Milli Elmlər Akademiyasında Rəsul Rzaya həsr olunan elmi sessiya keçirilib

 

Ötən gün Milli Elmlər Akademiyasında (AMEA) Dövlət Mükafatı laureatı, xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr olunan elmi sessiya keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov R. Rzanın Azərbaycan ədəbiyyatındakı özünəməxsus mövqeyindən söz açıb. M.Kərimov R.Rzanı milli ədəbiyyatımızda intellektual-fəlsəfi şeirin əsasını qoyan böyük şair kimi səciyyələndirib: “Rəsul Rza Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaradan, sərbəst şeirin yeni üfüqlərini açan sənətkardır. Onun əsərlərində dilimizin saflığı, təmizliyi qorunub. Mövzu baxımından da orijinal əsərlər yaradan Rəsul Rzanın şeirləri ilə hələ sağlığında ikən Avropada, Amerikada tanış idilər, yaradıcılığını sevə-sevə izləyirdilər. Rəsul Rzanın ədəbiyyatımızda xidmətləri bununla yekunlaşmır. Azərbaycan Sovet Ensiklopediyasının ərsəyə gəlməsində onun böyük zəhməti olub”. M. Kərimov prezident İlham Əliyevin sərəncamı ilə R.Rzanın 100 illik yubileyinin qeyd olunması barədə danışaraq il ərzində yubilyarla bağlı silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb. 

SessiyadaRəsul Rza: poeziyamızıın klassiki müasirimövzusunda məruzə ilə çıxış edən akademik Bəkir Nəbiyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan R.Rzanı söz sənətimizə forma məzmunca yeniliklər gətirən novator şair kimi səciyyələndirib: “Böyük şairin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi ilə bağlı prezidentin imzaladığı sərəncam ölkəmizdə ədəbiyyatın inkişafına, sənət adamlarına göstərilən diqqət qayğının daha bir bariz nümunəsidir. Artıq ölkəmizdə onun hüdudlarından kənarda Rəsul Rzanın yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. Zaman göstərir ki, Rəsul Rza poeziyası əbədiyaşar poeziyadır. Onun yaradıcılığı gündən-günə gəncləşərək, daim müasir qalır, hər zaman özünə yeni oxucular tapır. Azərbaycan dilinin poetik potensialının yeni-yeni imkanlarını üzə çıxaran R.Rza yarım əsrə yaxın dövrdə yüksək dəyərli bədii nümunələr meydana gətirməklə yanaşı, respublikamızın elmi-mədəni həyatında yaxından iştirak edib, dolğun səmərəli ictimai fəaliyyəti ilə tanınıb”. B. Nəbiyev R. Rza poeziyasının indiki dövr üçün aktual olduğunu çıxışında önə çəkib: “Rəsul Rzanın yaradıcılığı bütün dövrlər üçün müasirdir. Bu da onunla əlaqədardır ki, şair sovetlər dövrünün diqtəsi ilə yox, öz qəlbindən gələn nəğmələri qələmə alıb. Rəsul Rza poeziyası klassik olmaqla bərabər həm müasirdir. Çünki o, həmişə bəşəri mövzularda əsərlər yaradıb”. R.Rzanın modern-avanqard şeirin ən gözəl nümunələrini yaratdığını deyən məruzəçi bununla da onun əsərlərində Avropa ruhunun milliliklə vəhdət yaratdığını diqqətə çatdırıb: “O, Azərbaycan ədəbiyyatında sərbəst şeiri ən yüksək zirvəyə qaldırıb. Bu şeirlərə təkcə forma estetik baxımdan yox, mövzuların orijinallığı rəngarəngliyi baxımından da yenilik ruhu hakimdir. Rəsul Rzanın bütün şeirlərində əsas mövzu insandır. Ona görə bu poeziya heç vaxt öz aktuallığını itirməyəcək”.  

Akademik Ağamusa AxundovRəsul Rza ana dilimövzusunda etdiyi məruzəsində yubilyarın dilimizin inkişafındakı xidmətlərindən söz açıb: “Rəsul Rza ana dilinə dərindən bələd bir şair idi. Dilimizin ən incə çalarları, şirinliyi, axıcılığı onun yaradıcılığında öz əksini tapıb. O dilimizə neçə-neçə neologizm gətirib, sözlərin müstəqim mənası ilə yanaşı, çoxqatlı məna xəzinəsindən bacarıqla istifadə edib. Onun poeziyası özünəməxsus idi. Burada milli dilə ənənələrə bağlılıq özünü göstərir. Rəsul RzaKitabi-Dədə Qorqudun dilinə yaxşı bələd idi. O bu ruhda, bu üslubda, amma müasir formada yazırdı. Ana dilimizin inkişafında onun əvəzsiz xidmətləri var. O hər sözü zərgər kimi cilalayıb, parlaq şəkildə şeirlərində istifadə edib. Sovetlər dövründə hər kəsin rus dilində danışdığı vaxtda o, Azərbaycan dilinin müdafiəsinə qalxan əsl mübariz idi. Onu qarşı olan təzyiqlərə, hədələrə baxmayaraq o dilimizin dövlət dili səviyyəsində qəbul edilməsi üçün var gücü ilə çalışıb. Axıracan öz məqsədinə doğru gedib, dilimizin saflığını, təmizliyini qoruyub bunu başqalarına da qəbul etdirməyi bacarıb”.

Sessiyada çıxış edənlər R.Rzanın təkcə böyük şair yox, həm tanınmış ictimai xadim, dövrünün dəyərli ziyalısı olduğunu önə çəkiblər.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 13 may.- S.7.