“Müasir cəmiyyətdə qadın
şəxsiyyəti” müzakirə
olunub
“Aydınlığa
doğru” Milli-Mənəvi
Dəyərlərin Qorunması
İctimai Birliyi Heydər Əliyev fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Müasir cəmiyyətdə qadın
şəxsiyyəti” adı
altında elmi konfrans keçirib. Tədbir “XXI
əsrdə qadınlara
qarşı zorakılıq
əleyhinə” layihəsi
çərçivəsində BMT-nin 13/25 koalisiyasının
Azərbaycandakı nümayəndəliyinin
dəstəyilə, “SƏN diqqət mərkəzindəSƏN!”
devizi altında gerçəkləşib.
Konfransı giriş sözü ilə açan Birliyin sədri Solmaz Əmirli konfransın mövzusu, devizin mahiyyəti barədə məlumat verib. Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
sədr müavini Sədaqət Qəhrəmanova,
psixologiya elmləri doktoru Sveta Məcidova,
millət vəkili Lalə Abbasova, professorlar Fuad Məmmədov, Rəfiqə
Əzimova, Sacidə Abdulvahabova, Konstitusiya Məhkəməsi konstitusiya
hüququ şöbəsinin
müdiri Dürdanə
Məmmədova, filologiya
elmləri namizədi Möminat Ömərova və sosiologiya elmləri namizədi Əbülfəz Süleymanlı
məruzələrlə çıxış
ediblər. Məruzələrdə qadının cəmiyyətdəki
əhəmiyyətli rolundan
söhbət açılıb.
Çıxışlarda teleserialların
gənclərimizin əxlaqına
vurduğu mənfi, dağıdıcı təsirdən
danışılıb: “Bu teleserialları seyr edərək böyüyən
gənc qızlarımızda
ciddi şəkildə
ailə qurmaq və ana olmaq
arzusu mədəniyyətimizə
yabançı, ötəri
həvəslərlə əvəzlənir.
Karyera qurmaq istəyi neçə-neçə gənc
ailənin dağılmasına
səbəb olur”.
Nənə-baba institutunun azərbaycanlı
ailəsində önəminə
də toxunan məruzəçilər gənc
nəslin tərbiyəsində
çox faydalı olan bu ənənənin
yenidən dirçəldilməsinin
vacibliyini qeyd ediblər. Çıxışlarda
qızların mükəmməl
orta təhsil almaları, ali
təhsil almaq qabiliyyətində olan qızların təhsildən
yayındırılmamaları mövzusu da diqqətdə saxlanılıb.
S.MÜRVƏTQIZI
525-ci qəzet.- 2010.- 18 mart.- S. 7.