Bəkir Nəbiyevin yubileyi Ağdaşda silsilə tədbirlərlə
qeyd edilib
Ağdaş rayonunda
Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik, Bəkir Nəbiyevin 80 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilib.
AMEA-dan verilən məlumata görə, B. Nəbiyev təhsil aldığı şəhər
3 nömrəli və
Müşfiq İsayev
adına orta məktəblərə
baş çəkib,
müəllim və şagirdlərlə görüşüb.
Yubileyi ilə bağlı təşkil
edilmiş ədəbi-bədii kompozisiyaya tamaşa edib. Sonra Ağdaş Dövlət Humanitar Kollecində
akademikin tələbə və müəllimlərlə
görüşü reallaşıb. Tədbirdə
kollecin direktoru Tənzilə Şıxıyeva
çıxış edərək görkəmli həmyerlilərinin
həyat və fəaliyyəti, yaradıcılığı
barədə ətraflı məlumat verib. Növbəti
yubiley tədbiri isə H. Əliyev adına
Ağdaş Musiqi Məktəbində keçirilib. Mərasimdə B. Nəbiyevin elmi
yaradıcılığından və ictimai fəaliyyətindən
geniş bəhs olunub. Rayon icra hakimiyyətinin
başçısı Rafiq Niftəliyev, xalq şairi Fikrət
Qoca, professorlar Teymur Kərimov, Qəzənfər Paşayev,
Vaqif Arzumanlı, Telman Ağdamski çıxış edərək
yubilyarı təbrik ediblər, onunla bağlı xatirələrini
bölüşüblər. Tədbirdə
AzTV-nin akademikə həsr etdiyi sənədli film
nümayiş etdirilib. Yığıncaqda
Ağdaş şəhər 3 nömrəli orta məktəbə
akademikin adının verilməsi təklifi irəli
sürülüb. Sonda çıxış edən B.Nəbiyev
ona göstərilən diqqət və qayğıya görə
ağdaşlılara təşəkkür edib: “Sizin
ünvanıma səsləndirdiyiniz bu xoş sözləri
müsbət enerjiyə çevirərək
yaradıcılığımı daha da genişləndirəcəyəm”.
Sonra B. Nəbiyev onun 80 illik yubleyi ilə
bağlı məktəblilər arasında keçirilmiş
inşa və rəsm müsabiqəsinin qaliblərinə hədiyyələr
təqdim edib. Musiqi məktəbinin foyesində
həmin rəsm əsərlərindən ibarət sərgi
nümayiş olunub.
SARA
525-ci qəzet.-
2010.- 7 may.- S.7.