Borçalıdakı “Sarvan” rəqs qrupu yeni mükafatlar qazanıb
Gürcüstanda fəaliyyət göstərən
Azərbaycanlıların Mədəniyyət
Mərkəzinin (AMM) nəzdindəki
“Sarvan” rəqs qrupu kuboka layiq
görülüb. Bu barədə APA-nın Gürcüstan bürosuna
AMM-in mətbuat katibi Nərgiz Əliyeva bildirib. Onun sözlərinə görə,
Gürcüstan paytaxtındakı
İdman Dzüdo Kompleksində Tiflis meriyasının dəstəyi
ilə ilk dəfə
olaraq Gürcüstan Müasir və estrada rəqsləri
Federasiyası “Birinci gürcü rəqs olimpiadası” keçirilib.
“Olimpiadanı keçirməkdə məqsəd
istedadlı kollektivlərin
üzə çıxarılması
və eyni zamanda Avropa çempionatlarında Gürcüstanı
layiqincə təmsil edə bilən rəqs qruplarını seçmək idi. Bundan əvvəlki festivallarda çıxışlarını
böyük maraqla izlədiyini və bəyəndiyini söyləyən
Federasiyanın prezidenti
Valentina Kuzmedi Gürcüstanda yeganə
folklor rəqs qrupu kimi tanınan
və Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin
nəzdində fəaliyyət
göstərən “Sarvan”
folklor rəqs qrupunu bu möhtəşəm
olimpiadada iştirak etmək üçün dəvət etdi. Bizim folklor rəqs qrupunun üzvləri sevinclə həmin olimpiadada iştirak etdilər”, – deyə o bildirib. Tədbirə yüzlərlə rəqs qrupu qatılıb. İştirakçılar
30 nominasiyada mübarizə
aparıblar. Gürcüstanın bütün regionlarından,
eləcə də erməni rəqs qrupları da müxtəlif rəqslər
nümayiş etdiriblər.
“Bu tədbirdə “Sarvan” folklor qrupu 4 Azərbaycan xalq rəqsini təqdim etdi. Nəticədə 3 qızıl, 1 bürünc
medal, diplomlar və kubok ilə təltif olundu”, – deyə mətbuat katibi vurğulayıb.
“Sarvan” folklor rəqs qrupunun bədii rəhbəri Cəmilə Məmmədova
APA-ya verdiyi açıqlamada bildirib ki, münsiflər heyətinin üzvlərindən
olan YUNESKO-nun üzvü,
beynəlxalq dərəcəli
hakim, Ümumrusiya rəqs Olimpiadasının
banisi Andrey Kokoulin, müasir rəqslər üzrə hakim Tea Qoçiridze
(ABŞ),Teymuraz Metreveli
(Gürcüstan), Gürcüstanın
Müasir və Estrada
rəqslərinin Federasiyasının
vitse-prezidenti Nataliya Diqmelaşvili və başqaları “Sarvan” folklor rəqs qrupunun ifa etdiyi
rəqsləri bəyəndiklərini
bildiriblər.
525-ci qəzet.- 2010.- 1 may.- S.26.