Faşizm üzərində
Qələbənin 65 illiyilə
bağlı sərgilər
açılıb
M.F.Axundzadə adına
Milli Kitabxanada İkinci Dünya müharibəsində faşizm
üzərində qələbənin
65 illiyinə həsr olunuş “Qələbə-65” kitab
sərgisi təşkil
olunub.
Tədbiri açan
kitabxananın direktoru,
əməkdar mədəniyyət
işçisi Kərim
Tahirov çıxışında
qələbənin qazanılmasında
Azərbaycandan cəbhəyə
yollanmış 600 mindən
çox insanın böyük əməyi olduğunu önə çəkib: “Azərbaycan
diviziyaları Qafqazdan
Berlinə qədər
şərəfli döyüş
yolu keçib. Həmvətənlərimizin təxminən
130 nəfəri Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülüb, 30 nəfəri
“Şöhrət” ordeni
ilə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti müxtəlif orden və medallarla
təltif edilib”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli dövlətimizin müharibə
iştirakçılarına diqqət və qayğısından danışıb. Şöbə
müdiri qələbənin 65 illiyi ilə əlaqədar Mədəniyyət
və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən
də ətraflı söz açıb.
Tədbirdə Qələbəyə
həsr olunmuş müxtəlif dillərdə 200-dən artıq
kitab və jurnal sərgilənib, həmçinin Milli Kitabxana
əməkdaşlarının hazırladıqları “Azərbaycan
aviatorları Böyük Vətən Müharibəsində”
biblioqrafiyasının təqdimatı keçirilib.
Azərbaycan
İstiqlal Muzeyində də Qələbənin 65 illiyinə
həsr olunmuş “Tarixin ibrət dərsləri” adlı sərgi
açılıb. Sərgidə Sovet İttifaqı qəhrəmanları
Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin
Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin
muzeyin fondunda saxlanılan şəxsi əşyaları, Azərbaycan
Dövlət kino-foto sənədlər arxivindən fotoşəkillər,
plakat kolleksiyası və rəsm əsərləri
nümayiş etdirilir.
Muzeyin 3
zalında “Azərbaycan 1941-45-ci illər müharibəsində”,
“Azərbaycanın Qızıl Ulduzları”, “1941-45-ci illər
müharibəsini əks etdirən plakatlar və rəsm əsərləri”
mövzularında sərgi nümayiş etdirilib.
SARA
525-ci qəzet.-
2010.- 8 may.- S.20.