Şəki Dram Teatrı “Xəsis”i
göstərib
S.Rəhman adına
Şəki Dövlət
Dram Teatrının yaradıcı
kollektivi “Milli Teatr Festivalı-2010” layihəsi
çərçivəsində Gənc Tamaşaçılar
Teatrında fransız
dramaturqu Jan Batist Molyerin “Xəsis” tamaşasını nümayiş
etdirib. Tamaşa Azərbaycanda peşəkar
teatrın yaranmasının
135 illiyinə həsr
olunub. Tamaşanı fransız dilindən
Mehman Musabəyli dilimizə tərcümə
edib. Səhnə əsərinin quruluşçu
rejissoru Mirbala Səlimli, quruluşçu
rəssamı əməkdar
rəssam Qüdrət
Məmmədovdur. Tamaşada rolları
Əbülfət Salahov,
Aydın Əlibalayev,
Xanlar Həşimzadə,
Sima Şabanova, Rəhim Qocayev və başqaları ifa ediblər.
SARA
525-ci qəzet.-
2010.- 6 may.- S.7.