Ürəyimi döyə-döyə öldürəcəm
Son günlər nədənsə
xatirələr mənə daha çox güc gəlir. Açığı
səbəbini heç özüm də bilmirəm. Sadəcə
bildiyim bir şey var. O da xatirələrin son dərəcə
kövrək, həzin və bir az da insanı kədər
notları üzərində kökləmək
imkanıdı. Yəni nə qədər şirin xatirə
olur olsun, onun sevincli, fərəhli damarının bir şaxəsi
də kədərə, nisgilə söykənir. Hökm deyil
ki, bu kədər ölüm-itimlə bağlı olsun. Yox,
sadəcə, xatirənin özü səni keçmişə
aparıb qaytaranda orda qoyub gəldiklərin üçün kədərlənirsən,
ürəyin sızıldayır...
Mətbuat
prospekti ilə pay-piyada yol gedirdim.
Birdən qarşıma
çıxdı. Heç
ağlıma da gəlməzdi ki, onunla burada qarşılaşaram.
Çox mehriban görüşdük. Uşaqlardan,
özümüzdən, ötən
günlərdən danışdıq.
Yanaşı addımlaya-addımlaya
yataqxanalara tərəf
getdik. Tələbə
şəhərciyinin yataqxanaları
indi daha çox ailəlilər ünvanını xatrladır.
Amma bizim vaxtımızda bu şəhərcik tələbə
sevinci ilə, tələbə qayğısı
ilə, tələbə
gülüşləri ilə,
tələbə zarafatları
ilə, imtahan həyəcanı ilə dolu olurdu. Nədənsə
mən indi onu hiss eləmədim. Bilmirəm, həmsöhbətim,
dostum da hiss etdi, yoxsa yox,
amma həqiqətən
mənim içimdən
çox qəribə
bir dalğa gəlib keçdi. Elə bil ki,
şəhərə hansısa
bir şimalmı, cənubmu küləyi həmlə etdi...
3 nömrəli
yataqxanada tələbəlik
həyatını yaşayırdım.
Özü də birinci kursun ilk ayları idi. Özümdən yuxarı
kursda oxuyan bir oğlanla
Nə isə axtarırdın?
Hə, mən
də yazılarımı
təqdim etmişəm.
Söz veriblər ki, çap etsinlər dedim.
Bax, beləcə
başladı tanışlığımız.
Onun adı indiki kimi yadımdadı.
Çünki həm çox görkəmli bir yazıçının
adaşı idi, həm də Sovet İttifaqı Qəhrəmanı. Yəni
Mehdi idi adı. Söhbət əsasında mentalitetimizə
uyğun olaraq haralı və kimlərdən olduğumuzu
da bir-birimizə söylədik. Bax, elə bu məqamda
o universitet tələbələri
arasında bəlli olan bir şeir
söylədi və müəllifinin kimliyini bilib-bilmədiyimi məndən
soruşdu. Başımı
buladım. O da gülümsədi:
Sənin
öz kəndçindi,
öz eloğlundu. Bizlə birlikdə oxuyurdu. Heyf ki, səni
Hə, yadıma
düşdü. Mən
bu imzanı o dövrün Azərbaycan
gəncləri qəzetində
bir neçə dəfə görmüşəm.
Şeirlərini oxumuşdum.
Ürəyimə də
yatmışdı. Amma
imza mənim üçün bir az qarmaqarışıq gəldi. Çünki mən soraqlayıb onun Bəxtiyar Balakişiyev olduğunu öyrənmişdim. Sən
demə, eloğlum artıq Bəxtiyar Qaraca imiş.
Həyat elə gətirdi ki, bizim tanışlığımız
universitet illərindən
sonraya təsadüf etdi. Mən yazı-pozu ilə əlaqədar tez-tez nəşriyyatlara üz tuturdum. O dövrün çox gözəl cəhətlərindən biri
də bu idi ki, gənclərin
kitab oxumağa, mütaliə etməyə
böyük həvəsi
var idi. Mən də oxuduğum bir çox kitabların tərcüməçisinin, redaktorunun
Bəxtiyar Qaraca olduğunu titul vərəqlərində gördükcə
ürəyim dağa dönürdü, qürrələnirdim.
Zarafat deyildi, balaca bir rayonun
balaca bir kəndindən Bakıya-dövlət
universitetinə üz
tutmuş Bəxtiyar tələbə dostları
arasında öz qabiliyyəti ilə, istedadı ilə hamıdan fərqlənmiş
və artıq ikinci kursda oxuyanda
Axundov təqaüdünə
layiq görülmüşdü.
Ardınca da oxuduğu filologiya fakültəsinin üçüncü
kursundan Moskvaya təhsilini davam etdirməyə göndərilmişdi.
Çox sonralar Bəxtiyar müəllimlə
doğma münasibətlərin
işığında öyrəndim
ki, Moskvada təhsilini başa vurub qayıdandan sonra xoş bir təsadüfdən Azərbaycan KP MK-nın I katibi Heydər Əliyev və Həsən Həsənovla
görüşə bilib.
Belə ki, qəbul imtahanlarının
gedişi zamanı ali məktəbləri gəzən ümummilli liderimiz dövlət universitetinə gələrkən
həyətdə dayanıb
imtahan verən bacısını gözləyən
Bəxtiyar Qaraca və Əlövsət Ağalarovla da görüşür. Buradakı
valideynlərə yaxınlaşan
birinci katib onun və Əlövsətin
əlini sıxır,
kimliklərini soruşur.
Rusiyada təhsil aldıqlarını biləndə
Həsən Həsənova
tapşırır ki,
sabah bunları qəbul edib problemləri ilə məşğul olarsan. Və sözarası onu da əlavə
edir ki, sizi ölkədən xaricə ona görə oxumağa göndəririk ki, qayıdanda daha böyük dünyagörüşlə,
yeniliklərlə cəmiyyətimizi
irəli aparasan.
Məhz bu görüşün təsiri
ilə qısa bir zamandan sonra
Bəxtiyar Qaraca, eləcə də Əlövsət Ağalarov
nəşriyyatda işə
qəbul olundular. Doğrudur, Bəxtiyar Qaraca telejurnalist idi, onun arzusu,
marağı televiziyaya
səmtlənmişdi. Amma
böyüklərin məsləhəti,
xeyirxahların tövsiyəsi
ilə bir neçə il nəşriyyatda işləyəsi
oldu. Həmin illərdə özünün
hekayə və povestlərini, romanını
kitab halında çap etdirdi. Elə bir təccüblü
məqam da həmin vaxt ortaya çıxdı. Çoxlarının şair
kimi tanıdığı
Bəxtiyar Qaraca ortaya nəsr əsərləri qoydu. Sonralar bunun səbəbini soruşanda
Bəxtiyar Qaraca o vaxtlar yazdığı və heç yerdə çap etdirmədiyi şeiri həzin bir səslə pıçıldamağa
başladı.
Fələk, bu qarnı tox, qalın adamlar
Başdan ayağacan
qarın adamlar
Qoymur bu dünyada yolumu gedim,
Qoymur söz söyləyim, ümid eləyim...
Fələk, bu özündən razı adamlar
Toyda da, yasda da hazır
adamlar.
Bu nazir adamlar, qazil adamlar,
Mənə gül verdilər, gün vermədilər...
Dedim:bu dünyanın
yolun göstərin,
Gedib son ucuna
çıxım ağlayım
Bu boyda şəhərdə mənə
yer verin,
Bir qızın
üzünə baxım
ağlayım...
Allahın göyləri
qaldı günəşə,
Gecəni ay çalıb,
ulduzlar udub...
Gedim üz söykəyim tut ağacına
Onu da ağacın kölgəsi
tutub...
Mənə bu dünyanın
dərdi gərəkməz
Gördüm naqisləri, mərdi
gərəkməz
Yaxşı nə, yaman nə
fərqi gərəkməz
Ömrümü-günümü
verin aparım...
Qırıb
budağını göy çinarların
Qarınlı adamlar gələr üstümə
Kabab döşüyərlər quzu ətindən
Qaçıb sığınaram göy tüstüsünə...
Görən nə istəyir dəli adamlar
Bu sümük
adamlar, dəri adamlar...
Hə, məhz
sümük adamların,
qarınlı adamların
at oynatmaları, haqqı
nahaqqa vermələri
Bəxtiyarı şeirdən,
poeziyadan bir addım geri çəkilməyə vadar
etdi. Amma əvəzində nəsr-publisistika
irəli keçdi. Nəhayət, 1989-cu ildə
çoxdan arzuladığı
televiziyanın qapıları
onun üzünə açıldı. Qısa
bir müddətdən
sonra Gənclik proqramının baş redaktoru, sonra Gənclər və İdman və nəhayət, Gənclər,
İdman və Uşaq proqramının baş redaktoru oldu. Bir-birindən maraqlı, bir-birindən baxımlı verilişlərin
ssenarisini, layihələrini
hazırladı. Çəkilişlərinə,
araya-ərsəyə gəlməsinə
köməklik göstərdi,
iştirakçısı oldu.
Həmin illərdə
doğma Qarabağa üz tutan, Şuşa televiziyasının
yayımlanmasında iştirak
edən Bəxtiyar Qaraca demək olar ki, bütün
fəaliyyəti boyu hərbi vətənpərvərlik,
yurd, ocaq mövzularını işinin
qayəsinə çevirdi.
... Bəli,
zaman hər şeyi ələkdən keçirir və zaman dəyişkən olduğundan ələkdən
keçənlərin çoxları
ya bir araya
gəlirlər, ya da pərən-pərən
olurlar. 1957-ci ildə Xocavənd rayonunun Əmirallar kəndində
dünyaya gələn
Bəxtiyar Qaraca öz həyatı, yaradıcılığı boyu
həmişə yerini
bildi, lazım olan məqamda sözünü dedi, gərəkli olduğunu işi ilə sübut etdi. Dəxli yoxdur,
onu kimlər necə qəbul edir etsin, o öz qələmi ilə,
öz istedadı ilə bu söz-sənət
dünyasının tapdanmamış bir səmti ilə öz
cığırını aça-aça istəklərini
gerçəkləşdirmək yolunu tutdu. Onun ssenarisi əsasında
kinorejissor Vaqif Mustafayev Yerlə göy arasında bədii
filmini çəkdi. Şeirlərinə çoxsaylı
mahnılar yazıldı və bu gün də
yazılmaqdadır. İndi də müstəqil studiya
yaradıb müxtəlif layihələri, daha çox isə
Qarabağla, torpaqla bağlı məqamları gerçəkləşdirir.
Nə bir təmənnası, nə də kiməsə
yarınmağı yoxdur. Çünki o, şeirlərinin
birində yazıb ki, Ürəyimi döyə-döyə
öldürəcəm...
Əbülfət MƏDƏTOĞLU
525-ci qəzet.- 2010.- 20 mart.- S.30.