğun olub. Ötən əsrin 60-cı illərində ADU-nun jurnalistika şöbəsini bitirəndən sonra həyatını bütünlüklə Azərbaycan kinosu tarixinə, onun dərindən öyrənilməsinə həsr edib. Məhz A.Kazımzadənin gərgin axtarışları sayəsində ölkəmizin kino tarixinin 1916-cı ildən başlanması stereotipinəyoxdeyilib. Aydın müəllim tutarlı dəlillərlə sübut edib ki, bu tarix 1898-ci ildən başlayır. Çıxış edənlər Aydın müəllimin bir-birindən maraqlı, yeni-yeni bilgilərlə zəngin kitabları, monoqrafiya dərs vəsaitləri barədə dəyərli fikirlərini bildiriblər. ..

Mərasim uzandıqca-uzanır, ancaq Tədris teatrının tamaşa zalını ağız-bağız tutmuş tamaşaçıların üzündə yorğunluqdan əsər-əlamət görünmürdü. Əlbəttə bu gözəl əhval-ruhiyyənin qorunmasında Mədəniyyət İncəsənət Universitetinin yetirmələrinin əməyi böyük idi. Musiqi sənəti fakültəsinin tələbələrindən Aygün Mahmudovanın, Rəna Usubovanın, Azad Şabanovun, aktyorlar Arif Quliyevin, Qorxmaz Əlilinin, aşıq Əhliman Şirvanlının, dosentlər Aytəkin Həsənova Gülağa Zeynalovun ifaları, xüsusiləXoreoqrafiya səhnə plastikasıkafedrasının tələbələrinin ifasında təqdim olunan son dərəcə orijinal rəqslər yubiley tədbirinin şux ovqatla ötüşməsinə yardımçı oldu.

Ruh yüksəkliyi ilə yekunlaşan tədbirin sonunda Aydın Kazımzadənin söylədiyi təşəkkür çıxışı mərasim iştirakçılarına təsirli, duyğulu anlar yaşatdı. Yubiley mərasiminə quruluş verən Ədalət Ziyadxanov Çingiz Ələsgərli, ssenariçi Aqşin Babayev, böyük şovq ilhamla aparıcılıq etmiş Zülfiyə Eldar qızı sevinirdilər. Narahatlığa əsas yoxmuş.

 

 

İntiqam Mehdizadə

 

525-ci qəzet.- 2010.- 12 mart.- S. 7.