Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş olub

 

Martın 16-da Azərbaycan Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş keçirilib. İnstitutun təşəbbüsü ilə kitabxanada təşkil olunan görüşdə tələbələrlə yanaşı, müəllim kollektivinin nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan institutun kitabxanasının müdiri Gülşən Mehdiyeva qonaq haqqında dinləyicilərə ətraflı məlumat verib. O, Səlim Babullaoğlunu çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, bacarıqlı naşir istedadlı tərcüməçi kimi təqdim edib, ardıcıl yaradıcılıq fəaliyyətilə məşğul olduğunu, Azərbaycan ədəbiyyatını nüfuzlu beynəlxalq tədbirlərdə uğurla təmsil etdiyini vurğulayıb. Səlim Babullaoğlu tədbirə görə həm institutun rəhbərliyinə, həm Mədəniyyət Turizm Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, turizm sahəsinin maraqlı, yeni olduqca perspektivli sahə olduğunu önə çəkib. Görüşün sonrakı hissəsi dinləyicilərlə mükalimə üzərində qurulub. Qonaq tələbələrin ədəbiyyat, mədəniyyət, tarix, şəxsi həyat çoxsaylı başqa mövzularda olan suallarını cavablandıraraq, ara-sıra həm öz şeirlərini, həm dünya ədəbiyyatından nümunələri səsləndirib. Görüşdə Səlim Babullaoğlu ilə yanaşı, gənc şair Fərid Hüseyn iştirak edib öz şeirlərini oxuyub.

 

 

HÜSNİYYƏ

 

525-ci qəzet.- 2010.- 19 mart.- S. 7.