İçərişəhəri tanıyaq, tanıdaq qoruyaqlayihəsinə start verilib  

 

BakıDirçəlişİctimai Birliyiİçərişəhəri tanıyaq, tanıdaq qoruyaqadlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində İctimai Birlik sözügedən tarixi-memarlıq abidəsinin ərazisində araşdırmalara başlayacaq, buranın sakinlərinin qədim ənənələri öyrəniləcək toplanan məlumatlar əsasında əyani vəsaitlər hazırlanacaq. İçərişəhərlə bağlı layihənin rəhbəri Razi Abasbəylinin sözlərinə görə, bu işin reallaşdırılmasında başlıca məqsəd həm turizm potensialının öyrənilməsi təbliğidir: “Bununla əlaqədar çoxşaxəli tədbirlər həyata keçiriləcək. Yəni layihənin adından göründüyü kimi əsas prioritet Azərbaycan əhalisinə yönəlik tanıtım, daha sonra bu qədim tarixi abidənin dünyaya tanıdılması nəhayət qorunması mühafizəsi ilə bağlıdır. Layihənin icrası müddətində xeyli sayda insan prosesə cəlb ediləcək. İçərişəhərlə bağlı mütəmadi araşdırmalar aparmış tarixçi-alimlərlə söhbətlər olacaq. Tarixi abidələrin mühafizə edilməsi, qoruq ərazisində yerləşən abidələrin indiki keçmiş vəziyyəti araşdırılacaq. Eyni zamanda hazırda turizm üzrə təhsil alan gənc tələbələrlə könüllülərdən ibarət təbliğat-təşviqat qrupları formalaşdırılacaq. Digər tərəfdən Azərbaycanın tarixi abidlələrinin öyrənilməsi, qorunması təbliği istiqamətində həyata keçirəcəyimiz işlər bundan sonra da geniş miqyasda davam etdiriləcək”.

Qeyd edək ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilir.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 13 may.- S.7.