Dünya Gənc Türk Yazarlar Birliyi dörd kitab nəşr etdirib
Dünya Gənc Türk Yazarlar Birliyinin layihəsi çərçivəsində
dörd kitab nəşr olunub. Layihənin
rəhbəri, sözügedən
birliyin sədri, şair Əkbər Qoşalının bildirdiyinə
görə, türk dilində çıxan “Çağdaş Azərbaycan
şeiri – 2” adlı kitab Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurası
tərəfindən maliyyələşdirilən
“Yeni nəsil Azərbaycan ədəbiyyatının
təbliği” layihəsi
əsasında işıq
üzü görüb.
Bu antologiyada ölkəmizdə
yaşayıb-yaradan 43 gənc
və orta nəsil yazarın yaradıcılıq nümunələri
toplanıb. Digər üç
kitab isə Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Kitablı
dünya” layihəsi çərçivəsində çap edilib. “Azərbaycan şeirlər
toplusu”nda tanınmış
şairlərin vətənə
həsr olunmuş şeirləri toplanıb.
“Şeir çələngi”
antologiyasında türk
dünyası söz sənətinin yeni nəsillərini təmsil
edən, ədəbiyyata
ötən yüzilliyin
80-ci illərindən sonra
gəlmiş 58 şairin
poetik nümunələri
öz əksini tapıb. “Nakam
şairin şeirlər
kitabı” isə 31 yaşında vəfat etmiş Hamlet Kazımoğlunun
yaradıcılığından bəhs edir.
SARA
525-ci qəzet.-
2010.- 6 may.- S.7.