Azərbaycanda yaşayan milli azlıqların nəşrləritəqdim edilib

 

Ötən gün Media Mərkəzində Nəsiman YaqublununAzərbaycanda yaşayan milli azlıqların nəşrlərikitabının təqdimatı keçirilib. Kitabda Azərbaycanda yaşamış hazırda yaşayan milli azlıqların nəşr nümunələri sistemli şəkildə araşdırılıb öyrənilməklə, bu barədə maraqlı məlumatlar verilib. Rus, polyak, erməni, gürcü, ləzgi, talış, kürd dillərində nəşr olunan qəzetlərin adları çap olunma tarixləri göstərilib. “Tolişi Sədo”, 1907-ci ildə Bakıda polyak dilində nəşr olunanFarisqəzeti, ləzgi mətbuatındanSamur”, kürd dilində çıxanDenge kürdqəzetlərindən məqalələr seçilmiş ədəbiyyat nümunələri kitaba daxil edilib.

N.Yaqublu Azərbaycanın, eləcə vətənimizdə yaşayan milli azlıqların nəşr etdiyi qəzetlərin tarixi haqqında danışıb bu cür topluların gələcəkdə araşdırılıb çap olunmasına ehtiyac duyulduğunu qeyd edib.

BDU-nun professoru Qulu Məhərrəmli bu toplunun milli mətbuatımız üçün çox dəyərli bir fakt olduğunu vurğrlayıb: “Bu cür layihələrin dəstəklənməsinin Azərbaycan cəmiyyətində tolerantlığın inkişafında önəmli rol oynayacağına inanıram”.

Dosent Pərvanə Məmmədli digər tədbir iştirakçıları da toplunun əhəmiyyətini vurğulayıblar.

Açıq Cəmiyyət İnstitutunun dəstəyilə hazırlanan kitab jurnalist təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, yazılı elektron media təmsilçilərinin, eləcə jurnalistika fakültəsinin tələbələri üçün nəzərdə tutulub.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2010.- 7 may.- S.7.