Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilir

 

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında Novruz bayramı münasibətilə tədbir təşkil edilib. Səfirliyin əməkdaşları onların ailə üzvləri üçün təşkil edilmiş tədbirdə Azərbaycan xalqının milli adət-ənənələrinə uyğun olaraq, masalara xonça səmənilər düzülüb, bayram süfrəsi açılıb. ABŞ-ın ölkəmizdəki səfirinin səlahiyyətlərini icra edən Robert Qarverik milli bayram münasibətilə Azərbaycan xalqını təbrik edib firavanlıq arzulayıb. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, Novruz baharın gəlişinin müjdəçisidir: “Ona görə bu gün hamımızhəm azərbaycanlı, həm amerikalı ailələr bu bayramı qeyd etmək üçün toplaşmışıq”. Mərasim milli musiqi rəqslərlə davam edib.

Novruz bayramı Lənkəran şəhərindəki Osman Mirzəyev adına uşaq evində qeyd olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən Novruz şənliyinin sonunda uşaqlara bayram hədiyyələri paylanıb.

Sumqayıtda isə Hüseyn Ərəblinski adına Musiqili Dram Teatrının aktyorları Uşaq Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin üzvləri ilə birlikdə maraqlı bayram proqramı təqdim ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 18 mart.- S. 7.