Ucarda Cənubi Azərbaycan izi

 

Azərbaycandakı yer adlarının tədqiqi zamanı belə bir nəticəyə gəlmək olur ki, bunların əksəriyyətinin Güney Azərbaycanla bilavasitə bağlılığı var. Əlamətdar hal odur ki, Azərbaycan uzun illər işğallara, zor gücünə assimlyasiyalara yer adlarının dəyişdirilməsi siyasətinə məruz qalmasına baxmayaraq, xalq çətinliklə olsa belə qədim yer adlarını qoruyub saxlaya bilib. Xalqın qoruyub saxladığı bu adlar Vətənin böyüklüyünü, o taylı, bu taylı Azərbaycanın bütövlüyünü sübut edən ən etibarli faktdır. Türkmənçay müqaviləsindən sonra ikiyə bölünmüş Azərbaycanın cənubu ilə şimalı arasında əlaqəni, birliyi sübut edən yer adlarından biri “Ucar”dır.

Hazırda Azərbaycan ərazisində Ucar rayonu, həmçinin Kürdəmir rayonu ərazisində Ucarlı kəndi adında ərazi var.

Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunub, ərazisi 0,85 min kvadrat kilometr, əhalisinin sayı 74800 nəfərdən çoxdur. Əhalinin 99,58 faizini azərbaycanlılar, 0,21 faizini ruslar, 0,03 faizini ləzgilər, 0,05 faizini ukraynalılar, 0,02 faizini isə tatarlar başqa xalqlar təşkil edir.

Ucar rayonu ilə Bakı şəhəri arasındakı məsafə 234 kilometrdir. Rayonun tabeliyində 1 şəhər, 14 kənd ərazi vahidi var. Kəndlərin sayı 29-dur. Rayonun mərkəzi Ucar şəhəridir. Ucar rayonu 24 yanvar 1939-cu ildə müstəqil rayon kimi təşkil olunana qədər Göyçay rayonunun tərkibində olub.

Ucarın tarixində ən əlamətdar səhifələrdən biri İkinci Dünya Müharibəsi illərində məşhur 416-cı Taqanroq diviziyasının burada yaradılmasıdır. Rayondan adlı-sanlı şəxslər, müharibə əmək veteranları, yüksək vəzifəli dövlət məmurları, çoxlu sayda elmlər doktoru elmlər namizədi çıxmasına baxmayaraq son illər hazırlanmış veb saytda bunlar haqqında məlumatların olmaması təəccüb doğurur.

Ucaradının mənşəyi ilə bağlı bu vaxta qədər tədqiqatlar çox səthi aparılıb ki, bunu rəsmi arayışlarda Ucar rayonunun tarixilə bağlı verilən məlumatlardan da görmək olar. Rayonun adı, qədim yaranma tarixi haqqında müxtəlif fikirlər söylənilir. Ərəb coğrafiyaşünası Əl-SitəkrininMəmləkətlərin yollarıadlı kitabında Ucar adına rast gəlinir. Burada Ucar Azərbaycanda orta əsr şəhəri kimi qeyd olunur. Həmçinin XV əsrdə yaşamış Azərbaycan şairi Bədr Şirvaninin yazılarında Ucar sözünə rast gəlinir. Bunlardan başqa digər mülahizələrdə rayonun adının Azərbaycan dilindəkiUçarsözündən əmələ gəldiyi bildirilir. Bəzi mülahizələrə görə rayonun adı qədim Şirvanda yaşamışUçartayfasının adından götürülüb. Ucar sözününUcqarsözündən götürülməsi fikrini söyləyənlər var. Hazırda Ucar rayonunun Respublikanın mərkəzi hissəsində yerləşməsinə baxmayaraq vaxtı ilə Şirvanşahların paytaxtı Şamaxı şəhərindən ən ucqar ərazidə yerləşdiyinə görə adınınUcqarsözündən götürüldüyü ehtimallar arasındadır.

Yuxarıda qeyd olunan qısa tarixi arayışdaUçarsözünün Cənubi Azərbaycanla bağlılığına aid heç bir fikirin olmaması bu tədqiqatların səthi birtərəfli aparılmasından xəbər verir.

Royonun Alpı, Alpout, Bağban, Bağırbəyli, Bərgüşad, Boyat, Çiyni, Gəraybəyli, Xələc, Küçəkənd, Qarabörk, Qaracallı, Qaradağlı, Qazıqumlaq, Qazyan, Quləbənd, Lək, Məlikballı, Müsüslü, Pirkənd, Ramal, Rəstəcə, Şahlıq, Şilyan, Türkəçi başqa qədim adlara malik kəndlərin hər biri Azərbaycan tarixinin dərindən öyrənilməmiş səhifələrini təşkil edir.

Rayonun əhalisinin tərkibində tarixin müxtəlif dövrlərində Güney Azərbaycandan gələrək burada məskunlaşmış əhali var ki, bunu ərazidəki yer adları da sübut edir. Rayonun Qaradağlı kəndinin əsasının Cənubi Azərbaycanın Qaradağ vilayətindən gəlmiş əhalinin qoyması başqa faktlar məhz bu qəbildəndir. Bir məsələni qeyd etmək yerinə düşər ki, Xürrəmilər hərəkatının mərkəzi olan Bəzz qalası Qaradağ vilayətindədir. Azərbaycan xalqının qəhrəman oğlu, “Sərdari milliadını almış Səttərxan da burada anadan olub. Məhz buna görə bəzi mənbələrdə onun adı Səttar xan Qaradaği kimi göstərilir.

Ucarın BakıTiflis dəmir yolunun üstündə yerləşməsi XIX əsrin II yarısından bu əraziyə gələnlərin sayını artırmış, gələn əhalinin içərisində Cənubi Azərbaycanın Qaradağ vilayətinin sakinləri çoxluq təşkil edib. Maraqlı məqam bundadır ki, həmin əhaliUcar”, “Qaradağlı s. yer adlarını da özləri ilə şimalı Azərbaycana gətirdikləri ehtimal olunur. BəsUcarsözünün mənşəyinin cənubi Azərbaycanla bağlılığını sübut edən faktlar varmı?

Bəli, uzun illər tədqiqatçıların diqqətini cəlb etməyən belə faktlar mövcuddur onların obyektiv şəkildə tədqiqi aktual olaraq qalır. Mənbələrdə qeyd olunur ki, Güney Azərbaycanda Savalan dağından qərbdə Ucarçay mahalı var. Bu da yuxarıda adı çəkilən Qaradağ vilayətinin ərazisinə daxildir. (Bax: Azəbaycan tarixi” (uzaq keçmişdən 1870-ci ilə qədər. Red. S.Əliyarlı) Bakı 1996, s. 301).

Sonda onu da qeyd etmək lazımdır ki, Azərbaycan tarixi sahəsində tədqiqatların genişləndirilməsinə, hər bir şəhərin, rayonun, kəndin tarixinin obyektiv tədqiqinə böyük ehtiyac var. Bu tarixin daha da zənginləşməsinə xalqın öz tarixi, mənşəyi, soykökü ilə bağlı daha tutarlı faktlara malik olmasına yaxından kömək edə bilər.

 

 

Məhərrəm ZÜLFÜQARLI

 

525-ci qəzet.- 2010.- 12 mart.- S. 4.