Muzey Mərkəzində
Ənvər Əsgərovun
əsərləri sərgilənir
Muzey Mərkəzinin Sərgi Qalereyasında əməkdar
rəssam Ənvər
Əsgərovun 70 illiyi
ilə bağlı yubiley sərgisi təşkil olunub. Muzey Mərkəzindən
verilən məlumata görə, ekspozisiyada rəssamın son illərdə
yaratdığı 85-dən çox yeni rəngkarlıq əsəri
sərgilənir. Sərginin
açılış mərasimində
çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, xalq rəssamları Ağaəli
İbrahimov, Arif Hüseynov və başqaları Ə. Əsgərovun
özünəməxsus yaradıcılıq
üslubuna malik olmasını qeyd ediblər. Çıxışlarda
Ə. Əsgərovun həyat
və yaradıcılıq
yolundan söhbət açılıb: “Ənvər
Əsgərov 1940-cı ildə
Bakıda anadan olub. Əzim Əzimzadə adına
Bakı Rəssamlıq
Məktəbində Kamil
Xanlarov və Lətif Feyzullayev kimi tanınmış rəssamlardan dərs alıb. Daha sonra Sankt-Peterburqda Muxina adına
Ali Sənaye Rəssamlığı
İnstitutunu bitirib. 1968-ci ildən Azərbaycan
Rəssamlar İttifaqının
üzvüdür. 1994
və 2003-cü illərdə
Bakıda fərdi sərgiləri təşkil
edilib”. Çıxış
edənlər rəssamın
əsərlərinin Rusiya
Mədəniyyət Nazirliyinin
fondunda, Azərbaycan Dövlət İncəsənət
Muzeyində, Dövlət
Rəsm Qalereyasında
və bir çox şəxsi kolleksiyalarda saxlanıldığını
diqqətə çatdırıblar.
SARA
525-ci qəzet.-
2010.- 6 may.- S.6.