“Ömrümü
xalqıma bağışlayıram”
və “Əbədiyyət
məbədi” kitablarının
təqdimatı olub
Dövlət Mahnı
Teatrında Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ölkəmizdəki
nümayəndəliyinin təşkilatçılığı
ilə şair, yazıçı-publisist Mirkazım
Seyidovun ümummilli liderə ithaf etdiyi “Ömrümü xalqıma bağışlayıram”
və Heydər Əliyev Fondunun beşillik fəaliyyətinə
həsr olunmuş “Əbədiyyət məbədi”
kitablarının təqdimat
mərasimi keçirilib.
Tədbirdə çıxış
edən müəllif
ümummilli liderin mənalı ömründən,
xalqımız qarşısında
əvəzolunmaz xidmətlərindən,
uzaqgörən rəhbərin
yaratdığı milli
dövlətçilik ideyalarını
yeni nəsillərə
aşılamaq məqsədi
ilə təşkil olunan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən
söz açıb, ulu öndərin ümumbəşəri ideyalara
malik irsinin elmi əsaslarla öyrənilməsinin vacibliyini
vurğulayıb. M.Seyidov “Heydər
Əliyev irsi Azərbaycanın milli sərvətidir” devizi altında silsilə tədbirlər həyata keçirildiyini qeyd edib. Təqdim olunan kitablar
Azərbaycan, rus, ingilis dillərində işıq üzü görüb. Tədbir çərçivəsində
ümummilli liderin şərəfli ömür
yolunu və Heydər Əliyev Fondunun fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət
sərgi nümayiş
etdirilib. Mərasimdə H.Əliyevə həsr olunan şeirlər səslənib, respublikanın
tanınmış incəsənət
ustaları konsert proqramı təqdim ediblər.
SARA
525-ci qəzet.-
2010.- 12 may.- S.7.