Orta əsrlər Yaponiyasına səyahət
(Əvvəli ötən
saylarımızda)
Yaponlara görə həyat yalnız şehcik daxilindəki şehcikdir. Axı şeh günəş çıxan kimi yoxa çıxır. Bu xalqa məxsus olan əxlaq qaydalarından birində deyilirdi ki, “Yaddan çıxarma ki, tale və talesizlik göydən və təbii qanundan asılıdır. Onları dua etməklə və ya istənilən adamın və ya özünəməxsus müqəddəsin düşüncəsindən yaranan hiyləgər icadla satın almaq mümkün deyildir”. Hind sözü olan “karma” yaponlar tərəfindən özününküləşdirilmişdi. Buddizm fəlsəfəsinin bir hissəsi olmaqla o şəxsin bu həyatdakı taleyini müəyyən edir, bu sarsılmaz bir qaydada fiksasiya edilirdi, çünki insanın əməlləri əvvəlki həyatda baş vermişdi, yaxşı əməllər bu həyat plastına ən yaxşı mövqe kimi verilmiş, bəd əməllər isə əks qaydada keçmişdi. Yalnız bu həyatın əməlləri tam şəkildə sonra gələn yeni doğulmaya verilir. Şəxs o vaxta qədər bu dünyada göz yaşları içərisində doğulacaqdır ki, dözməklə, əzab çəkməklə və çox sayda həyat zamanlarından öyrənməklə o, axırda kamil insana çevriləcəkdir, Nirvanaya, Həqiqi Dinclik Yerinə gedəcəkdir və beləliklə heç vaxt bir daha yenidən doğulmanın əzabını çəkməyəcəkdir. Həyat, doğrudan da, nə qədər gözəl və nə qədər kədərlidir. Altı əsr ərzində bu səltənət həm də daim davam edən vətəndaş müharibələri ilə rəhmsizləşmişdi.
Toranaqa ingilis dənizçisi barədə də düşünürdü və belə qərara gəlmişdi ki, bu barbar heç vaxt onun ölkəsini tərk etməyəcəkdir, özü də nə diri, nə də ölü şəkildə. O, həmişəlik bu səltənətin bir hissəsinə çevriləcəkdir. Toranaqa öz təhlükəsizliyini qorumaq üçün hər cür tədbirlərə, hiylələrə əl atırdı. Qılıncını hazır saxlayırdı, bəxtinə güvənərək hər gecə yataq otağını, mühafizəçilərini, parolu dəyişirdi. Bunları daim gəlişini gözlədiyi qatillərə görə edirdi.
Yaponlar
heç bir millətə, ümumiyyətlə heç kəsə
bənzəmirdilər. Onlar
öz adlarına malik deyildilər. Yalnız samurayların
öz adı olurdu, adi yapona isə ad daşımağa icazə
verilmirdi. Bu adamlar öz peşələrinin adı ilə
çağrılırdı. Oğlanlar və qızlar isə
birinci qız, ikinci qız, birinci oğul və buna uyğun
qaydada adlandırılırdı. Fahişə qadınlar isə
özlərinə balıq növünün adından
götürülmüş Karp, Ay, Ləçək və ya
Ulduz adlarını qoyurdular.
Adamlar küçədə
başqası ilə qarşılaşdıqda
gülümsünür, əyilir və nəfəslərini
udurdular. Yapon sadə adam olmaqla yanaşı çox sərt
idi. Onlar həqiqətən yalnız bir cəzanı, qətlə
yetirməyi bilirdilər – çarmıxa çəkirdilər,
boğurdular və ya boynunu vurmaq yolu ilə adamları
öldürürdülər. Nəyisə yandırma cinayətinə
görə isə adamlar diri-diri yandırılmaqla
öldürülürdü. Qəddarlıqda onlar miladdan əvvəl
VII əsrdə qanun məcəlləsi tərtib edən və
özəl mülkiyyəti qəsd etməyin ən kiçik
faktına görə ölüm cəzası qaydasını
qoyan Afina arxontu Drakontun ardıcılları sayıla bilərdilər.
Onlar demək olar ki, başqa cəza növlərinə malik
deyildilər, bəzən adamları sürgün edir, bəzi
hallarda qadınların saçını
qırxdırırdılar. Lakin daim başlıca cəza
ölüm idi. Dustaqxanalar bir neçə il əvvəl
yaradılmışdı, onlar üçün yeni bir şey
idi. Dustaqxana yalnız adamların hökm verilənə qədər
müvəqqəti saxlandığı yer idi. Bura təqsirkarlar
gətirilirdi, özü də çox qısa müddətə.
Dustaqxana həmçinin cəhənnəmlə yer
arasında istirahət yeri olmaqla əbədi davam edən Həyat
üçün şöhrət idi. Burada qaçmaq və
gizlənmək üçün heç bir yer yox idi. Beləliklə,
hər bir kəs edama gedirdi. Əvvəlki dövrlərdə
burada dustaqxana olmamışdı, o vaxtlar adam tutulduqda öz
cinayətini etiraf edir və
Portuqaliyalılar
Yaponiyanı ilk dəfə kəşf edəndə tayfun bu
ölkədən gələn tacirləri yolundan döndərib,
Kyuşu adasında sahilə çıxmağa məcbur
etmişdi. İlk dəfə idi ki, avropalılar yapon
torpaqlarına ayaq basırdı. Bir neçə il sonra 1549-cu
ildə iezuitlərin başçısı İznatus
Loyolanın yaxın silahdaşı, ordendə ikinci adam
sayılan Fransisk Xavyer buraya gəlib çıxdı. O,
buraya xristian dinini yaymaq üçün, missioner fəaliyyəti
göstərmək məqsədilə gəlmişdi. Sonradan
Xavyer eyni missiya ilə Çinə keçmiş və
Asiyaya gəlişindən üç il sonra orada da vəfat
etmişdi.
İngilis dənizçisi
öz ölkəsi ilə, yenicə məskunlaşmağa
başladığı diyarı müqayisə etmək
imkanına malik idi. Başlıca olaraq sıçovullar, dəstə-dəstə
sahibsiz itlər və pişiklər, həmçinin
yanğınlar Londonu təmizləmiş və milçəklərdən
azad etmişdi. Toranaqa ilə görüşmək
üçün onun bura gətirilib
çıxarıldığı
Adamlar nəzakətlə təzim
etməklə küçədən keçir, bəziləri
hətta diz çökürdü. Buradakı nəzakət
qaydasında baş əymək, təzim etmək çox
sayda davranış ənənələri kimi indiyədək
qalır. Qadınlar isə sadəcə baş əymir, qamətlərini
tamamilə bükürlər. Xanımlar ümumiyyətlə
güman edirlər ki, onlar söyüd ağacı kimi incə
olmalıdırlar, salxım söyüd kimi əyilmələri
də bu oxşarlığı daha da artırır. Keçən
əsrin 80-ci illərində Tokioda işləyən sovet
jurnalisti yazırdı ki, o vaxtkı baş nazirlə bir
küçədə yaşadığından hər səhər
onu maşına qədər ötürən
xanımının qaməti əyilmiş şəkildə
yola salmasını, yalnız maşın döngədən
itdikdən sonra qadının başını
qaldırdığını müşahidə edirmiş.
Qadınların daha nümayişkaranə surətdə təzim
etməsinə mən özüm Nyu-Yorkun “Şeraton-Manhetten”
otelində rast gəlmişdim. Səhər tezdən liftdən
çıxarkən hollda qarşıma çıxan
yaponlardan qoca qadının çox aşağı əyilməsindən
özümü bir qədər itirdim, onun yanındakı
üç kişinin də baş əydiyini görüb
salam verdiklərini anladım və səhvimi başa
düşdüyümdən qarşılıqlı qaydada
başımı əydim və “sabahınız xeyir”
cavabını verdikdə həmin qadının düz
görkəm aldığını gördüm. Dəqiqlik
kralların zəifliyi olduğu kimi, nəzakət
yaponların təbii adətlərinə çevrilməklə,
onların xarakterini büruzə verən cəhətlərdən
biridir. Yaponiya parlamentində müxalif cəbhələrdən
olan deputatların bir anlığa kəskin mübarizəni kənara
atıb bir-birinə təzim qılmasını görəndə,
bu bizi təəccübləndirməyə bilmir.
Yaponiyada illər kimi
günün də öz adını daşıyan on iki hissəyə
bölünməsi də ingilis dənizçiyə məlum
oldu. Gün səhər saat 5-dən 7-dək davam edən
Dovşan saatı ilə başlayırdı. Sonrakı iki
saatda Əjdaha, daha sonra, İlan, At, Keçi, Meymun, Xoruz,
İt, Qaban, Sıçovul və Öküz saatları gəlirdi,
bu dövrə gecə saat 3-dən 5-ə qədər uzanan Pələng
saatı ilə başa çatırdı. Gün və gecənin
hər biri altı bərabər hissəyə
bölünürdü.
Toranaqa ingilisi dustaqxanadan
yanına gətirib, ona suallar verdi. Daymyonu daha çox
maraqlandıran onun ölkəsinin qaydaları idi. Bləksorn
ona qum üzərində dünyanın xəritəsini
cızdı. Şimalda yaşayan xalq olan laplandlılar
haqqında onu söyləməyi lazım bildi ki, onlar ovla məşğul
olur, bütün işləri isə qadınlar görür.
Qadınların bir hissəsinin işi paltar tikməkdən
ibarətdir. Bunu etmək üçün onlar xəzi dişləri
ilə çeynəyirlər ki, tikmək üçün bir
qədər yumşalsın. Laplandlılar kiçik dəyirmi
formalı evlərdə yaşayırdı, bu evlər
bütünlüklə qardan düzəldilir və bu adamlar
ömründə bir dəfə də olsun çimmirlər.
İngiltərənin özündə də hamama nadir hallarda
rast gəlinir. Çünki adamlar hamamın səhhət
üçün təhlükəli olduğuna
inanırdı. İndi isə o, özü hamamın
sağlamlığa ziyan vurduğuna inanmır. Bləksornun bəxti
onda gətirmişdi ki, o, portuqaliyalı tərcüməçinin
xidmətindən imtina etdikdə, Toranaqa gənc qadın
Mariko-sanı tərcüməçi təyin etmişdi və
ingilis sözlərinin artıq səhv
çatdırılacağından qorxmurdu. Bu qadın portuqal
dilində çox yaxşı danışırdı,
latın dilini də bilirdi. Mariko-san ağasına ingilisin həqiqəti
dediyinə inandığını bildirib, onun Toranaqa
üçün çox faydalı olacağını dedi və
bu uzaqgörənliyində o, yanılmamışdı.
Sonra şturman Toranaqaya
katolik kilsəsinin dünyanı da Allah səltənəti
kimi öz inhisarına almaq planlarından danışdı və
bildirdi ki, 1530-cu ildə İspaniya və Portuqaliya kralları
təntənəli müqavilə imzalamışdılar. Yeni
Dünyanın onların arasında
bölüşdürülməsi bu müqaviləyə əsasən
aparılmalı idi. Həmin bölgüyə görə
Yaponiya Portuqaliyanın payına düşürdü, rəsmi
qaydada ona məxsus olurdu. Sizin özünüz, hər bir qəsr
və hər şey Portuqaliyaya veriləcəkdir. Buna cavab
olaraq yapon knyazı bildirdi ki, o da Çin imperatoru ilə
özü arasında göyü bərabər qaydada yarı
böləcəkdir. Katoliklərin bölgüsünə
görə 1500-cü ildə Braziliya Pedro Kabral tərəfindən
kəşf edildiyinə görə Portuqaliya bu ölkənin
də sahibi olmuşdu. Roma Papası onlara bu hüququ
vermişdi, o, özünü İisus Xristin yer üzərindəki
Keşişi hesab edirdi. Papa VI Aleksandr (onun özü və
övladları iyrənc zinakarlıqda, qan
qarışdırıcı əlaqələrdə ad
çıxarmışdılar) ilk demarkasiya xəttini
1493-cü ildə, Xristofor Kolumbun Yeni Dünyanı, öz
gümanına görə isə Hindistanı kəşf
etdiyindən bir il sonra təsdiq etmişdi. Papa VII Kliment isə
1529-cu il Saraqos müqaviləsinə icazə vermişdi. Bu
müqaviləyə görə Yaponiya barədə, həmçinin
Çindən tutmuş Afrikaya qədər Portuqaliyaya müstəsna
hüquqlar verilirdi. Əvəzində isə bu ölkələrdə
katolitsizm yayılmalı idi. Beləliklə, ingilis dənizçi
bir protestant kimi katoliklərin iç üzünü
açıb göstərdi, onların dünya
ağalığına yiyələnmək cəhdlərini
ifşa etməkdən də çəkinmədi.
Yaponiyada təkcə
samuraylar at oynatmırdılar. Burada gizli onluq təşkilatı
olan Amida Tonq fəaliyyət göstərirdi. Bu cəmiyyətdən
heç bir kəs diri şəkildə tutula bilməzdi. Onlar
ağalarının göstərişi ilə
öldürürdülər, bütöv məxfiliyə
malik idilər. Muzdlu qatil öz qəsrinə geri dönüb,
sonra böyük mərasimin müşayiəti ilə
özünə sui-qəsd ritualını icra edirdi.
Romanda verilən ingilis dənizçisinə
Toranaqanın tapşırığı ilə tərcüməçilik
edən Mariko-san obrazı yapon qadınlarının təbiətini
öyrənməyə çox kömək edir. Marikonun
atası ağasına xəyanət etdiyinə görə
seppuku icra etməklə həyatını başa vurmuşdu.
Bu vaxt onun samuray əri öz həyat yoldaşından imtina
etməmiş, onu uzun müddətə şimala göndərmişdi.
Bu qadın özünü ağası hesab etdiyi əri
Buntaronun çalmaq üçün istifadə etdiyi musiqi aləti
hesab edirdi. Mariko ingilisə deyirdi ki, yaponlar üçün
ölüm və həyat eyni şeylərdir. Bu təbiətin
sarsılmaz qanunudur. Buddizm dininə sitayiş edənlər
inanırlar ki, biz çox dəfələrlə doğulmaq və
yenidən doğulmaq qabiliyyətinə malikik. Bu o vaxta qədər
davam edir ki, biz kamilliyə, qüsursuzluğa qovuşuruq və
Nirvanaya – göyə çatırıq. Qadınlar barədə
isə deyirdi ki, kişilər onlardan üzr istəmirlər.
Kişilər nə edirlərsə düzgün hərəkət
etmiş olurlar. Ən azı buna biz qadınlar inanırıq.
Əri öz arvadını ölüncə döyə bilər.
Qadınların yeganə mükafatı göz yaşlarından
əmələ gələn çaydır. Qadınların
çoxu nifrət etdiyi adamlara ərə gedirdi. İntim
yaxınlıq məsələsinə gəldikdə, bu əlaqəni
yaponlar azərbaycanlıların əvvəllər çox
işlətdikləri ifadə kimi yastığa (birgə)
baş qoymaq adlandırırlar, bunu kişi və
qadının fiziki birləşməsinin üsulu hesab edirlər.
Bu zinakarlıqdan daha nəzakətlidir. Burada haşiyə
çıxaraq onu da qeyd etmək lazımdır ki,
içdiyimiz çayı bildirən ifadə də, hansı
dildən əxz etdiyimizdən asılı olmayaraq yapon dilindəki
“ça” sözündən
götürülmüşdür, ingilislər isə
çayın əsl vətəni olan ölkənin sakinlərinin
– çinlilərin dilindən onların “te” sözünü
götürərək, onu “tii” kimi tələffüz edilən
“tea” ifadəsi kimi işlədirlər.
Mariko ingilisə müraciət
edərək deyirdi ki, “Ancin-san” (yapon dilində şturman “ancin”
kimi tələffüz edilirdi) əgər bu üç
qadından biri ilə, ya hamısı ilə yastığa
baş qoymaq sənin üçün xoşdursa, bunu istəsən,
onlar heç də bundan inciməyəcəklər. Həmin
qadınların heç birinin əri yox idi. Əgər sən
onlarla olmağı arzulamasan da heç bir inciklik
olmayacaqdır. Axı sən qadınla yastığa baş
qoymadan necə sağlam ola bilərsən? “Axı bu kişi
üçün çox vacibdir”. Bu rəy Çingiz
xanın əbədi həyat, ən azı uzun
ömürlülük barədə məsləhət
umduğu çinli müdrikin sözləri ilə əkslik təşkil
edir. Müdrik qoca Çingiz xana ölməzliyin mümkün
olmadığını, uzun ömür üçün isə
qadınla intim yaxınlıqdan uzaq olmağın məqsədəuyğun
olduğunu demişdi. Bibliyadan sodomlulara məxsus olduğu məlum
olan iyrənc əlaqələr yaponlara da məlum idi. Və
ingilisə belə intim yaxınlıq imkanı təklif
edildikdə o, bunu hiddətlə rədd etdi. Axı,
yaxşı bilirdi ki, belə eybəcər pozğunluğa
görə Allah iki şəhəri – Sodomla birlikdə
Qomorranı bütöv sakinləri ilə birlikdə məhv
etmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2010.- 8 may.- S.14.