ORALARDA KİMLƏR VAR: BƏŞİR
FUAD
SÖZ, QAN VƏ KİTAB
Bəşir Fuad 6 fevral
1887-ci ildə İstanbulun Cağaloğlu yoxuşunda
Kitabçı Arakelin dükanı qarşısındakı
12 nömrəli evində gecə gec saatlarda biləklərini
kəsdiyində 35 yaşındaydı; ölüm
anlarında yaşadıqlarını,başına gələnləri
qanıyla bir kağıza yazdı və son sözləri
başucundakı doktora söylədiyi “ZƏHMƏT ÇƏKMƏYİN,
BEŞ DƏQİQƏLİK ÖMRÜM QALDI” ifadələri
olmuşdu.
Tənzimat dövrünün ziyalılarından bəlkə də birincisi olan Bəşir Fuad Türk ədəbiyyatında ilk tənqidi araşdırması “VİKTOR HÜQO” adlı kitabıyla o dövrün romantik zövqünə qarşı Batı gerçəkçiliyini üzə çıxardı. Kitab böyük bir mübahisə qaldırdı. Xəyalpərəstlər (romantiklər), həqiqətçilər (gerçəkçilər) olaraq ikiyə bölünən aydınlar arasındakı bu mübahisəyə Recaizadədən Namık Kemala, Muallim Nacidən Mənəmənlizadəyə o zamanın bütün tanınmış isimləri qatıldı. Bu dartışmaların çox vacib bir bölümünü sağlığında kitab kimi çap etdirən Bəşir Fuad “ŞEİR VƏ HƏQİQƏT” adlı kitabını isə çap etdirmədən intihar etdi.
Handan İncinin “ŞEİR VƏ HƏQİQƏT” adlı kitabına Bəşir Fuadın daha öncəki kitablarını (Viktor Hüqo,Məktublar, İntikad) və digər yazılarını əlavə edərək yazdığı əsər “BƏŞİR FUAD ƏFSANƏSİ”nin bəzi məqamlarına açıqlıq gətirir.
Mustafa Aydoğandan
uyğulama
1887-ci ilin fevral ayı.
“İntihar etdim.Heç bir
ağrım yoxdur.Qan axdıqca bir az incidir.Qanım axarkən
baldızım aşağıya düşdü.Yazı
yazıram, qapını bağlayıram deyə cəftəni
asdım. Allah köməyi olsun,içəri girmədi. Bundan
daha dadlı bir ölüm təsəvvür etmirəm.Qan
daha çox axsın deyə hiddətlə qolumu
qaldırdım.Yavaş-yavaş huşumu itirməyə
başladım”.
Bu cümlələr Bəşir
Fuadın ölümünü anladır.Son cümlələrini
qanıyla yazan bir yazarın tarixə bir dipnot
düşmüş olduğunu necə inkar edə bilərik?
Bəşir Fuadın
ölümünə hansı tərəfdən baxırsaq baxaq,
acı bir ölümdür. Acı və faciəvi. 35
yaşında gənc, dipdiri, həyəcanlı,
yaraşıqlı və hələ çox şeylər
yaza biləcək bir ömrün başlanğıcı... Hələ
ardı var: Ölümünü bir xatirəyə
çevirmiş.Ölümünü sözbəsöz
yazmış və onu sənədləşdirmişdir.Bunu
vacib bilmişdir.
Ədəbiyyat tariximiz onu
uzun zaman unutdu. M. Orhan Okayın bir işini nəzərə
almasaq (1969). Son kitabını çap etmədən həyata
vida etdi.Bir sıra yazıları yüz ildən çox bir
vaxtda dərgi və qəzet səhifələrində
isti-isti qalaraq öz təravətini saxladı.Ta ki Handan
İnci o əsərlərə əl uzadana qədər.1999-cu
ildə “Yapı Kredi” nəşr evində kitab halına
salınan yazıları “ŞEİR VƏ HƏQİQƏT”
adıyla yenidən gün üzünə çıxdı və
onu az da olsa günün oxucularına təqdim etdi.
Bəşir Fuadın
kitabın üz qabığında verilən fotoqrafı nə
qədər ağrılı. Qalın bığların
arxasında dərin baxışlı gözlər və
açıq, parlayan bir alın. Masanın başında, əlində
quş lələyi qələm, yaxşı bir poz verə
bilmək üçün bir yazarın sahib olması gərəkən
bütün ehtişamı ifadə edirmiş kimi.
Gənc yaşda.
ÖLƏN, İNTİHAR
edən yazarların sayı
heç də az deyil.Bəzən insan başını itirir:
Yaşasaydılar, o gözəlliklərini saxlaya biləcəkdilərmi?
Bəzi ölümlər
ölənin şəxsiyyətinə sanki bir şeylər əlavə
edir.Ölümün yenidən yaşadan və var edən bir
təsiri də var.Ancaq şöhrətinin astanasındaykən
ölmənin gələcəkdə meydana çıxacaq
bütün mümkün
çatışmazlıqlarını ortadan
qaldırdığını söyləmək çox
çətin.Amma “TAM DA ZAMANINDA” ölmənin bir az daha
çox yaşamaq vəsiqəsi kimi bir məqamı da var.
Bunu tam əks olan bir dəyərləndirmə etdiyimizdə
izah edə bilirik ancaq: bəzən uzun ömürlər o
yazıçının əsərinin də artıq get-gedə
dəyərini itirməsinə səbəb ola bilir.
“HƏR ÖLÜM BİR AZ ERKƏNDİR”
deyə bir söz var.
Yaradıcılığının
ən məhsuldar vaxtında biləklərini kəsərək
canına qəsd edən bir yazarın bu erkən ölümə
can atmasının gerçəkləri üzərində
düşünməyə dəyər. Nə olur,
yazacağı son cümləni vücudundan
fışqıran qanla yazmaya məcbur edir yazarı? Eyni
cümləni qələmin ucuna sürtə biləcəyi
bir mürəkkəblə daha asan yaza bilməyə imkanı
olduğu halda! Nə olur ki, yazara, şairə intihar etməyi
tək yol olaraq görür?
Ölümün
yazacağı cümləni yaşamın yazacağı
cümlədən hansı daxili məna ayırır görəsən?
Qanın hərflərə dönüşməsindəki
ritmi arzu edən bir qəlbin içinə
düşdüyü vəziyyətmi, yazılmış və
yazılacaq onlarla kitabın açıqlamasımı
gözləyir yoxsa!
Ancaq hər intihar edən
yazar, şair də son anında qələmə əl
atmağı gərək bilməmiş.Qanının
vücudunun içində qalmasında bir məqsəd
görməmiş. Bunu, yazdıqlarını kifayət bilib
bir nəticə çıxarmaq düzgün deyil.Əgər
belə olsaydı, elə bir sonucu seçməzdi bəlkə
də. Böyük insanlıq üçün dərs ola biləcək
insanların bu cürətli davranışı heç də
bir kədərdən doğan,bir imkansızlıqdan yaranan
davranış deyil.
İstər STEFAN SFEYQİN
həyat yoldaşı ilə birlikdə bir otel
otağındakı ölüm rəqsi, istər VALTER
BENJAMİNİN canına qəsd etməsi bir az daha başa
düşüləndir.
Sfeyqin Avropa röyası
darmadağın olmuşdur.
Benjamin isə Gestapodan
qorxaraq özü öz əliylə ölümü
seçmişdi.
Bəs GİLLES DELEUZE?
CEZARE PAVESE?
Və daha neçələri...
NƏDİR BU İNSANLARI, BU YAZARLARI İNTİHARIN
QAPISININ AĞZINA GƏTİRƏN?
Uzun illər bu adamlar
haqqında yazılanlar neçə-neçə kitaba
sığmaz və doğrudanmı, neçə-neçə
illər bir ovçu kimi bu intihar onları izləmiş və
sonunda ovlanmışlar.Son sözü ölüm olan bir
düşüncə yumağının hansı
dünyalardan keçmiş ola biləcəyini təxminlərlə
irəli sürsək bizim haqlı olduğumuz nəticə
neçə faiz ola bilər?
İndicə adlarını
sadaladığımız yazarlarla Bəşir Fuad arasında
belə bir fərq var: heç birinin intihar yolu onun
intiharına bənzəmir. Heç birinin damarındakı
qan mürəkkəbə dönüşməmiş. Son
cümlələri qırmızı bir
fışqırıqla coşmamış. Bir çoxları
dəfələrlə eşitdiyimiz intihar yolunu
seçmişlər.Məsələn Pavese bir otel
otağında yuxu dərmanı ataraq intihar etmişdir.
Qansız, sadə və sakit.
İntiharın heç bir
gözəl tərəfi yox şübhəsiz. Zatən
intihar edənlər də gözəl olduğu
üçün seçmirlər onu. Bir yazarın, şairin,
filosofun öz yaşamı üzərində belə bir
haqqı görmüş olmasına hansı səbəbdən
olursa-olsun haqq qazandırılacaq bir imkan tapmaq çox çətin.
Yazılan son cümləni oxumaqda çətinlik çəkirəm.Qanın
yavaş-yavaş kağızın o biri üzünə
keçdiyi vərəqdə insanın içini
üşüdür və insan o qanın səsini eşitdikcə
canına bir ürpərti keçir.Bununla birlikdə bu sirr
dolu sonluq qarşısında mən də susmaqdan başqa bir
yol görmürəm yenə də.
Bəşir Fuadın o
kağıza nə yazdığı ilə maraqlanan hər
bir oxucunu o sətirlərlə baş-başa buraxıram:
“Nə eləyəcəkdimsə
elədim,heç bir ağrı hiss etmədim.Qan axdıqca
bir az sızıltı verir. Qanım axarkən baldızım
aşağıya düşdü.Yazı yazıram,
qapını bağlayıram,- deyə cəftəni
asdım.Allah köməyi olsun,içəri girmədi. Bundan
daha dadlı bir ölüm təsəvvür etmirəm.Qan
daha çox axsın deyə hiddətlə qolumu
qaldırdım.Yavaş-yavaş huşumu itirməyə
başladım...”
BEŞİR FUAD KİM İDİ
Bəşir Fuad 1852-ci ildə
anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən
gürcü əsilli Hamdi Mahmud Paşadır. Hurşit
Paşanın oğludur. Adanada məmur olmuşdur. Anası
haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən
öldüyüdür.Maddi baxımdan heç bir ehtiyacı
olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində
başlayıb.Ailəsinin Suriyaya köçməsiylə təhsilini
Cizvit şəhərində davam etdirib. 1867-1870-ci illər
arasında İstanbulda Əskəri Məktəbdə
oxuyub.1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni
bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə
başlayıb.1875-1876 Serb müharibəsində olub,
könüllü olaraq 1877-1878-ci illərdəki Rus
savaşı və Girit üsyanlarında yavərlik
edib.Beş il Giritdə qalıb.Bu illər ərzində
almanca və ingiliscə öyrənib.İstanbula
qayıdıb və 1881-1884-cü illərdə müxtəlif
vəzifələrdə çalışıb.
1884-cü il onun yazı həyatında
ən məhsuldar il olub.İlk yazısı 1883-cü ildə
çap olunub.1884-cü ildən çevirilərə üz
tutub, müxtəlif nəşrlərdə ədəbiyyata
aid yazılar yazıb və iki dərgi çıxarıb. O
dərgilərdən ən maraqlısı “Günəş”dir.12
sayısı çıxandan sonra maddi vəziyyətdən
bağlanıb.
1884-cü ildə Bəşir
Fuad “Cəridə-i Havadis” qəzetində baş yazarlıq eləyib.
Qəzet bağlanıb və yazarlığını o
zamanın ən öndə gələn qəzetlərindən
“Tərcüman-ı Hakikat” və “Saadət”də davam etdirib.
Dil, özəlliklə xarici
dillərin öyrənimi Bəşir Fuadın ən çox
maraqlandığı sahə olmuş və bu barədə dəfələrlə
çıxış etmişdir.Bütün bunlarla
yanaşı, çox sevdiyi teatr sənəti haqqında
silsilə yazıları olmuşdur.
6 fevral 1887-ci ildə intihar
etmişdir.
Tofiq ABDİN
525-ci qəzet.- 2010.- 13 mart.- S. 27.