Ülkərin ürək dünyası” “Uşaq Dünyasıqalereyasında

 

T.İsmayılov adına Uşaq Gənclər Mədəniyyət SarayınınUşaq Dünyasıqalereyasında Ülkər ZeynalovanınÜlkərin ürək dünyasıadlı rəsm əl işləri sərgisi keçirilib. Uşaq dünyasırəsm qalereyasında keçirilən sərgi Mədəniyyət Turizm Nazirliyi, ƏlillərinZaurXeyriyyə Cəmiyyəti Tofiq İsmayılov adına Uşaq Gənclər Mədəniyyət Sarayı tərəfindən təşkil olunub. Sərgidə Ülkərin daxili aləmini əks etdirən rəsmlər yer alıb.

Ülkər Zeynalova 1981-ci ildə Bakıda dünyaya gəlib. Ülkər 219 saylı orta məktəbi bitirib. Orta məktəbdə oxumaqla yanaşı, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik mərkəzində rəsm üzrə məşğələlərdə iştirak edib. 2001-ci ildə 12 saylı Bakı Peşə Liseyinə daxil olub bədii tərtibat işlərinin icraçı rəssamı ixtisasına yiyələnib.

Ülkərinİki dünyaadlı rəsmi xüsusilə fərqlidir. Bu rəsm müəllifin daxili aləminin güzgüsüdür. Ülkər fiziki qüsuruna baxmayaraq, inamın iradənin gücü ilə öz mənəvi aləminin rəngarəngliyini çatdıra bilir. O, 1996-cı ildə Əlillərin 2-ci Ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olaraq 3-cü dərəcəli diplomla təltif olunub. 1999-cu ildə “BP-Amoco” şirkəti tərəfindən Təbiətin Mühafizə Gününə həsr olunmuş Uşaqların Ekoloji Rəsmləri müsabiqəsində diploma, 2000-ci ildə məktəblərin Ümumrespublika rəsm sərgisi müsabiqəsinin iştirakçısı kimi fəxri fərmana, habelə 2000-ci ildə Xəzərə həsr olunmuş ekoloji rəsm işinə görə 2-ci yerə layiq görülüb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 may.- S.7.