Yazıçılar Birliyində gənclərin poeziya saatı olub
Yazıçılar Birliyində
(AYB) qurumun Ədəbiyyat
Təbliği Bürosunun
təşəbbüsü və təşkilatçılığı
ilə Gənc Ədiblər Məktəbinin
(GƏM) poeziya saatı
keçirilib. Tədbiri
AYB-nin katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq, belə şeir axşamlarının
təşkilini müsbət
addım kimi dəyərləndirib. AYB katibi
gənclərin ədəbi
proseslərdə fəal
iştirakını təmin
etmək məqsədi
daşıyan belə
tədbirlərin tez-tez
keçirilməsinin vacibliyini
vurğulayıb.
Tədbirdə
çıxış edən AYB-nin Ədəbiyyat Təbliği
Bürosunun direktoru, şair Nazim Əhmədli gənclərin
poeziya saatının keçirilməsində əsas məqsədin
gənc yazarların ədəbi proseslərdə aktiv
iştirakını təmin etmək, imzalarını təsdiqləməkdə
onlara kömək göstərmək olduğunu bildirib. N. Əhmədli
dövlətin gənclərlə bağlı
apardığı məqsədyönlü siyasətin
davamı kimi həyata keçirilən poeziya saatının gələcəkdə
də mütəmadi təşkil olunacağını
bildirib: “Biz istəyirik ki, gənclərin şeir
axşamı davamlı olsun. Bunun üçün hər
ayın ilk həftəsinin ikinci günü gənclərin
poeziya saatını keçirməyi nəzərdə
tuturuq”. Büro direktoru həmçinin gələcəkdə
gənc yazarların əsərlərinin yerli və xarici mətbuatda
dövri çapını həyata keçirmək
üçün bəzi layihələr
planlaşdırıldığını deyib.
Tədbirdə GƏM
üzvlərindən Anar Amin, II Qismət, Vüsal
Nazimoğlu, Zərdüşt Şəfizadə, Qılman
İmanlı, Vüsal Nuru, Elvin Bakiroğlu, Günel Rüstəmova,
Xalid Mahmud, Sabir Alim, Rəna Nizami, Afaq Vəliyeva, Günay
Quliyeva, Aysel Kərimova, Günel Şamilqızı, Kərəm,
Taleh yeni şeirlərini oxuyublar.
SARA
525-ci qəzet.-
2010.- 6 may.- S.7.