Vaqif Mustafazadənin 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunub

 

BÖYÜK CAZMENİN ÖMÜR YOLDAŞI ELİZA XANIM VƏ QIZI ƏZİZƏ MUSTAFAZADƏ YUBİLEY TƏDBİRİNDƏN ƏVVƏL ONUN MƏZARINI ZİYARƏT EDİBLƏR

 

Martın 16-da Heydər Əliyev Sarayında Azərbaycanın dünya şöhrətli musiqiçisi, bəstəkar və cazmen mərhum Vaqif Mustafazadənin 70 illik yubileyi dövlət səviyyəsində qeyd olunub. APA-nın məlumatına görə, bununla əlaqədar mərhum sənətkarın həyat yoldaşı Eliza Mustafazadə, hazırda Almaniyada yaşayan qızı Əzizə Mustafazadə, eləcə Mədəniyyət Turizm Nazirliyinin əməkdaşları V.Mustafazadənin məzarını ziyarət ediblər. Ziyarətçilər V.Mustafazadənin məzarüstü abidəsi önünə gül dəstələri qoyublar. Ziyarətdən sonra Eliza Əzizə Mustafazadələr media nümayəndələri ilə söhbət edib, mərhum sənətkarla bağlı xatirələrini bölüşüblər.

V.Mustafazadənin yubileyilə bağlı dövlət səviyyəli mərasimdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev ilk əvvəl ilaxır çərşənbə münasibətilə Azərbaycan xalqını zaldakı tamaşaçıları təbrik edib. Tədbiri Azərbaycan cazının bayramı adlandıran nazir cəmi 39 il yaşamış Vaqif Mustafazadənin artıq 31 ildir aramızda olmadığını vurğulayıb. Nazir böyük cazmenin qısa, amma şərəfli ömür yoluna nəzər salaraq, onun Azərbaycan incəsənətindəki yerini xüsusi qeyd edib.

Yubiley mərasiminin bədii hissəsi bəstəkarınDüşüncələrkompozisiyası ilə başlayıb. Konsert proqramında Emin Əfrasiyaboğlunun V.Mustafazadənin əsərlərini məharətlə ifa etməsi, həmçinin gənc musiqiçi İsfar Sarabskinin çıxışı hərarətli alqışlarla qarşılanıb. Proqramda saksofon ifaçısı Rain Sultanov, “Qayavokal ansamblı, Əfqan Rəsulov, bəstəkar Faiq Sücəddinov, Salman Qənbərov onunBakustik cazqrupu, Sevda Ələkbərzadə, “Arenacaz ansamblı çıxış ediblər. Musiqiçilərin ifaları əsasən Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifası ilə müşayiət olunub. Yubiley tədbirində Rusiyanın xalq artistləri Mixail Okun Arzu Hüseynov da xüsusi musiqi nömrəsi ilə Vaqif Mustafazadəni anıblar. Gecənin kulminasiya məqamı Vaqif Mustafazadənin yadigarı, sənətkarın adını yaşadan qızı Əzizə Mustafazadənin səhnəyə çıxması olub. Digər musiqiçilərdən fərqli olaraq, o, səhnənin yuxarı hissəsində xüsusi tərtibatla yerləşdirilmiş qara royalda atasına həsr etdiyi kompozisiyanı səsləndirib tamaşaçılar ünlü musiqiçinin ifasına gur alqışlarla münasibət bildiriblər.

Mərasimlə əlaqədar Heydər Əliyev Sarayının səhnəsində ölməz sənətkarın büstü yerləşdirilib. Musiqiçilərin çıxışı zamanı səhnədə quraşdırılmış ekranda Vaqif Mustafazadənin fotoları nümayiş olunub. Səhnənin aşağı hissəsinə pianonun dilləri formasında tərtibat verilməsi xüsusilə diqqəti çəkib. Sarayın foyesində unudulmaz cazmenin fotolarından ibarət xüsusi sərgi nümayiş etdirilib. Eləcə onun Moskvada buraxılmış diski satışa çıxarılıb. Yubiley mərasimində bir çox tanınmış mədəniyyət incəsənət xadimi, dövlət rəsmilərindən baş nazirin müavini Elçin Əfəndiyev, xarici işlər naziri Elmar Məmmədyarov başqaları iştirak ediblər.        

 

 

525-ci qəzet.- 2010.- 18 mart.- S. 7.