İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

 

İstanbuldakı Böyük Klubda azərbaycanlı rəssam Sadıq Babayev tələbələrinin rəsm sərgisi açılıb. APA-nın xəbərinə görə, sərgidə S. Babayev tələbələrinin əsərləri nümayiş etdirilir. Açılış münasibətilə təşkil olunan ziyafətdə APA-ya açıqlama verən rəssam Münəvvər Sami deyib ki, 10 ildən çoxdur, Sadıq Babayev onlara dərs deyir: “40 tələbə indiyə qədər ondan heç ayrılmadıq. Sadıq müəllimlə bir neçə sərgidə iştirak etmişik. Baxın, bu sərgidə onun tələbələrinin neçə tablosu satılıb? Bizim tablo satışından da önəmli olan Sadıq müəllimdən öyrəndiklərimizdir. Çünki bilirik ki, onun sənət emalatxanasında çəkdiyimiz tablolar uşaqlarımıza qoyub gedəcəyimiz ən yaxşı miras olacaq”. 1952-ci ildə Tərtər rayonunda anadan olan Sadıq Babayev Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini V.İ.Muxina adına Rəssamlıq Akademiyasını bitirib. Yaradıcılıq işlərini 1996-cı ildə Türkiyədə davam etdirir. İndiyə qədər Türkiyənin müxtəlif şəhərlərində 10 fərdi sərgi açıb, 30 qrup sərgisində iştirak edib.

 

 

525-ci qəzet.- 2010.- 6 may.- S.7.