“Şirvanşahlar Saray
Kompleksinin inciləri”
sərgilənib
İçərişəhərdə ümummilli
lider Heydər Əliyevin 87-ci ildönümünə
həsr edilmiş “Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin
fond materiallarından incilər”
mövzusunda sərginin
açılışı olub. Mərasimdə Nazirlər Kabineti yanında “İçərişəhər”
Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
rəisi Mikayıl Cabbarov çıxış
edərək 18 May – Beynəlxalq
Muzeylər Günü
ərəfəsində açılan
sərginin ən yüksək səviyyədə
keçirilməsi üçün
idarə tərəfindən
Şirvanşahlar sarayında
abadlaşdırma işləri
görüldüyünü qeyd edib: “İşıqlandırma
sistemi yenidən qurulub, eksponatların nümayişi həyata keçirilən otaqlarda kamera-nəzarət sistemi təşkil olunub. Sərgidə arxeoloji qazıntılar zamanı tapılmış əşyalar,
qədim xalça və xalçaçılıq
məmulatları, etnoqrafik
nümunələr, metal məmulatları,
rəsmlər, sikkələr
nümayiş etdirilir.
Əksəriyyəti ilk dəfə
nümayiş olunan eksponatlar “Şirvanşahlar
Saray Kompleksi” Dövlət Tarix-Memarlıq
qoruq-muzeyi fondunun nadir
və qiymətli nümunələridir”.
Mayın 10-da – ümummilli
lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü
günündə muzeyə
giriş pulsuz olub. Mayın 18-də Beynəlxalq Muzeylər günündə də tamaşaçılara pulsuz
xidmət göstəriləcək.
Qeyd edək
ki, bugünlərdə
İçərişəhərin ərazisində yerləşən
“Kiçik karvansaray” abidəsində paytaxtda analoqu olmayan “İncəsənət bağı”
istifadəyə verilib.
Mədəniyyət ocağı
milli təsviri və dekorativ-tətbiqi sənət mərkəzi
kimi fəaliyyət göstərəcək. Burada
xalçaçılıq, ağac üzərində
oyma, keramika, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və
digər tətbiqi sənət işləri nümayiş etdiriləcək.
Eyni zamanda gənc rəssamların yaradıcılığının təbliği məqsədilə
rəsm sərgilərinin
təşkil edilməsi
nəzərdə tutulur.
İncəsənət bağının
yaradılmasında məqsədlərdən
biri də İçərişəhərin turizm infrastrukturunun zənginləşdirilməsi və
xalq sənətkarlığının
dəstəklənməsidir. “İncəsənət bağı”nın
açılışı günü ilk sərgi qədim paytaxta həsr edilib. Rəssam Elmira Abbaslının
“Köhnə Bakı tipləri” adlı kukla kolleksiyası nümayiş etdirilib. Kukla kolleksiyasına “Mirzə Abbas”, “Abdulla bəy”, “Zəngin xanım Mənzər”, “Qoçu Həsənbala”, “Tacir Heybətqulu” kimi 19-cu əsrdə Bakının
məşhur sakinlərinin
obrazlarının təsvir
edildiyi 12 kukla daxildir. Rəssam kolleksiyanı 10 ay müddətinə
ərsəyə gətirib.
SARA
525-ci qəzet.- 2010.- 13 may.- S.7.