“İmamzadə”
tarixi-dini kompleksi haqqında monoqrafiya hazırlanıb
Bu günlərdə Milli Elmlər Akademiyası (AMEA) Gəncə
Elm Mərkəzində
prezident İlham Əliyevin Gəncədəki
“İmamzadə” tarixi-dini
kompleksinin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncamla
bağlı yığıncaq
keçirilib. AMEA-dan verilən
məlumata görə,
yığıncaqda çıxış
edənlər prezident
tərəfindən belə
bir vacib addımın atılmasını
ölkə başçısının
milli-mənəvi dəyərlərimizə
göstərdiyi diqqət
və qayğısının
təzahürü kimi
qiymətləndiriblər. Alimlər 8-ci əsrdan yadigar qalan kompleksin
məhv olmaq təhlükəsinin qarşısının
alınacağını əminliklə
vurğulayıblar. Yığıncaqda bildirilib ki, sözügedən elm mərkəzinin əməkdaşları
bu nadir kompleksə dövlət başçısı tərəfindən
göstərilən qayğıya
uyğun olaraq, 400 səhifəlik elmi monoqrafiya hazırlayaraq çap üçün nəşriyyata təqdim ediblər. Yaxın günlərdə işıq
üzü görəcək
monoqrafiyada oxucular “İmamzadə” ziyarətgahı
və onun ətrafında inşa edilən, sonralar təbii aşınmalar nəticəsində məhv
olmuş tarixi tikililər haqqında daha ətraflı bilgilər almaq imkanı qazanacaqlar.
SARA
525-ci qəzet.- 2010.- 12 mart.- S. 7.