İçərişəhərdə Nikulinə abidə

 

Bakıdaİçərişəhərdə görkəmli rus-sovet kinoaktyoru Yuri Nikulinin abidəsi ucaldılıb. AbidəBrilliant əlfilminin çəkilişlərinin reallaşdığı ərazidədir. Bu barədə Nazirlər Kabineti yanındaİçərişəhərDövlət Tarix Memarlıq Qoruğu İdarəsinin direktoru Mikayıl Cabbarov məlumat verib. Sözügedən abidənin, filmin baş qəhrəmanının yıxılan zamanLənət şeytanadediyi yerdə açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. AbidəYıxılan Nikulinadlanacaq. İdarənin direktoru hansı aktyoraYuri Nikulinə, yoxsa Andrey Mironova İçəri şəhərdə heykəl qoyulması barədə müzakirələrin getdiyini sonda Yuri Nikulinə abidə ucaldılmasına qərara verildiyini bildirib. Qeyd edək ki, “Brilliant əlfilmi ölkə ekranlarına çıxan kimi prokat lideri oldutəkcə 1969-cu ildə o, 76,6 milyon tamaşaçı topladı. Film Rusiya kino tarixində ən məşhur ekran əsərlərindən biridir. Filmin ssenari müəllifləri Leonid Qayday, Yakov Kostyukovski, Moris Slobodskoy, rejissoru Leonid Qaydaydır. Baş rolları Yuri Nikulin (Semyon Qorbunkov), Anatoli Papanov (şefin köməkçisi), Andrey Mironov (Geşa), Nina Qrebeşkova (Nadya) başqaları ifa edirlər.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 may.- S.7.