Nəşrlərdə kənara
qoyulmuş mətbu əsərləri
ÜZEYİR HACIBƏYLİ – 125
Milli
iftixarımız Üzeyir Hacıbəylinin anadan
olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız
milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq
işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı
kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin
yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə
kənara qoyulmuş, hətta heç yerdə adı belə
çəkilməyən mətbu əsərlərini aramaqla
məşğulam. Hələlik 1904
–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc
olunmuş 150-dən artıq əsərini toplamış,
onları ərəb əlifbasından müasir əlifbaya
çevirmişəm. Bu əsərlərlə
oxucuları “525-ci qəzet” vasitəsilə
Şirməmməd HÜSEYNOV
(Əvvəli ötən şənbə
saylarımızda)
İKİ TƏHLÜKƏ
Açılmış, kin və xüsumət buludlarından azad olmuş kibi görünən Qafqazın üfüqinə əbri-şərarət və şeytanət ilə bürünüb ətrafa kölgələr salmaqdadır. Qabili-tənəffüs olmamağa yaxınlaşmış havada qan qoxusu hiss edilir. Qara qəlblərdə gizlənmiş xüsumətin qığılcımları orada-burada alovlanıb ətraf və əknafa yayılır ki, böyük bir yanqı salıb onsuzda yanıb ütülmüş ölkəni təkrar atəşi-xüsumət içinə qərq etsin. İki qüvveyi-şeytaniyə vardır ki, bu xüsuməti üflüyüb tikliyib birdən-birə hər yerə dağılmasına səy və cəhd ediyor. İştə bu qüvveyi-şeytaniyələrin səyi və cəhdini puç edib də qabaqdakı bəlanın önünü almaq hər bir vətən oğlunun və millət dərdinə qalanların vəzifeyi-müqəddəsəsidir.
Dövlət duması açılıbdır. Daxili Rusiyadan bu məclisə cəm olmuş millət vəkilləri öz hali-hissiyatını hökumətə bildirdilər. Bildirib də hökuməti böyük əndişəyə saldılar. İndi dumanın qovulması, diktatura, yəni hökumət tərəfindən şiddətli binagüzarlıq olmasını danışırlar. Qafqazın millət vəkilləri isə hələ özlərini hökumətə göstərməyiblərsə də, hökumət onların əhvalından pişəzvəqt xəbərdardır. Ürfi və siyasi ixtiyar ilə bərabər hüquqi-milliyyədən də məhrum olmuş və illərcə zülm altında istitaətdən düşmüş millətlərin əhvali və tələbləri necə ola bilər? Bunu hökümətin özü yaxşıca bilir və heç bir halda da nəzərdən kənar qoymuyor. İndiyə kibi hökumətin ümidi millətin ittifaq və ittihadsızlığına bağlı idi. İndi isə, hökumət millət arasında ümumiyyət etibarı ilə ittifaqi-əqval və ittihadi-araə görüb bir vəziyyəti-naümidi də qaldı. İştə aşkardır ki, millət içində cüzi bir ixtilaf, cüzi bir münaqişə zühur etsə, hökumət böyük bir dəstavuz bulub daha vurnuxub qalmaz. Hökumətin bu inqilab əsnasında iki milləti bir-birinə vuruşdurub da hər iki tərəfin müsibətindən faydabər olması indi müdəlləl və aşkardır. Bu xüsusda Dövlət Duması tərəfindən vəzirlərə olunan sual (zapros) bunu cümləyə aşkar etdi. Bizim Qafqaza gəlincə-daha danışmağımız artıqdır. Bu gunə politika, höküməti-müstəbidənin ən əlverişli politikalarından biridir. İndi dəxi vaxtı ki, millət hucumu müqabilində kökündən qopmağa mail qalmış hökuməti- müstəbidə, millətin son zərbəsinə davam edəmiyəcəyini düşünüb hər bir saman çöpünə əl atır, milətlər içinə nifaq, təzad düşməsi əlhal idareyi-müstəbidənin davamına əsaslı bir arxadır. Qafqazda isə xüsumət atəşi sönmədiginə görə millət üçün böylə bir təhlükəli politikanın icrası bu halda ən asan bir vəchlə mümkündür. İştə, vətən qeydinə qalan və millət halına yanan zəvatın birinci qorxusu bundan olmalıdır. Və saniyən bu axırıncı Tiflis erməni-müsəlman ictimaindən sonra müsəlmanlar tərəfindən tək-tək öldürülmək ittifaqları degləm hər dəm həyəcan və ğəlyanə səbəb olmaqdadır. Bu qətillər xüsusunda erməni qəzetələri xəyanətkaranə bir tərz ilə sükut edib, bəzi yalan və böhtanlar ilə bu zülmlərin üstünü örtməgə səy ediyordular. Lakin biz bunun hamısını təhqiq edib ermənilər tərəfindən icra olunan bu xəyanət və cinayətlərin cümləsini “daşnaksüyun” firqəsinə behəqq istinad verirdik. Və şəkk yoxdur ki, xəta etmiyorduk. Bizim etiqadi-kamilimiz budur ki, “daşnaksütyun” firqəsi bütün Qafqazdan ötrü müzurr bir ünsürdür. Qafqazın bəsirətli tayifələri bizim bu etiqadımızdan hissiyab olub “daşnaksütyun” firqəsinin müzurr olduğunu iqrar və etiraf ediyordular. İndi də biz kəmali-məmnuniyyət və məsərrət ilə eşidiriz ki, erməni cəmaəti özü dəxi bu həqiqəti etiraf etməgə üz qoyub yavaş-yavaş, qorxa-qorxa bu firqeyi-müzürriyə qarşı etirazlar ibraz və izhar etməkdədirlər. Ürəksizlərə mərdanə cürəti-cəsarət bulmaq arzu edib də biz öz tərəfimizdən xəbərdar ediyoruz ki, bu “daşnaksüyun” firqəsindən hər nə desən çıxar. Ola bilər ki, bu firqənin əvvəlki, müəssisləri əsil millətpərəstligin, yəni zəlil milləti nicata çıxartmaq qəsdilə bu firqəni təşkil edib də bacardıqları yerəcən qan tökmüyüb öz muradlarına nail omağı qərara qoymuş imişlər. Lakin indi isə bu bir il içində su yerinə axan qan millətpərəstliyin, millət qorumaq hissi onların qəlbindən məhv edib, əvəzində qana yerikləmək kibi vəhşilərə mənsub hisslər bərqərar olubdur. İştə “daşnaksütyun” firqəsinin şan və heysiyyəti erməni cəmaətinin gözünün qabağında etməkdədir. Hınçaqlıların ermənilər içində təşəkkül etməsi “daşnaksütyun”lar üçün böyük bir görkdür. Bu halda erməni daşnaksütyunlar ilə hınçaqlılar arasında qanlı vuruşmalar vaqe olmaqdadır. Şəkk yoxdur ki, erməni cəmaətinin əksəri hınçaqlılara tərəfdardır və bu da şübhəsizdir ki, bu tərafdarlıq getdikcə artacaqdır. Bunu da “daşnaqsütyun” firqəsi yəqin bilir. Və bu cəhətə erməni cəmaəti arasında öz əvvəlki mümtaz məqamını təkrar işğal etmək üçün erməni-müsəlman ixtişaşının tazədən vüquə gəlməsinə səy etməgi təbii degilmi?
Kəmali-cürət ilə demək olar ki, əlhal bu fikir səqim “daşnaksütyun” firqəsinin əqlinə gəlib o fikri felə çıxartmağa səy ediyor. Vəilla böylə tək-tək müsəlman öldürülməsini nə ilə bəyan etmək? İrəvanda mayın ikisində vaqe olan hadisə müsəlmanları ixtişaşa sövq etməg qəsdilə olmuyubda bəs nə qəsdilə idi? Malbəgli əhvalatını da “daşnaksütyun”lar hiyləsinə istinad vermiyib də nəyə yozmaq olar? Zəngəzur, Əylis qitalını əmələ gətirən kim idi? Və bu xəyanətkaranə əməllərin hamısı ümumi bir ixtişaş salmaq üçün olmuyub bəs nə üçündür? Allahülhəmd müsəlmanlarda ixtişaşa heç bir meyl yoxdur. Lakin müsəlmanlar səbr edəməzlər ki, öz adamlarının bir-bir qıran olmağını görüb də sükut etsinlər. Əvəz və intiqam almaq bütün qafqazlılara mənsub ümumi bir sifətdir. Lakin dərd budur ki, günahkarların əvəzinə günahsızlar badi-fənaya gedəcəkdir ...
İndiyədək onlarca müsəlmanların tək-tək qurban olmasını, əsir düşməsini, başına bəlalar gəlməsini görüb də iğmazi eyn edən ermənilər imdi Şuşa yolunda bir neçə nəfər erməninin müsəlmanlar tərəfindən tutulduğunu eşidib fəryad qoparırlar. Halbuki, müsəlmanların bu rəftarlarına səbəb genə ermənilər olmuşlar. Çünki haman Qarabağda neçə gün bundan əqdəm köçərilər köç edən əsnada ermənilər müsəlmanlardan neçələrini tutmuşdular. Müsəlmanlar isə bu barədə ermənilərə vaxt verib tutulanları geri istəmişdilər. Ermənilər buna etina etmədikdə müsəlmanlar da o əmrə mürtəkib olmuşları həqiqətdir. Lakin qırğın və ixtişaşı sevmiyən adam həqiqi və münsifanə vəsitələr ilə iş görməlidir ki, ixtişaş dəxi olmasın.
İştə
bu təsəvürümuzu ifadə edib də ümidvar oluruz
ki, bu böhranlı zamanda öz qüvvəmizi biməni
qırqınlara sərf etməriz. Lakin tədbirlər
ittixaz etməlidir. İş görməlidir ki, axır ki
peşimanlığın zəhri cümləmizi həlakətə
salmasın. Əlan ancaq burasını düşünməliyiz
ki, cümləmiz Qafqaz övladı olub da birlikdə bir
ittihad ilə Qafqazın hürriyyət və azadəligindən
bəhrəmənd olub məsud və
xoşbaxt olmağımıza sərfi-qüvvət etmək
cümləmizin vəzifəsindəndir və burasını
da düşünməliyiz ki, əgər dübarə
ixtişaş olsa əqlə və xəyalə gəlməyən
hər iki tərəfə ziyanlıqlardan savayı ümumi vətənimiz
olan Qafqaz bilmərrə zay olacaq !
Ü.HACIBƏYOV
“İrşad” qəzeti, 19 may 1906, ¹117
əbri-şərarət – mərdiməzarlıq buludu
ittifaqi-əqval – söz, danışıq ittifaqı
ittifaqi-araə – ittifaqı bəzəyən
müdəlləl – isbat olunmuş
iğmaz – göz yumma
Ordan-burdan
Dövlət Duması tələb ediyor ki, ölüm tənbihi olmasın. Bu məsələ barəsində deyirlər, danışırlar, küsürlər, qoyurlar genə axırında bu çıxır ki, gərək ölüm tənbihi olmasın. Ona görə bu xüsusda qanun tərtib etməgə məşğuldurlar. Hökumət isə,-öz işini görməkdədir: yəni, ölüm tənbihini keyfi istədigi yerdə işlətməkdədir. Məsəla, Riqada bir qaradovoyun üstündə səkkiz nəfər adam öldürülübdür ! Əgər iş böylə gedəcəksə-heç zad: Duma qanun tərtib edənədək birdə görürsən ki, qaradavoy üstündə Rusiya padşahlığının yarısı qırılıbdır.
Qarabağ
ermənilərinin yepiskopu Aşot Qarabağdan Tiflisə gedib
canişin həzrətlərindən bir şey təvəqqe
edibdir: ermənilərdən yaraq alınmasın və müsəlman
köçərilərinə izn verilməsin ki, özlərilə
yaraq aparsınlar. Yəni, əgər köç vaxtı
işdir, adamdır-dava düşsə, qoy ermənilər
müsəlmanları tutub qırsınlar! İştə
yepiskop cənabları bunun üçün Qarabağdan Tiflisə
getmiş imiş! “Alik” qəzetəsi kəmali-xoşnudi ilə
xəbər verir ki, canişin həzrətləri
keşişin bu təvəqeini qəbul edibdir.
Dövlət Dumasına
yğılmış müsəlmanlardan heç bir xəbər
yoxdur: danışmırlar, eləmirlər... yəqin onlar
bizim müsəlman vəkillərini gözləyirlər ki,
bir yerdə danışsınlar. Ancaq qorxuram ki, bizim müsəlman
vəkilləri də oraya gedib o müsəlmanlar ilə bir
yerdə Dövlət Dumasını “Molla Nəsrəddin”in ədəb
məclisinə döndərələr. Öylə olsa dərdimizə
dərman tapılar, inşallah !
Erməni katalikosu
Mıkırtıc həzrətləri öz cəmaətinə
izn veribdir ki, bundan sonra ruhanilər seçib təyin etmək
işi büsbütün erməni cəmaətinin öz əlilə
olsun. Görək bizim də bu ruhanilər məclisində
(ki, mayın 24-ndə vaqe alacaqdır) qaradovoylar izn verəcəklərmi
ki, öz mollamızı özümüz seçək. Bu
müsaidə qaradavoyların iltifatına bağlıdır!!
Filankəs
“İrşad” qəzeti,
21 may 1906, ¹ 118
Ordan-burdan
Canişini-Qafqaz hüzurunda olan erməni-müsəlman “sülh və islah”komisyonunun məclis qurmağı: bu məclis gərək çoxdan qurulaydı, lakin “vajnı” əhvalat olmadığına görə indilərəcə qurulmağı lazım görülmüyordu. Doğrudan da çoxdan bəridir ki, lillahülhəmd Zaqafqaziyada heç bir öylə “vajnı” hadisə vaqe olmuyubdur. Tək bir orada burada ermənilər beş altı müsəlman və müsəlman uşaqları öldürüb öylə xəlvət yerlərdə basdırıbdırlar ki, heç yerin biləndə yoxdur. Birdə tək bir İrəvanda bulvara yığılan müsəlmanları topa tutub bir-ikisini aralıqda öldürmüşdülər, yerdə qalanlarının hamısı salamat qalıb ancaq “balaca” yaralanmışdılar. Və əlavə “cüzi” hadisə dəxi Malbəyli kəndinin yanında olmuşdu: böylə ki, ermənilər Xankəndi pristavından təvəqqe etmişdilər ki, görsün üç-dörd müsəlman çağırıblarmı ki, onları yolda tutub öldürmək mümkün ola. Pristavda haman dəm müsəlman başçılarından bir neçəsini çağırıb “mərd” ermənilərə vermişdi ki, bildiginizi eləyin. Onlarda bildiklərin eləmişdilər. Və bir də genə haman Qarabağda bir dəstə erməni qoşunu on-on beş əliyaraqsız müsəlmanı tutub əsir eləmişdilər ki, biz yapon olmuşuq, siz də rus adamlarısınız. Və bir də ermənilər İrəvan quberniyasında Əklis kəndini mühasirəyə salıb bugün kişidən, arvaddan, uşaqdan, yetim-yesirdən bəqədri-imkan ələ düşdükcə öldürüb gözlüyordular ki, görək daha da ələ düşən olacaqdırmı. Birdə Qazax uyezdində general Livitski, Xatisov, kazaklar, Kalantar və sairə yans of iski bir yerdə ittifaq edib Qazax müsəlmanlarını günün günorta çağı dögürdülər, söyürdülər, qırırdılar və sairə. Və bir də ermənilər ordan-oraya yaraq daşıyıb, burdan-buraya yaraq daşıyıb yolda rast gələn müsəlmanı və müsəlmana oxşayanları o qədər incitiyordular ki, onlar naçar bu dünyadan baş götürüb düz o biri dünyaya qaçırdılar. Lakin bu hadisələrin hamısı “vajnı” olmiyub cüzi olduğuna görə məclisin qurulmağı lazım gəlmiyordi. Axırda ki, bir neçə gün bundan irəli Qarabağda “vajneyşi”, yəni “vajnı” bir əhval oldu: Şuşa yolunda müsəlmanlar üç-dörd erməni tutdular, amma bu erməniləri öldürdülər yoxsa, öldürmədilər-hələ dürüst məlum degil. Qərəz böylə bir “vajneyşi” əhval, erməni , müsəlman “sülh və islah” komisyasının şimdiyə kibi mürgüləyən üzvlərin oyatdı və tez məclis qurub bu “vajnı” əhval barəsində danışmağa məcbur elədi.
Erməni üzvləri dedilər: Əcəba yol ilə keçən adamları müsəlman quldurları tutub soyurlar, biz də durub tamaşa edək insafdırmı?
Müsəlman vəkilləri dedilər: İnsaf degil, qardaş!
Erməni vəkilləri: Ona görə şidətli tədbirlər görmək lazımdır !
Müsəlman vəkilləri: Əlbəttə, lazımdır! Bu nə sözdür !
Erməni vəkilləri: Ta bundan sonra Gəncə quberniyasında olan hakimlərin hamısını çıxartmaq lazımdır. Çünki, indicə məlum oldu ki, onlar biqərəz hakim degil imişlər, nə diyorsunuz?
Müsəlman vəkilləri: Heç bir sözümüz yoxdur, ixtiyar sahibisiniz!
Erməni vəkilləri: Qarabağa da bir adam göndərmək lazımdır ki, həmi o tərəfə tək bir göz ilə baxsın, həmi bu tərəfə, böylə yaxşı degilmi?
Müsəlman vəkilləri: Əlbəttə yaxşıdır. Hakim gərək hər tərəfə bir gözlə baxsın !
Erməni vəkilləri: Bizim əqlimizə görə general Qoloşapovdan savay hər tərəfə bir gözlə baxan hakim yoxdur, və bir də general Qoloşapov əvvəl Qarabağda olarkən heç bir kəsi incitmiyordu, dögmüyordu, böylədir, böylə degil?
Müsəlman vəkilləri kəmali-ədəb və ərkan ilə: Böylədir, düzdür, doğrudur. (Bir az utanıb, qızarıb cürətsiz bir səslə): izn verirsinizmi ki, biz də bir söz deyək?
Erməni vəkilləri: Deyin, deyin !
Müsəlman vəkilləri: (qorxa, qorxa) Ey .... Qazax uyezdindən bizə yazırlar ki, ... ey ... orada müsəlmanlar istiyorlar ki, zad eləsinlər.... şikayət ... tfu! Dilimiz də dolaşdı .... təvəqqe eləsinlər ki, ta birdə onlara tutub ... cərimə almasınlar...
Erməni vəkilləri: Ha!
Bildik! ... Hm! Bəs siz nə deyirsiniz?
Müsəlman vəkilləri:
Biz? ... bizə qalsa hərgah doğrudan da
onların şikayəti dürüsdürsə, yəni ta
pul, flanları yoxdursa, birdə onlardan cərimə
alınmasın... Fəqət ixtiyar sahibisiniz,
özünüz bilin, nə deyək? Bəlkə onlar
yalan deyirlər, hələ pulları yoxdur... amma
.... gərək pulları
olmasın...
Erməni vəkilləri:
(bir az fikirdən sonra): Yaxşı! Ta bəsdir,
onlardan pul almaq daha lazım degil, hərçəndi o dələduzlara
yaxşı tənbihə olmadı, amma qoy bəsdir,
yazıqdırlar!
Müsəlman vəkilləri:
Allah sizdən razı olsun, Allah ömrünüzü uzun eləsin,
hamınıza dövləti-İbrahimi əta eləsin
! Amin!
Məclis qutarır və bu
qərarı qoyur:
Gəncə
quberniyasında olan hakim qulluqdan çıxsınlar. Çünki indicə məlum
oldu ki, onlar düz adam degil imişlər...
General Qoloşapov Qarabağa
təyin olunsun, çünki, o kişi hər tərəfə
bir gözlə baxır və ömründə bir adamı
nahaq yerə incitmiyibdir ... Qazax müsəlmanlarından daha
bir də cərimə alınmasın, çünki bir qəpik
pulları da yoxdur ... və habelə !
Vəkillər
durub dağılırlar. Ermənilər evlərinə
gedib öz aralarında xüsusi məclis qurub millət dərdini
danışırlar.
Müsəlman vəkillərindən
də hamama gedəni hamama gedir, getməyəni də
yıxılıb yatır və yuxusunda görür ki,
Qarabağ yepiskopu Aşot canişin həzrətlərindən
təvaqqe edir ki, ermənilərdən yaraq alınmasın,
amma müsəlman köçərilərini qoymasınlar ki,
özlərilə yaraq aparsınlar və bu təvəqqeyə
əncam olub söyünə-söyünə Qarabağa
gedir...
Bədəltəhrir-təəccüb
şurasıdır ki, bizim vəkillər qəsb
olduqlarına kifayət edəmiyib cəmaət tərəfindən
böylə cürətlə danışırlar. Mətləb
budur ki, bu vəkillər erməni-müsəlman məclisindən
sonra müvəqqəti təyin olunmuşdular və
onların yerlərinə hər quberniyadan gərək əhali
özü adamlar intixab edəydilər və bu işi gərək
onlar özləri etdirdəydilər. Onlar
isə bu işə etina edəməyib qasiblikdə davam
ediyorlar. Əlbəttə əgər Gəncə
quberniyası tərəfindən Qarabağ işlərinə
mətlu adamları əhali özü intixab etsəydi,
Qoloşapovun olduğunu bilib də ermənilərin təhriki
ilə onun təyin olunmasını təmənna etməz idilər.
Şimdi gərək Qoloşapov təcrübə
üçün Ağdam kibi, Cəmilli kibi və qeyri-təcrübə
etdiyi kimi neçə müsəlman kəndlərini
toplayacaq. Və yenə Qoloşapovu sərdar
xaric etmişdi və ermənilər nə qədər
çalışdılarsa, onu dübarə təyin etdirsinlər
bacarmıyordular. Şimdi müsəlman vəkillərinin
əli ilə tutdular. Bərəkət olsun bu gunə vəkillərə,
lakin yenə bərəkət olsun! Vəkillərimiz hər
gün qəzetələri sərdarın hüzuruna getdikləri
barəsində danışdıqları
laqqırtıları xüsusunda teleqraflar ilə dolduruyorlar:
daha müsəlmanə bundan artıq nə lazımdır!
“İrşad” qəzeti, 23 may 1906, ¹ 120
Qəzetəmizin
bugünkü nömrəsində cənab müəllim
Haşım bəy Vəzirovun Bakı müəllimlərinə
göndərilmiş teleqramını oxuyub direktor Livitskinin əmrindən
xəbərdar olub vətəni-əzizim olan
Vətəndaşlarım!
Özünüzə məlumdur ki, on-oniki il
bundan əqdəm şəhərinizdə öylə bir layiq
məktəb yox idi ki, orada ikmali-təhsil etmiş
balalarınız haman məktəblərdən
çıxandan sonra ya dərsinə davam etmək
üçün sair böyük məktəblərə imtəhan
verməgə qadir olaydı və yaxud ikmal etdigi təhsilə
iktifa edib valideynin alış-veriş və ticarət işlərində
yazı-pozu sarıdan onlara yardım etməgə müqtədir
olaydı. Vətənimizin həmiyyət və
himmətli adamları böylə əsfəli-halımızı
düşünüb şəhərimizdə heç olmazsa
iki sinfli bir məktəb güşadını vacib və
lazım bildilər. O idiki namus və qeyrəti-milliyyəsilə
məşhur Əhmədbəy Ağayev cənablarının
mübaşirəti-qeyrətməndanəsilə vətənimizdə
rus-müsəlman məktəbinin güşadi vüqu buldu. Və həqiqi cəmaət müəllimi namini
daşımağa behəqq layiq olan Haşımbəy Vəzirov
cənabları sizin özünüzün rizası ilə məzkur
məktəbə baş müəllim təyin olundu. Vətəndaşlarım!
Haman məktəbin güşadı
günündən etibarən siz, əhaliyi-Şuşa
üç yüzə mütəcaviz övladi-vətənin
təlim və tərbiyəsini öz əlinizlə intixab
olunmuş Haşımbəy Vəzirov cənablarının
öhdəsinə həvalə etdiniz. Haşımbəy
isə böylə bir ağır və məsuliyyətli vəzifəni
öhdəsinə götürüb də, onu yerinə yetirmək
üçün əlindən gələn ciddi-cəhd və
məsaini heç bir an əsirgəmirdi. Özünüz bilirsiniz məktəbin tərəqqi
və təkmili gün-gündən artıb
övladınızın layiqli təlim və tərbiyəsi
sizin qəlbinizi şad və xürrəm ediyordu.
Haşımbəyin məktəbini qurtarmış şagirdlərin
hamısı axırda öz valideyninin mədari-iftixarı
olurdu-desəm heç xəta etmərəm...
Vətəndaşlarım! Övladınızın təlim və tərbiyəsi
o yanda dursun, Haşımbəyin erməni-müsəlman
hadisati-mövsəfəsi əsnasında siz övladi-vətən
üçün əmələ gətirdiyi xidməti-fədəkaranələrini
unutdunuzmu? Aya, o qara günlərinizdə
Haşım bəy sizlərdən ötrü böyük bir
təsəlli və ümidgah degil idimi? Aya,
yalnız bir vətən və övladi-vətən ucundan
Haşım bəyin nəfyi-bələd edilməsinə
hökm olunmamışdımı? Bunun
hamısını siz unutdunuzmu ki, içinizdə namərd və
xain kəslərin, yəni Haşım bəyin müsibətindən
istifadə etmək fikri-səqimində olan kəslərin
peyda olmasına qeydsiz baxıyorsunuz? Livitskinin
əlində kor alət olan şəxsi Haşım bəy
kibi millət fədaisinə əvəz qoymaqmı istiyorsunuz,
vətəndaşlar?! Tərlan yerini sar
tutmağamı razı olursunuz? Neçün
bir sormuyorsunuz ki, aya, Haşım bəyin təqsiri nədir?
Millət müdafiəsi üçün dil
buluyan bir adamın təqsiri nədədir? Millətpərəstlikdəmi? Öylə
isə biz hamımız Haşım bəy kibi müqəssir
degilmiyiz? Avqust ayında qırğın
salan biz olmuş olsa idik və Haşım bəy bizi
qırğına təhrik və təşviq etsəidi, onu
müqəssir hesab etməyə hər bir kəsin həqqi
olardı. Lakin, vətəndaşlar, siz
özünüz görmədinizmi ki, evdə rahət
oturduğunuz yerdə təpənizə güllələr
yağmağa başladı? Aya, qəlbində millət
məhəbbəti olan bir zat, vətən övladının
böylə bir xəyanətkaranə əmələ qurban
olduğunu görüb də sükut edərdimi?... Vətəndaşlar! Neçün böylə
məbhut qalmısınız, bir ayılınız, huşyar
olunuz! Doğrudur, Haşım bəyin vətən
uğrunda etdigi fədakarlıqlar ilə siz övladi-vətən
üzərinə minnət qoymaq heç bir kəsə
yaraşmaz. Lakin insaf ediniz, bir adam ki,
sizin qara günlərinizdə sizə dəst rəs ola, siz nə
həqqilə onun qara günlərində qeydsiz baxa-baxa
qalarsınız?
Qırğını
salan ermənilərin başçısı doktor Baqaturov dəxi
Haşımbəy kibi nəfyi-bələd edilmişdi. Lakin ermənilər
buna qeydsizmi baxdılar?
İnsaf degil! Haşımbəyi
nəfy etməgə hökm olundu. Siz
danışmadınız. Qulluqdan
çıxarıldı, yenə dinmədiniz, indi də
istiyorsunuz o biçarə vətən xadiminə
axırıncı həqarət zərbəsidəmi vurulsun?... Bundan sonra dəxi
Haşımbəyin əlindən çıxmış məktəbə
siz övladınızı göndərəcəksinizmi?
Və bu həqarət zərbəsini siz öz əliniziləmi
uğrunuzda müsibətə giriftar olmuş Haşımbəyə
vuracaqsız? Vətəndaşlar, eləyiniz! Pərişanlığınız
gözlərinizi yumub sizi kor kibi qoymasın!
Haşımbəyin sabiq
şagirdi: Üzeyirbəy Hacıbəyov
“İrşad” qəzeti, 27
may
1906, ¹ 123
iktifa-kifayətlənmə
nəfyi-bələd-şəhərdən sürgün edilmə
məbhut-mat, döyükmüş
dəst-əl
rəs-yetişən, çatan
Ordan-burdan
Zaqafqaziyada erməni-müsəlman
davası olan kibi Qafqazda da inquş-kazak davası vardır. İnquş ləgzilərilə
rus kazakları kəmali-qaidə və qonurla dalaşırlar.
Böylə məlum olur ki, bundan sonra müsəlmanlar
xah Qafqazın aşağısında olsun, xah Qafqazın
yuxarısında olsun dalaşmağa məcburdurlar.
Binəva
inquşların yaraq və karasti gəzdirməyə
ixtiyarı yoxdur. Amma kazaklar-məlumdur ki, yaraqsız kazak
olmaz!
Lakin hökumət istəsə
bu dava dalaşa bir nəhayət çəkə bilər, necə
ki, Zaqafqaziyada erməni-müsəlman davasına çəkdi!
Yəni “erməni-müsəlman sülh
komissiyonu” kibi bir “inquş-kazak sülh komissiyonu” qayırar.
Ancaq bu şərt ilə ki, o komissiyonda inquş vəkilləri
bizim müsəlman vəkilləri kibi rəftarda bulunub, kazak vəkilləri hər nə buyursalar kəmali-ehtiram
və izzət ilə bəli-bəli desinlər, və illa bəli-bəli
deməsələr, heç vəqt sülh olmaz. Necə ki, bizim vəkillərin bəli-bəli deməginə
görə nə İrəvanda dava düşdü və nə
də Gəncə quberniyasında bir kəsin burnu qanadı.
Ümidvarız ki, hökumət həmin
tövr tədbirlərdə bulunub qoymaz ki, Qafqazda qan
tökülsün. Çünki, qan tökməkdən
hökumətin öylə zəhləsi gedir ki, daha nə
bilim nə tövr!...
Filankəs
“İrşad” qəzeti, 4 iyun
1906, ¹ 130
(Ardı var)
Üzeyir HACIBƏYLİ
525-ci qəzet.- 2010.- 1 may.- S.18.