Xalq şairi Rəsul Rzanın yubileyilə bağlı elmi sessiya təşkil
edilib
Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Nizami adına
Ədəbiyyat İnstitutunda
xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib.
AMEA-dan verilən məlumata görə, tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən olan R.Rzanı söz sənətimizə
forma və məzmunca
yeniliklər gətirərək
novator şair kimi səciyyələndirib:
“Böyük şairin
100 illik yubileyinin geniş şəkildə
qeyd edilməsi ilə bağlı prezidentin imzaladığı
sərəncam ölkəmizdə
ədəbiyyatın inkişafına,
sənət adamlarına
göstərilən diqqət
və qayğının
daha bir bariz nümunəsidir. Artıq ölkəmizdə və onun hüdudlarından kənarda Rəsul Rzanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Zaman göstərir
ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır.
Onun yaradıcılığı gündən-günə
gəncləşərək, daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır.
Azərbaycan dilinin poetik
potensialının yeni-yeni
imkanlarını üzə
çıxaran R.Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli
bədii nümunələr
meydana gətirməklə
yanaşı, respublikamızın
elmi-mədəni həyatında
yaxından iştirak edib, dolğun və səmərəli ictimai fəaliyyəti ilə tanınıb”.
Fəlsəfə
elmləri doktoru, professor Rahid Ulusel R.Rzanın həyat və yaradıcılığından bəhs edən geniş məruzəni sessiya iştirakçılarının
diqqətinə çatdırıb.
Məruzəçi ilk şeirlərindən müasirlik ruhu ilə seçilən, lirik şair kimi diqqəti cəlb edən R. Rzanın illər ötdükcə yeni-yeni orijinal yaradıcılıq
nümunələri ilə
ədəbiyyatımızda əbədi yaşamaq şansını qazanmış
sənətkarlardan birinə
çevrildiyini vurğulayıb. Elmi sessiyada tanınmış
ədəbiyyat tədqiqatçıları
R.Rza və onun poeziyası barədə fikirlərini
bölüşüblər. Sonda elmi sessiyanın
iştirakçılarına minnətdarlığını bildirən R.Rzanın oğlu, Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anar çıxışında
ədəbiyyatımızın, mədəniyyətimizin inkişafı
naminə böyük
zəhmət bahasına
uğurlar qazanan hər bir kəsin
yad edilməyə haqqı olduğunu deyib.
SARA
525-ci qəzet.-
2010.- 4 may.- S.7.