Nurlu ömrün bədii salnaməsi
Görkəmli Azərbaycan ədibi, populyar roman və povestlərin müəllifi, ictimai xadim, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” adlı nəfis kitabı baharın əlamətdar bir məqamında işıq üzü görüb. Məşhur Azərbaycan oftalmoloqu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, çox-çox ümidini itirmişlərin gözlərinə öz şəfalı əllərilə işıq verən professor Zərifə xanım Əziz qızı Əliyeva aprel ayının 28-də, Azərbaycan baharının axar-baxarlı çağında bu dünyaya göz açmışdı.
Sözügedən kitab Azərbaycan ədəbiyyatının son 50 ildəki təcrübəsində analoqu olmayan bir trilogiyanın sonuncu əsəridir. Bu trilogiyanın hələ 2006-cı ildə nəşr olunmuş birinci əsəri müstəqil Azərbaycan dövlətini yaradan və onu çox mürəkkəb şəraitdə qoruyub saxlayan, dünyanın aparıcı dövlətləri sırasında ölkəmizə layiq olduğu nüfuzu qazandıran dahi siyasətçi, ümummilli liderimiz Heydər Əliyevin parlaq xatirəsinə həsr olunmuşdu. Trilogiyanın 2007-ci ildə işıq üzü görmüş ikinci kitabı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının dövlətçilik tariximizin əlamətdar bir mərhələsində Azərbaycan naminə fədakar fəaliyyətindən və məhz onun rəhbərliyi altında ölkəmizin, xalqımızın əldə etdiyi böyük beynəlxalq uğurlarımızdan bəhs edir.
400 səhifəlik həmin kitab sənəd zənginliyi və publisistika ilə bədiiliyin təbii hüdudlarında meydana gəlmişdi. Əlbəttə, ilk növbədə cənab Prezidentin özü, ailəsi, övladları, onu əhatə edən silahdaşları, əqidə və məslək yoldaşları, komandasının üzvləri haqqında, istər onun ölkə başçısı olduğu illərdə, istərsə də yaxın keçmişlərdə Azərbaycanda və xaricdə baş verib bizə də bu və ya digər dərəcədə aidiyyəti olan çox mühüm tarixi hadisələr bu əsərdə öz təbii, ürəkaçan əksini tapmışdır. Xüsusi səriştə ilə toplanıb sahmana salınmış faktlar, eləcə də bədiiliklə sənədliliyin həddi aşmayan tənasübü bu əsərə ayrıca bir inandırıcılıq haləsi vermişdir. Kitabı oxuyursan və yalnız ilk mənbələrdən alınan, bir-birinin davamı olub biri – digərini tamamlayan mötəbər faktlara, onların şərhinə bir daha inanırsan, bu faktların ümumiləşdirilməsindən çıxarılan obyektiv nəticələrə tapınırsan. Eyni zamanda görmək olur ki, təcrübəli yazıçı yeri gəldikcə, buna xüsusi ehtiyac duyduqca, maraqlı bədii vasitələrdən də faydalanmışdır. Məsələn kitabdakı fəsillərin adlarını götürək: “Odlar yurdu”, “Strasburqda döyüş”, “Əsrin çağırışları” və s. Miniatür oçerklərin adları, ruhu və mahiyyəti də bu fikrimizi təsdiq etməkdədir: “Sevginin adı Mehribandır”, “Üç dənizin əfsanə və həqiqətləri”, “Göylər ağlayırdı”, “Mən bir uşaq, sən bir ana”, “Yaqutun nuru” və s.
Ulu öndərin və onun ömür-gün yoldaşının öz əzizlərindən əbədilik ayrıldıqları və bütün Azərbaycan üçün ağır olan anların təsviri, eləcə də Əliyevlərin üçüncü nəslinin məhəbbəti, ailə qurmasının bəzi ibrətamiz təfərrüfatları bu baxımdan xüsusilə təsirlidir. Bu deyilənlər onsuz da oxunaqlı olan “İlham Əliyev” kitabının cazibədarlığını daha da qüvvətləndirmişdi.
Lakin hiss olunurdu ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, övladlarının anası, fədakar həkim – alim Zərifə xanım haqqında daha zəngin faktlar əsasında, genişmiqyaslı ayrıca bir əsər yazmağa ehtiyac var. Bu da özünü çox gözlətmədi. Sözügedən kitabın ilk nüsxələri bir neçə gün bundan əvvəl onu səbirsizliklə gözləyən qədirbilən oxuculara çatdırıldı.
Adı dünya tibb elminin ən görkəmli nümayəndələri arasında özünə məxsus şərəfli yer tutan akademik Zərifə xanım Əliyeva təzə kitabın səhifələrində yüksək amallarla yaşayan və işləyən vətənpərvər Azərbaycan ziyalısı, ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi canlanmaqdadır. Özəlliklə də uzun illər ümummilli liderimiz Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq ölkəmizin bütün sahələrinin həmahəng inkişafında öz imkanları dairəsində yaxından iştirak edən əsl vətəndaş kimi Zərifə xanımın işıqlı obrazı, bütün yönləri ilə oxucuda böyük rəğbət və məhəbbət doğurur.
Zərifə xanımla Heydər Əliyevin qarşılıqlı məhəbbətinə, ailə idilliyasına, ən mürəkkəb vəziyyətlərdə belə onların bir-birini yaxşıca duyub başa düşdüklərinə dair yazıçının onlarla mənbələrdən toplayıb öyrəndiyi, sistemə saldığı çox qiymətli məqamlardan tək bircəciyini hörmətli oxucuların nəzərində canlandırmağa çalışacağam.
Məlumdur ki, 1982-ci ilin sonlarında, o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin böyük təşkilatçılıq istedadını və zəngin təcrübəsini, yüksək mənəvi keyfiyyətlərini əsas götürən ölkə rəhbərliyi onu Sov. İKP MK Siyasi Bürosunun üzvü – SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkmişdi. Bu, əlbəttə, Heydər Əliyevin timsalında bütün ölkəmizə, Azərbaycan xalqına başucalığı gətirən böyük tarixi hadisə idi. Mərhum xalq şairimiz Nəbi Xəzri həmin hadisəni əsərlərindən birində çox yaxşı mənalandırmışdı. O yazmışdı:
Elə ucaldıq ki, ucaldıq ki, biz –
Siyasi Bürodan gəldi səsimiz!
Bəs o zaman bizim hamımızda böyük iftixar duyğusu oyadan bu hadisə sözügedən kitabın qəhrəmanı Zərifə xanımın qəlbində hansı həyəcanları, təlatümləri oyatmışdı?
Zərifə xanımla ulu öndərin kitabın 168-ci səhifəsində təsvir olunan yüksək dərəcədə səmimi həsbi-halında bu baxımdan çox təsirli anlar öz əksini tapmışdır:
U nee
prervalosğ dıxanie. Ona vpervıe tak razvolnovalasğ. On
molça sluşal ee, izredka potiraə ladonğö lob.
– ...İ
poçemu Narimanova pereveli v Moskvu? – prodoljila Zarifa
xanum. – Deskatğ, povısili v doljnosti. Da,
povısili v doljnosti. A vposledstvii
potixonğku ubrali...potomu çto Narimanov vsem suhestvom svoim radel
ob Azerbaydjane. Da, politiçeskaə deətelğnostğ,
bioqrafiə Narimanova ehe ne osvehenı s vısotı vremeni.
No ə verö, çto politiçeskie vzqlədı
Narimanova, da i mnoqix istoriçeskix fiqur Azerbaydjana ehe budut
issledovanı. Uj i ne znaö, kak obcəsnitğ, no çto-to
ne po duşe mne tvoy perevod v Moskvu, v
Politböro. Serdüe moe jenskoe, materinskoe
podskazıvaet... trevojitsə. Vedğ
tı zdesğ, v Azerbaydjane, verşişğ dlə svoey
stranı kuda bolğşie dela. Sdaetsə mne, potomu-to
Moskva i zovet tebə v svoi “obcətiə”...
lll
Azərbaycan
istedadlar məkanıdır. Qadınlarımız arasında
elmin ən müxtəlif sahələrini layiqincə təmsil
edən akademiklərimiz də var. Amma
yazıçının indicə gətirdiyim nümunədə
də böyük həssaslıqla bizə təqdim etdiyi
kimi, Zərifə Əliyevanın bir ailə xanımı, bir
ana kimi ən böyük, taleyüklü, tarixi missiyası
onda özünü bütün əzəməti ilə
göstərmişdir ki, o, öz sevimli ərinə həmişə
mötəbər hayan olmuş, xalqımıza İlham Əliyev
kimi oğul bəxş etmiş, ulu öndərimiz Heydər Əliyevlə
birlikdə yüksək tərbiyə və təhsil
vermiş, bütün varlığı ilə xalqına xidmət
edən vətənpərvər, vətəndaş bir
övlad kimi yetişdirmişdir. Bu gün biz məhz
dünya miqyaslı siyasətçi, Prezidentimiz İlham Əliyevin
rəhbərliyi altında Azərbaycanımızın
istisnasız olaraq bütün sahələrdə əldə
etdiyi tarixi uğurların şahidi və
iştirakçısıyıq.
Bu günlər ölkəmizdə
Azərbaycan Respublikasının 2010-cu il
üçün Dövlət mükafatlarını almaq məqsədilə
namizədlər irəli sürülür. Bu
münasibətlə artıq elm, ədəbiyyat, incəsənət
sahəsində son zamanlarda nəşr olunmuş bir sıra
elmi, ədəbi, incəsənət əsərləri,
onların müəllifləri 2010-cu ilin Dövlət
mükafatını almaq üçün namizəd kimi irəli
sürülmüşdür. Bu proses, əsasnaməyə
görə, hələ davam edəcəkdir. Mən belə
hesab edirəm ki, yazıçı Hüseynbala Mirələmov
Moskvanın “Molodaya qvardiya” nəşriyyatında “Görkəmli
adamların həyatı” seriyasından buraxılmış “Zərifə
Əliyeva” kitabı üçün 2010-cu ilin Azərbaycan
Respublikasının Dövlət Mükafatını
almağa tam layiqdir.
lll
Əsl
yaradıcı təfəkkür sahibi kimi
tanıdığımız Hüseynbala Mirələmov
öz sənətkar təbiəti ilə dinclik və
rahatlıq nə olduğunu bilməyən bir ədibdir. O, həmişə ədəbi
axtarışda olan sənətkar kimi həm öz
yaradıcılığını, həm də ədəbiyyatımızı
yeni əsərlərilə müntəzəm olaraq zənginləşdirir.
“Heydər Əliyev” və “İlham Əliyev” kitabları Azərbaycanda
və bəzi xarici ölkələrdə böyük rəğbət
və məhəbbətlə qarşılandığı
çağlarda, belə günlərin birində, ürəyindən
qopan amiranə bir səs yazıçıya deyibdir ki,bu böyük mövzunu dilogiya ilə bitirmək
olmaz. Onu trilogiya kimi davam etdirmək
lazımdır.
Beləliklə də
vicdanının səsinə qulaq asan Hüseynbala Mirələmov
XX əsr Azərbaycanı üçün, elə
bugünkü nəsillərimiz üçün də öz
nümunəvi həyatı, parlaq əməlləri,
müdrik elmi fikirləri, zərif duyğuları, müqəddəs
ailə şərəfi ilə həmişə
başucalığı gətirən Zərifə xanım Əliyeva
haqqında eyniadlı kitabı yüksək səviyyədə
yazıb meydana qoydu və yaxşı dizaynla onu 3 min nüsxə
tirajla Moskva şəhərində nəşr etdirdi. Bunun üçün mən bir oxucusu və qələm
yoldaşı kimi görkəmli ədibimizə öz dərin
minnətdarlığımı bildirirəm. İndi mənim bir arzum da var. Ədəbi və elmi
yaradıcılıq sahəsində qədim yunanlardan gəlmə
monoqrafiya, dilogiya, trilogiya kimi bir – tetralogiya janrı da
mövcuddur və ana dilimizdə bu söz dördlük deməkdir.
Mövzusu və materialı, mötivləri, izlədiyi ali məqsədi etibarilə bir-biri ilə səsləşən,
biri-digərini izah edən, biri o birisinin fikir və qənaətlərini
daha da möhkəmləndirən dörd müstəqil əsər
mənasına gəlir.
Mən bütün
varlığımla inanıram ki, Hüseynbala müəllim
XX əsrin ikinci yarısının, XXI əsrin ilk onilliyinin əsilli-köklü,
milli kaloritli, bütün reytinqləri aşıb keçən
beynəlxalq nüfuzlu, ən görkəmli, ən nümunəvi
Azərbaycan ailəsi kimi tarixə düşmüş Əliyevlər
haqqında böyük ruh yüksəkliyi ilə təzə
bir kitab da yazıb öz tetralogiyasını
(dördlüyünü) müvəffəqiyyətlə
tamamlayacaqdır. Və biz bu dördüncü kitabda Azərbaycan
Respublikasının Birinci xanımı, Heydər Əliyev
Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı
elçisi, Millət vəkili Mehriban xanım Əliyevanın
hamımız üçün doğma və əziz olan
parlaq obrazını görəcək, onun nəcib və
xeyirxah əməlləri ilə ətraflı tanış
olacaq, onu əvvəlkindən daha çox sevəcəyik, Azərbaycan
mədəniyyətinin, incəsənətinin, səhiyyəsinin,
təhsilinin inkişaf edib, daha geniş üfüqlər fəth
etməsi naminə Mehriban xanıma, onun yeni-yeni layihələrinə,
onun hər bir təzə təşəbbüsünə
bütün varlığımızla dəstək verəcəyik!
28 aprel 2010-cu il
Bəkir NƏBİYEV,
Akademik
525-ci qəzet.- 2010.- 1 may.- S.15.