Şəki Dram Teatrı paytaxtda

 

Pəri cadu”nu nümayiş etdirib S.Rəhman adına Şəki Dövlət Dram Teatrının yaradıcı kollektivi Gənc Tamaşaçılar TeatrındaPəri cadutamaşasını təqdim edib. Bununla da teatr Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə keçirilənMilli Teatr Festivalı-2010” çərçivəsində özünün 130-cu mövsümünü açıb. İkihissəli, psixomistik tamaşa Ə.B.Haqverdiyevin eyniadlı əsəri əsasında səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru Qızıl Dərviş mükafatçısı Mirbala Səlimli, quruluşçu rəssamı əməkdar rəssam Qüdrət Məmmədovdur. Tamaşada rolları Yasəmən Malik, Qızıl Dərviş mükafatçıları Xanlar Həşimzadə, Əbülfət Salahov, Əligüşat Rəhimov və başqaları ifa ediblər.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 may.- S.7.