İsmayıl Ömərov TÜRKSOY-un mükafatına layiq görülüb

 

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov TÜRKSOY tərəfindən mükafatlandırılıb. Mükafat İ.Ömərova Türk dünyası mədəniyyətinin tanıdılması istiqamətində fəaliyyətinə, İctimai Televiziyanın ortaq Türk televiziyası layihəsində tariximiz, mədəniyyətimiz adət-ənənələrimizin təbliği, yeni nəsillərə çatdırılması istiqamətində hazırlanan proqramlara görə təqdim edilib. İctimai Televiziyanın TRT-AVAZ ilə bir ildən artıq həyata keçirdiyi ortaq yayımdaYeni günproqramına görə şirkətin departament direktoru Səidə Musabəyli bu proqramdakı aparıcılığına görə Saleh Bağırov da TÜRKSOY-un mükafatına layiq görülüb.

 

 

525-ci qəzet.- 2010.- 5 may.- S.7.