Xanımana Əlibəylinin 90 illiyi Gəncədə qeyd olunub

 

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 22 saylı filialındaUşaqların sevimlisibaşlığı altında Xanımana Əlibəylinin 90 illiyi ilə əlaqədar şeir gecəsi keçirilib. Bu barədə Gəncə MKS-dən məlumat verilib. Gecəni giriş sözü ilə adıçəkilən filialın böyük kitabxanaçısı İsmaylova Tünzalə açaraq ötən aprel ayı ərzində yazıçı X. Əlibəylinin 90 illik yubileyinin Gəncənin orta məktəblərində kitabxanalarda silsilə tədbirlərlə qeyd olunduğunu diqqətə çatdırıb:Uşaqların sevimli yazıçısı olan Xanımana Əlibəyli onlar üçün gözəl şeirlər yazıb, körpə balalarımızı sevindirib”. Tədbirdə kitabxanaçı Günel Quliyeva X.Əlibəylinin həyat yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. G. Quliyeva çıxışında X. Əlibəylinin əsərlərində vətənə məhəbbət, insan əməyinə istedadına ehtiram, ataya, anaya, müəllimə, ümumiyyətlə, böyüklərə hörmət hissinin öz əksinin tapdığını bildirib. Tədbirdə məktəblilər şairənin şeirlərini oxuyublar. Tədbirə dəvət olunmuş qonaqlar X. Əlibəyli ilə bağlı xatirələrini bölüşüblər. Sonda məktəblilər tədbir iştirakçıları şairənin yaradıcılığından bəhs edən sərgi ilə tanış olublar.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 5 may.- S.7.