Azərbaycan musiqisi Kiyevdə səslənib

 

Kiyev Beynəlxalq Enerji Klubunun (KBEK) təşəbbüsü ilə Ukrayna paytaxtının Milli Akademik Opera Balet Teatrında simfonik muğam gecəsi keçirilib. Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Kiyev klassik simfonik orkestrinin müşayiəti ilə muğam dəstgahı Ü.Hacıbəylinin, Niyazinin, Fikrət Əmirovun, Vasif Adıgözəlovun Nikolay Lısenkonun əsərlərindən parçalar səsləndirilib. Gecədə xalq artisti Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov Elnur Əhmədovun müşayiətilə muğam ifa edib. Tədbirdə Ukraynanın mədəniyyət naziri Mixail Kulinyaka Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi çıxış edərək, bu möhtəşəm simfonik muğam gecəsinin təşkil olunmasına görə KBEK-ə dərin minnətdarlıqlarını bildirib.

KBEK-in prezidenti Aleksandr Todiyçuk çıxışında muğamı musiqi mədəniyyətinin açarı adlandırıb: “Muğamla bağlı Avropanın bir çox ölkələrində konsertlər keçirilir. Mən çox şadam ki, Kiyev şəhərində belə bir konsertin təşkilinə nail olduq. İnanırıq ki, belə konsertlərin Ukraynada keçirilməsi ənənə halını alacaq”.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 18 mart.- S. 7.