Bu doğma torpağın yiyəsi
mənəm...
“Bu günün poeziyasında bu günün özü olmalıdır. Bu keyfiyyətdən məhrum olan ilk baxışda parıldayan amma parıltısından işıq və istilik alınmayan bu cür əsərlər, uzaqdan gözəl görünən hissiz gözəlləri xatırladır. Onlara baxanlar çox olur, amma sevən olmur” – deyən böyük şairimiz Məmməd Arazın bu ədəbi fikriylə razılaşmamaq qeyri – mümkündür. Hər bir tarixi dövr istənilən sahəyə yetərincə nüfuz edə bilir və istənilən hadisə və münasibətlərin öz meylinə rəğmən öz diqtəsini başa düşülən şəkildə özüylə uzlaşdırır.
Bu
baxımdan hər bir xalqın ədəbiyyatı da müəyyən
mənada onun həyat güzgüsünə çevrilir, bir
növ tarixi abidə şəklində var olur.
Olmuşları gələcəyə daşıyaraq
yaşadır və yaşayır. Böyüklü
– kiçikli az və ya çox dərəcədə təsiredici
həyat hadisələrinə, cəmiyyəti təşkil edən
fərdlərə, eləcə də silklər və siniflər
arasında təzahür edən olaylara, dünya – insan və
zaman tademindəki ziddiyyətlərə daha cəld reaksiya
vermək baxımından düşünürəm ki, poeziya
digər ədəbi növlərdən daha irəlidə olub
və bu gün də həmin statusunu qoruyub saxlamaqdadır.
Kim nə deyir – desin, bu bir həqiqətdir ki, daha çox həyati
hadisələrin üstündə köklənən, daha
çox olmuşlara, reallığa söykənən hisslərin
üstündə bərqərar olan poeziya daha çox yaşamaq
haqqını qazana bilir. Kimsə bu fikirimi müstəqil mənada
yozmağa çalışmasın. Ona görə
ki, onsuz da poeziyada təsvir olunan ən sərt reallıq belə
istər – istəməz həmişə romantik bir ab – hava
üstündə dilə gəlir və öz rəngini, əlvanlığını
heyrətə gətirmək gücünü qoruyur.
Çağdaş Azərbaycan poeziyasında da sözü ilə,
fərqli poetik baxışı ilə, bədii hikməti
ilə fərqlənənlər az deyil. Bu sarıdan kimlərinsə
adını çəkməyə qalarsa, heç bir çətinlik
çəkmədən onlarla şairin adını cəsarətlə
dilə gətirmək olar. Buna lüzum görmürəm. Bu
qənaətdəyəm ki, hər bir oxucunun seçim
hüququ var. Ola bilər ki, mənim rəğbət bəslədiyim
hansısa şairin yaradıcılığı kiminsə
oxucu zövqünü təmin etməsin. Amma bu
fikirdəyəm ki, 80 – illərdə ədəbiyyata təşrif
gətirən şairlər sırasında adını
çəkəcəyim şair sözü ilə, ruhunun
harayı ilə, istedadı ilə hiss, və
duyğularının mükəmməlliyi ilə mənim qədər
hamı üçün doğmadır. Çəkinmədən
həmin şairin Saday Şəkərli olduğunu dilə
gətirirəm. Və əminəm ki, siz də bu fikrimlə
razısınız. Bir şeirində Saday Şəkərli:
Şeir yazdım ilahi
keç günahımdan,
Şeir yazanda görürəm
səni yaxından.
– deyir.
Mənə elıə glir ki, hərə bir missiyanı yerinə yetirmək üçün Tanrı hökmü ilə dünyaya göz açır və sonacan onun alın yazısına dönən bu hökmü qeydsiz – şərtsiz həyata keçirir. Kimsə öhdəsinə düşən bu vəzifəni daşımaq gücündə olmur, kim isə əksinə onu ləyaqətlə, tamlığı ilə həyata keçirir. Bu mənada hesab edirəm ki, Saday Şəkərli doğulan gündən onun alın yazısında şairlik kimi çox ağır şərtli bir vəzifəni yerinə yetirəcəyi yazılıbmış. Saday bundan qaçmağa, boyun qaçırmağa çalışsaydı belə harada olur olsun yenə gördüyüm həmən gülərüz, sözübir dostun güvənc yeri olan Saday olacaqdı...
Amma
çağdaş ədəbiyyat belə bir səs itirəcəkdi,
bir söz sahibinin yeri görünəcəkdi. Yaxşı
ki, Saday öz yığvalından, alın yazısından
yaxa qurtarmağa çalışmadı, bir Dədə Ozan
kimi gördüklərini, yaşadıqlarını bəzən
həzinliyə, məxməri bir sakitliyə
bürünmüş ovqat üstündə kökləyərək
bu sayaq:
Mən həsrət nəğməsi yazıram tək – tək.
Nəğmələr
əridir, min illik qarı.
Yurdum ürəyimi gətirəm
gərək,
Görəsən
ürəkdən vurulanları.
– dedi.
Bəzən içinə
sıxılaraq öz şair məninin, inadının
ağrısının, göynərtisinin rəsmini yarpaq
pıçıltısını xatırladan bir ahənglə
Nə döyüşdən
çəkinmişəm,
Nə biçində gizlənmişəm,
İçimdə dərd
meşəsi var,
Öz
içimdə gizlənmişəm.
– şəklində
dünyanın qulağına pıçıldadı.
Bəzən isə əlləri
yaxasında divanə ruhu ilə üz – üzə qaldı və
zamanın yağdırdığı əzablar toplusuna
dözmək üçün özündə, iç
dünyasında cavabsız suallara cavab axtararaq
Haqsız dünyaymış,
haqsız
Ötməz
bir günüm ahsız.
Şəkərli
Qarabağsız
De necə
yaşasın?
De!
– cod səslə
üzünü özünə və bizə tutdu dedi,
yazdı...
Əgər belə
demək mümkünsə mən Saday Şəkərlini
sanki min illərdir tanıyıram. Az qala
özüm qədər tanıdığım Sadayın
poeziyada atdığı ilk addımlarının, ilk
uğurlarının da şahidi olmuşam.
1976 – ci
ildə Lenin adına kitabxanada Vilayət Rüstəmzadənin
rəhbərliyi ilə bir poeziya dərnəyi təşkil
olunmuşdu. Həmin dərnəyə bu
günün poeziyasını təmsil edən, o vaxtlar gənc
şair kimi təzə – təzə sözünü deməyə
çalışan indiki dövrün bir çox
tanınmış söz sahibləri gəlirdi. Günlərin bir günü bu dərnəyə 16
– 17 yaşlı olan bir gənc də təşrif buyurdu.
Bu gün də həmin sısqa, bir az
ehtiyatlı davranan adam kimi hərəkət edən,
hamını maraqla süzən, o yeniyetmə, o gənc
gözlərimin önündədir. Amma həmin
cavan oğlanın daha çox gözləri gəlir
gözümün önünə. İlahi
o gözlərdə o qədər kədər, o qədər
ağrı var idi ki, dünyanı süzülən o kədərin,
o qəmin içində əməlli-başlı yumaq
olardı. Onun gözləri ağrının şəkili
idi, kədərin pərişan halda boylandığı rəsmi
idi, desəm yalan olmaz... Hə, ax həmin məslicə
ilk gəlişi günü məlum oldu ki, bu gənc Saday
Şəkərlidir. Və Saday həmin şeir məclisində
həyəcanlı və bir az titrək səslə
“Atasız uşağın Vətəni olmur” şeirini oxudu.
O şeirini oxuyub qurtaranda məclisə bir neçə dəqiqəlik
sükut çökdü və sonra hamı sanki sözləşmiş
kimi fikirini deməyə çalışdı. Bu fikirlərin
məcmusu bu idi ki, bu gənc birmənalı olaraq şairdi və
özü də əsl şair!
O şeir indi də
qulaqlarımda səslənir, yadımda qalan tək – tük
deyimləriylə yaddaşımda boy verib görsənir və
indi 50 yaşını tamamlamış Sadayın
“Ömrün yorğun kölgəsi” kitabında “Atamdan qalan
payız” şeirindəki
Məndən tez
böyüdü yaşıdım,
Mən ölmüş mənə
qalan
Payıza bürünüb
yaşadım...
Görənlər “payız
adamı” – dedilər
adıma,
Bir payız qaldı mənə
Atamdan...
misralarını oxuya – oxuya bir də ötən
əsrin 70 – ci illərindəki o günə qayıdıram və
kədər dolu gözləri üzünə sağmayan
Sadayı görürəm, onun “Atasız uşağın Vətəni
olmur” harayını eşidirəm...
Bir hadisəni də yada
salmaq istəyirəm, çünki Sadayın tale yolunun
başlanğıcında baş verən bu hadisələr,
ona göstərilən münasibətlər fonunda onu
bütöv görmək, anlamaq daha dərindən qavramaq bir
növ asanlaşır, həm də bu xarakterik həyati
ştrixlər onu isbat edir ki, Saday Şəkərli yalnız
öz – özünə söykənərək ədəbiyyata
gələn, rəğbət qazanan, qəbul edilən
şairdir.
Günlərin bir
günü dərnək üzvləri olaraq böyük
şairimiz Səməd Vurğunun ev –
muzeyində şair Hüseyn Ariflə
görüşümüz vardı. Həmin
görüşdə ənənəvi olaraq hərə bir
şeir oxudu və necə deyərlər Sadayın növbəsi
çatdı. O da öz şeirini oxudu və bundan sonra
baş verənləri hamımız maraqla, bir az
da heyrətlə izləyən şahidlərə
çevrildik. Saday susan kimi rəhmətlik Aybəniz xanım
Vəkilova heyrətlə: “Dayan, dayan, sən Səməd
Vurğunun 70 illiyində muzeyin xatirə kitabına Səməd
Vurğuna həsr edilən şeirin müəllifi həmin
Sadaysan, hə” Saday utana – utana “bəli” – deyəndə Aybəniz
xanım tez xatirə kitabını gətirdi və həmin
şeiri ucadan oxudu. Görüşümüzün səbəbkarı
gözəl şairimiz Hüseyn Arif “bu cavan oğlan əsl
şairdi, vəssalam” – deyərək onu xeyli təriflədi,
necə deyərlər ürək – dirək verdi.
Deməyim odu ki, Sadayın 16 – 17 yaşında sözü qiymətləndiriləndə,
diqqətləri çəkəndə heç kim şübhə etmirdi ki, artıq gələcəkdə
də bu imzayla mütəmadi üz – üzə qalacaqlar, onu
oxuyacaqlar, bəyənəcəklər və sevəcəklər,
istəməyənlər belə onun
yaradıcılığını, kamilliyini etiraf etməli
olacaqlar.
Axı sözə
könlünü verən, sözün nazını çəkən,
onu öz hökmündə, öz sambalında saxlayan,
sözüylə ürəkləri havalandıran, dünyanın
üzünə bir yaz mehi kimi sözüylə sığal
çəkən, adamın ruhunu əlindən alaraq
böyük heyrətlərin qapısına gətirən
Sadayı necə sevməyəsən? Onun söz
dünyasını, şair könlünü hansı səbəbdən
alqışlamayasan?
Yağışları qəmli
– qəmli,
Küləyi davalı gəzər,
Məndən sonra bu
dünyada,
Bir payız havalı gəzər...
misralarından süzülən bir kədər
işığının izinə düşüb,
Məndə fırlanır
çarxlar,
Yanır, sönür
çıraqlar...
Mənə kor kimi baxma,
Məndəki zamanı
gör...
səsinə qoşularaq addım –
addım özünə yaxınlaşaraq,
Ölüm ömrün tərs
üzüdü,
Ölümdən
çönüb gedirik
Qəbir də bəy
otağıdır,
Onunçün
çimib gedirik.
kimi həqiqətin buz nəfəsinə
toxuna – toxuna, üşünə – üşünə əl
uzadaraq.
Qanımıza düşmən
şərik,
Öz adına
düşmənlərik.
Biz ki göydən
düşənlərik,
Obamız, elimiz yoxdu?...
misralarındakı həqiqətə üz
sürtərək yaxanı öz əlindən neçə
alasan, dizini yumruq əlinin əlindən neçə
qurtarasan?
Saday Şəkərli
özünü zora salmadan, təkcə nəzəri əsaslarla
oturub oxucunu heyrətə salmaq üçün sözün
başına “oyun açan” şair deyil – deyirəm. Saday özü heyrətləndiyi
məqamlarda, içini söz oyum – oyum eşəndə qələmə
əl uzadan şairdi və onun sözünün təbiiliyi o
qədər hissediləndir ki, hətta bütöv şəkildə
onun şeirlərini bir-biriylə müqayisə edib seçmək,
birini o birindən üstün tutmaq məqamında adam tərəddüd edir. Saday
bütövlükdə yaradıcılığı ilə
tanıdığın poetik vahidin bölünməzliyinin
isbatında sözün əhvali – ruhiyyəsini sətir – sətir
qoruya bilən bir qələm əhlidir.
Bir şair kimi
Sadayın poetik səsini yüz səsin içindən
seçmək, tanımaq çətin deyil və bunun izahı
ondadır ki, Saday sözə qarşı səmimiyyətini,
şəfqətini qorumaq gücündə olan bir şairdir.
O, nədən söhbət
açırsa – açsın poetik həqiqət
axtarışında müstəqillik üstündə
sözlə “davaya” çıxmır, neçə deyərlər
hadisə və söz arasındakı münasibətin
tarazlığını qoruya bilir...
Sadayla illər ötəndən
sonra görüşmüşük, yəni ilk
görüşümüz 1970-ci illərdə təsadüf
edirdisə, əlahəzrət təsadüf bizi illər
ötəndən sonra hörmətli şairimiz Bəxtiyar
Vahabzadənin dəfn mərasimində yenə üz-üzə
gətirdi...
Görüşməsəydik
də mən onsuz da Sadayla çap üzü görən əsərləri
vasitəsilə necə deyərlər hal – əhvallaşırdım. Elə onlarla
da şair ruhunun qazandığı uğurlardan xəbər
tuturdum.
Həmin gün Sadayı bir
də görəndə ilk olaraq onun gözlərinə
baxdım... İllər Sadayın üzündən, telindən,
yerişindən – duruşundan, ömür – günündən
apara bildiyini aparıb, amma təkcə gözlərindəki o
kədəri, o həzin pərişanlığı apara bilməyib...
Eynən 70 – ci illərin kədəri yağır onlardan və
bu kədər bir səs kimi eşidilir, bir payız
günü kimi adamın ürəyini üşüdür...
Sadayın şeirlərini təhlil
etmək fikri ilə əlimə qələmi götürməmişdim
və bu yazdıqlarımı bir dost haqqında, daha dəqiq
desək ruhu – ruhuma doğma olan bir şair barəsində
qeydlər kimi qəbul edin.
Sadaya can
sağlığı arzulamaqla, 50 yaşını tamamlayan
dosta şeir qoxulu günlər arzulayıram.
Saday bir şeirində
Dünya – sökülməz
bir qala,
Hansı ürəkdə
sirr qalar?
Qalsa, beş
– üç şeir qalar,
Özgə malım,
mülküm yoxdur...
– deyir.
– Sən hamıdan
varlısan, dostum! – deyərək
sözümü bitirirəm.
Aydın AĞAZADƏ
525-ci qəzet.- 2010.- 1 may.- S.22.