Bəşir Səfəroğlu Musiqili Komediya Teatrında anılıb

 

Dövlət Musiqili Komediya Teatrında unudulmaz sənətkar, xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 85 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə sənətkarın yadigarı, xlq artisti Afaq Bəşirqızının baş rol ifa etdiyiBankir adaxlıtamaşası nümayiş olunub. Eyni zamanda, teatrın foyesində Bəşir Səfəroğlunun yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.

Bizim 100 yaşımız varlayihəsi çərçivəsində həyata keçirilən mərasimi giriş sözü ilə professor, sənətşünaslıq doktoru Məryəm Əlizadə açıb. O, çıxışında teatrsevərlərin bir neçə saat ərzində xoş anlar yaşayacaqlarına əminliyini bildirib: “Baxacağınız tamaşaya köklənməniz üçün sizə bəzi məqamları xatırlatmaq istəyirəm. Birinci məqam tarixi faktla bağlıdır. Azərbaycanın görkəmli sənətkarı, unudulmaz səhnə ustası, teatr tariximizə adı qızıl hərflərlə yazılan Bəşir Səfəroğlunun anadan olmasının 85 illiyidir. Antik dövrün filosoflarından birinin məşhur kəlamı var: “Həyat qısa, sənət isə əbədidir”. Bugün Bəşir Səfəroğlu sənətinin əbədiliyinin şahidi oluruq. Bəşir Səfəroğlunun həm genetik, həm sənət varisi xalq artisti, görkəmli gülüş ustası Afaq Bəşirqızının ifa etdiyi baş rol növbəti faktla bağlıdır. Pərdələr qalxacaq Afaq Bəşirqızı özünün obraz yaradıcılığına başlayacaq”.

M.Əlizadə B.Səfəroğlunun ifa etdiyi rollara fərqli yanaşma tərzindən danışıb: “Bəşir Səfəroğlu obrazı yaradarkən ilk növbədə onun mənəvi bioqrafiyasını öyrənirdi. Daha sonra obrazın plastikasını, mimika jestlərini, zahiri psixoloji vəziyyətini o qədər ustalıqla mənimsəyirdi ki, tamaşaçı obrazı elə ilk dəfədən qəbul edir həmin andan dillər əzbəri olurdu”.

Ölməz sənətkarı dünya şöhrətli Çarli Çaplin B.Səfəroğlu ilə eyni dövrdə yaşamış görkəmli rus aktyoru Raykinlə eyni müstəvidə qəbul edən M.Əlizadə onun İtaliyanın Del Arte teatrının poetika estetikasına son dərəcə yaxın olduğunu vurğulayıb.

Daha sonra Emin Sabitoğlu Tamara Vəliyevanın birgə yaradıcılıq məhsulu olanBankir adaxlıtamaşası göstərilib. Baş rolları xalq artistləri Afaq Bəşirqızı (Nisə) İlham Namiq Kamal (Atakişi) ifa edən tamaşaya Faiq Zöhrabov quruluş verib. Digər rolları əməkdar artistlər Əkbər Əliyev (Balakişi), Gülnar Salmanova (Maral), Xanım Qafarova (Səmayə), aktyorlardan Ülviyyə Əliyeva (Məleykə), Gülbikə (Gülcahan Salamova), Əzizağa Əliyev (Zaur), Gülçöhrə Abdullayeva (Ceyran) ifa ediblər.

Səhnə tərtibatı, dekorasiya aktyorların peşəkar ifası tamaşanın uğurlu alınmasına şərait yaradıb.

 

 

Hüsniyyə İSMƏTQIZI

 

525-ci qəzet.- 2010.- 13 mart.- S. 23.