Ayıq vicdanla yazılan mətləblər

 

Hər hansı bədii əsər, istər yığcam şeir, istər vahid sadə süjetli kiçik hekayə, istərsə qollu-budaqlı, şaxəli, neçə-neçə hadisəni, insan taleyini özündə birləşdirən iri həcmli roman üçün doğulan mövzu da var, quraşdırılan, uydurulan mövzu da. Doğulan mövzudan əsl bədii əsər doğulur. Quraşdırılan, uydurulan mövzudan yaranan əsər, oxucuya doğmalaşa bilmir, üzündən-gözündən ögeylik yağır. Son məqamda onu yazana da, müəllifin qələminə zərrə qədər hörmət, şöhrət gətirmir. Bu fikri söyləməmək olardı, çünki mən zamanın gerçəkliyi, həyatın həqiqəti ilə yazıçı təxəyyülünün bəhrəsi olan bitkin bir romandan danışmaq istəyirəm. Az qala əhalisinin yarısımüğənni”, “şair”, “yazıçıolan müasir Azərbaycanda əsl sənət adamlarını, bədii söz sərraflarını bu gün barmaqla saymaq mümkündür.

Çoxdan idi ki, belə bir roman oxumamışdım. Necə deyərlər, həyat həqiqətlərini, isti soyuq münasibətləri, ləkəsiz, vicdanlı yaşamaq uğrunda mübarizəni, pula, sərvətə qul psixologiyasını açıb ortaya qoyan, milli təəssübkeşliyə söykənən, nəhayət konfliktlərin zirvəsinə çatandahərənin yeriniözünə göstərə bilən roman barədə deyirəm.

Nədənsə yazıçıya, şairəistedadlıtitulunu, epitetini, möhürünü vura bilmirəm. Yazıçı, şair istedadlı deyilsə, deməli o, yazıçıdır, şair. Kəsəsi, doğrudanmı yazıçı, şair istedadsız da ola bilər? Onda onun nəyi yazıçı şairdir? Beləsinin qalın-qalın kitabları nəşr olunsa da, “saqqal altından keçibhansısa mükafatı alsa da, əhəmiyyəti yoxdur.

Nüşabə xanım Məmmədli yazıçıdır. Hadisələri ümumiləşdirə bilən, yaratdığı xarakterlərin daxilinə nüfuz edən, düyünləri aça bilən, oxucuyanağıl danışmayan”, onu düşündürən, kövrəldən, həyata hazırlayan, dostu düşməndən seçə bilməyi, sözün həqiqi mənasında öyrədən, bir sözlə, əsərlə yaşayan, əsəri yaşadan yazıçıdır. Nöqtəsini 2009-cu ilin sentyabr ayında qoyub bir ildən sonra oxucuların ixtiyarına verdiyiVicdan dustağıadlı romanının mövzu dairəsi, təsir gücü məhz məni beləcə düşünməyə, əlimə qələm alıb fikrimi oxucularla bölüşməyə məcbur etdi. (“Məcbur etdikəlməsi əsərin gücü barədə ən qısa ən ədalətli deyimdir.)

Şərti olaraq romana inkişaf mərhələlərinə görə bir neçə ad verə bilərik. Məlikin Səltənətin qolundan yapışması, zorla qızın ürəyinə hakim kəsilmək istəyi sonrakı faciələrin bünövrəsinə qoyulan qara daş kimidir. Yollar, talelər qovuşsa da əqidə məfkurə ayrılığı müxtəlif bar-bəhər verən iki ağacın bir-birinə vurulan dözümsüz calağına bənzəyir. Biz “Qovuşan ayrılan yollarlairəlilədikcə böyük məhrumiyyətlərə, göz yaşlarına, dözümə, unutqanlığa yaxınlaşırıq. Səltənət mənən təhqir olunub, mənən əzab çəkir, lakin gözəlliyinin, gəncliyinin keşiyində dayanıb əlinin zəhməti ilə Şəfa Vəfa adlı əkiz qızlarını çətinliklə böyüdür. RomanınAtasız qızlarardıcıllığını Nüşabə xanım yazıçı qələmi ilə yanaşı ana ürəyinin çırpıntıları ilə qələmə aldığına görə söhbət ancaq təbiilikdən gedə bilər.

Əsərdə dünyanın yaxşı adamlardan xali olmadığını da görür, yaşamağın çətinlikləri ilə sevincini mizan-tərəzidə çəkirik.

Moskva burulğanıbizi tamam başqa mühit, başqa həyat tərzi ilə tanış edir. Ərdən başqa hər şeylə təmin olunan Kristina Məlik kimi naşı ovu əlindən buraxmır. Onun atdığı tilova balaları üçün çörək pulu qazanmaq arzusunda olan, yaxın vaxtlara qədər qul bazarında axtaran bir cənc düşür. Əvvəlcə adi girov olan Məlik getdikcə vicdan dustağına çevrilir. Artıq, o, girovluqdan xilas olmaq gücündədir, dustaqlıqdan azad olmaq ixtirayarında iradəsində. Səməd adlı oğlu dünyaya gələndən sonra isə axtaran qara qafqazlının işi tapılır, əyləncəsi . Bir hərdən vicdanını silkələməsi .

ƏsərdəErməni xisləti, erməni xəyanətişişirdilmədən, bəzək-düzək vurulmadan qələmə alınıb. Tarixi düşmənlərimiz dünyanın o başında da öz xəbislik xəyanətindən əl çəkə bilmir. Sanki müəllif dönə-dönə xatırladır: unutmayın ki, erməni həmişə, hər yerdə elə ermənidir; məkri, xofu, paxıllığı, hiyləgərliyi, iddiası, kiri-pası, qorxaqlığı, qaniçənliyi, heyvani hissləri ilə. Elə buna görə Kristina erməni Robertdən ayrılır, lakin ondan olan oğlu Joranın atası ilə görüşməsinə mane olmur.

Jora ilə Səmədi dünyaya Kristina gətirib. Birinin atası erməni, o birininki Azərbaycanlıdır. Robertin təkidi ilə Jora Səmədi çimərliyə aparır, ata-bala birləşib Səmədi Moskva çayında boğurlar.

Faciənin böyüklüyünə baxJora ilə Səməd anabir qardaşdırlar. Lakin damarlarında erməni qanı axan Jora bunun fərqində deyil. Bu vəhşilikdən doğan faciədir.

Müəllif erməni ilə nəinki bir şəhərdə, ölkədə, hətta bir qarında yatmağın da təhlükəli olduğunu xatırladır. Nüşabə xanımı digər yaşlı cavan həmkarları ilə müqayisə etmək fikrində olmasam da həqiqəti deməkdən çəkinmirəm; hələ Azərbaycanın bəzi yazıçıları erməni mövzusuna ehtiyatla yanaşır, tarixi düşmənlərimiz barədə deyə biləcəklərini demir, yaza biləcəklərini yazmırlar. Sanki özlərini hansı gün üçünsə, hansı görüş üçünsələkəsiz”, “təmizsaxlayırlar. Nüşabə Məmmədli isə erməni tərifinə, erməni təşəkkürünə, erməni sağoluna ehtiyacı olmayan əsl türk qızı, Azərbaycan yazıçısıdır.

Əgər Nuşabə xanım erməni işğalı altında inləyən Ağdamda dünyaya gəlməsəydi belə, Qarabağın dərdinə tablamayan beş qardaşını qısa zaman kəsiyində bir-birinin ardınca torpağa tapşırmasaydı belə, yenə ermənilərə nifrəti azalmayacaqdı. Axı, qatilin sifəti min olsa da, adı birdirqatil!

QayıdaqVicdan dustağ”ına. Nəhayət 20 ildən sonra oğlu Səmədi, arvadı Kristinanı əbədilik itirən Məlik sanki 20 illik həbsdən xilas olub Azərbaycana dönəndə erməni tamahkarlığına qurban gedir; hər şeyi əlindən alınan vicdan dustağı canında neçə azarla, yuxulu başı, yumulu gözü ilə xəstəxana çarpayısına düşür...

Ağrı-acı, göz yaşı, məhrumiyyətlə dolu romanda birQırmızı xətt var. Bu xeyirxah insanların kişisiz ailəyə, əkiz bacıya, müəllif demiş, üç kəsiyə göstərdikləri diqqət qayğıdır. Füsunkar xanımla Elsun xanım ehtiyac içində yaşayan ailəni sanki qırx arşınlıq quyunun dibindən çıxarırlar. Gözəl səsi olan əkiz bacılar xeyirxah insanların köməkliyi ilə gün görməyə başlayırlar.

Gənc anaya tələbə adını daşımaq qismət olmasa da qızları tələbə olurlar, uğur da qazanırlar, öz məhəbbətlərini tapırlar.

Vicdan dustağı olan Məlik nəhayət Bakıda çarpayı dustağına çevrilir. Səltənət iyirmi ildən sonra həyat yoldaşını xəstəxanada huşsuz görəndə bayılır. Məliyin qaşlarının arasındakı qara xal hələ neçə il qabaq onsuz da Səltənətin ürəyinə köçmüşdü.

Nüşabə xanım MəmmədlininVicdan dustağıromanının tərbiyəvi əhəmiyyəti böyükdür. Xoşbəxtlik dünənki iztirablar üzərində yox, sabaha olan inam, əqidə, iradə üzərində qurulur. Əsl sevgi qarşıya çıxan maneələri aşmaqda insanın əlində əvəzolunmaz silahdır.

Bu mövzuya haçansa mən müraciət etmişəm:

 

Ləzzət çəkən zaman dünya yuxuda,

Xəcalət çəkəndə vicdan oyaqdır”.

 

Nüşabə xanım MəmmədliVicdan dustağ”ı romanını ayıq oyaq vicdanla yazıb.

Bir sözlə, vicdan dustağı olmamaq üçün Nüşabə xanım MəmmədlininVicdan dustağıromanını oxumağa dəyər. Yazıçıdan milli dəyərlərə, milli məfkurəyə arxalanan yeni əsərlər gözləmək inamı ümidi ilə.

 

 

Ələmdar QULUZADƏ

 

525-ci qəzet.- 2010.- 6 may.- S.6.