“Bravo, senyor Məmmədov!”
Məşhur futbolçu Ələkbər
Məmmədovun 80 illiyinə
Təxminən 20 il öncə İtaliyada yaradıcılıq ezamiyyətində idim. Səfər proqramımda Milana getmək də nəzərdə tutulmuşdu. Təbii ki, bu gözəl şəhərdə olacağım təqdirdə dünyaşöhrətli “La Skala”nı da görməyi vacib sayırdım. Bilirdim ki, vaxtı ilə bir sıra müğənnilərimiz möhtəşəm opera teatrında təcrübə keçmiş, sənət ocağının müqtədir vokalçı-pedaqoqlarından dərs almışdır. Bu baxımdan Renata Karozio, Klaudo Abbado, A.Pastorini kimi musiqi korifeyləri ilə görüşüb müsahibə aparmağı nəzərdə tutmuşdum. Onu da deyim ki, Milanda tərcüməçim qismində səmimi insan, soydaşımız Əli İbrahim məni müşayiət edirdi.
Axtardığımız adamların heç birini iş yerində tapa bilmədim. Belə ki, teatr xarici ölkələrdə qastrolda idi və təbii olaraq gözləmək lazım idi. Fəqət zaman darlığı da vardı. Öyrəndim ki, “La Skala”nın baş direktorunun müavini kabinetdədir. İcazəsi ilə onun yanına qalxdıq. Əl verib səmimi görüşdük, özünü təqdim elədi: “Covanni Buffon”!...
Soyadını eşitcək gülümsündüm, dərhal da soruşdum:
– Senyor, olmaya məşhur qapıçı Lorentso Buffonla qohumsunuz?
– O, əlbəttə!
Lorentso mənim doğma qardaşımdır. Mən ondan beş
yaş kiçiyəm. Senyor, sualınız məni bir az qıcıqlandırdı. Siz
onu haradan tanıyırsınız?
– Şəxsən
görüşməmişik. Elə-belə,
uzaqdan-uzağa, mətbuatdan tanışam. Bilirəm ki, bütün İtaliyada ən təcrübəli
və məşhur qapıçılardandır. O da mənə
məlumdur ki, 1955-ci ildə Moskvanın “Dinamo”su burada “
– Dayanın, dayanın! Senyor, o matçın canlı şahidiyəm.
Demək, “Dinamo”nun “doqquzu” sizin həmyerlinizdir?!
İndi o, sağdırmı? Bakıdadırmı? Hərgah
görüşməli olsanız
Covanni Buffonla
futbol mövzusunda xeyli danışdıq. Ancaq ən əsas məqsədimə
nail olmasam da, C.Buffonun o bircə cümləsini əvəzsiz
hədiyyə kimi beynimdə saxlamışam. “
Ələkbər
Məmmədov “Neftçi”də ilk addımlarını
1948-ci ildə atmışdı. Yeri gəlmişkən yada salım
ki, həmin çağlarda Bakı SSRİ
çempionatının “B” qrupunda iki komanda ilə təmsil
olunmuşdu: “Neftçi” və “Dinamo”. “Neftçi”də
milliyyətcə cəmi iki azərbaycanlı futbolçu
vardı: Tofiq Bəhramov və Ələkbər Məmmədov.
“Dinamo”nun heyəti isə bütünlükdə
ermənilərdən (onların sayı yeddi idi) və digər
idmançılardan ibarət idi. Az
sonra bu komandalar “Neftçi”nin bayrağı altında birləşdirildi.
“Dinamo”dakı bütün ermənilər –
başda Artyom Markarov və Əmircanov olmaqla Yerevana getdilər.
Sözlərimin
canı var; o zaman belə bir absurd fikir
yayılmışdı ki, guya azərbaycanlılar futbol
üçün yararsızdılar. Ancaq zaman bunun əksini sübuta
yetirdi, “Neftçi”nin heyətində olan məhz o iki
oyunçudan biri – Tofiq Bəhramov planetimizdə ən
şöhrətli futbol hakimi, digəri – Ələkbər Məmmədov
Avropada belə sayılan güclü bir klubun möhtəşəm
mərkəz hücumçusu kimi tanınıb sevildi. Nə
isə...
...Bir qədər sonra gənc
futbolçu barədə Moskvada danışmağa
başladılar. Və nəhayət ki,
böyük ümidlər verən istedadlı
idmançını mərkəzdəki güclü klublardan
birinə dəvət etmək məsələsini konkretləşdirdilər.
Ələkbər Məmmədov
özü bu barədə deyir:
– 1953-ci ilin avqustunda məni
idman cəmiyyətinin rəhbərliyinə dəvət etdilər.
Bildirdilər ki, Moskvanın “Spartak” komandası
Macarıstana yola düşür. O zaman bu ölkənin
yığması bir sıra möhtəşəm qələbələrlə
futbol aləmini lərzəyə salmışdı. Odur ki, Budapeştə səfər ərəfəsində
“Spartak”ı bəzi futbolçularla qüvvətləndirmək
qərara alınmışdı. Əlbəttə,
“B” qrupunda çıxış edən hücumçunun birdən-birə
belə məşhur komandaya dəvət olunması
öz-özlüyündə nadir və fərəhli hadisə
idi. Ona görə də etiraz etmək
yersiz idi. Ancaq bir məsələdən çox narahat
idim: Görəsən “Neftçi” mənsiz nə edəcək?
Axı, “B” qrupunda yarışlar davam etməkdəydi.
Nə isə, məsələ respublika hökuməti
səviyyəsində həllini tapdı və mən təyyarə
ilə Moskvaya uçdum.
“Spartak”ın rəhbərliyinin
kabinetində bildirdilər ki, komanda artıq xaricə yola
düşüb. Ancaq məni Bakıya buraxmadılar.
Xəbər verdilər ki, moskvalılar
Budapeştdə “Qonved”lə bircə oyun keçirib geri
dönəcəklər. Razılaşdım.
Spartakçıların Tarasovkadakı təlim-idman
bazasında məşqçi Abram Danqulovun köməyi ilə
məşqlərə başladım.
Nəhayət,
“Spartak” Moskvaya qayıtdı. Mənimlə
danışıqlar apardılar. Yoxlamadan
keçdim, hələ üstəlik əvəzedici heyətdə
bir oyunda meydana çıxdım. Bakıya
qayıdıb yekun nəticəsi gözlədim.
Bir qədər
sonra – yəni oktyabrın ortalarında məni yenidən təcili
olaraq Moskvaya çağırdılar. Getdim. Bu dəfə məlum oldu ki, “Dinamo” komandası
Çexoslovakiyaya və Danimarkaya yoldaşlıq
matçlarında iştirak etmək üçün yola
düşür. İdman komitəsi rəhbərliyinin
kabinetində Mixail Yakuşini gördüm. Bildiyimə görə o,
Bir sözlə, idman komitəsində
futbol bölməsi sədrinin müavini Vladimir Moşkarkin mənim
“Dinamo”ya keçmək razılığımı aldıqdan
sonra üzünü Mixail Yakuşinə tutdu: “Bu da sənin məşqçindir.
Mixail İosifoviç Moskvaya qayıdıb”.
Beləliklə,
oldum dinamoçu. Komandanın Moskvaətrafı
Novoqorsdakı təlim-məşq idman bazasına gəldim.
Əlbəttə, adaptasiya olunmalıydım,
yeni oyun yoldaşlarımın manerasına
alışmalıydım. Qapıçı
Valter Sanaya bir zaman “Neftçi”də çıxış
edirdi. İndi o da “Dinamo”daydı.
Bazada ilk görüşümüz zamanı dedi: ”Hara gəldiyini bilirsənmi? Əsas
heyətdə yer almağı ağlına belə gətirmə.
Bir bax gör burada necə ustalar toplaşıblar: Beskov,
Salnikov, Leonid Solovyov, İlyin, Krijevski...”
Doğrudan da komandada futbol “ulduzları” kifayət qədər idi, hər biri də tərifə layiq. Bu da yaxşı hal idi; komandada əla futbolçuların sayı çoxdu. Demək, sağlam rəqabətdən bəhrələnmək mümkündü...
Mixail Yakuşin cavan azərbaycanlı futbolçuya xüsusi qayğı ilə yanaşır, onun qüvvə və bacarığını düzgün qiymətləndirməyi bacarırdı. Bu da Ələkbərdə ruh yüksəkliyi yaradırdı. Elə ilk iki yoxlama yarışında Ələkbər Məmmədov Beskov və Salnikovla yanaşı iştirak etdi.
“Dinamo”nun Çexoslovakiyaya və Danimarkaya səfəri idman baxımından çox uğurlu oldu. Moskvalılar Brnoda “Bannik”ə 5:0 hesabı ilə qalib gəldilər. Jilin şəhərində Slovakiya yığma komandası, habelə Çexoslovakiya yığma komandası ilə heç-heçələr (1:1,1:1) qeydə alındı. Ələkbər Danimarka yığma komandası ilə oyunda sona bir dəqiqə qalmış rəqib komandasının qapısından top keçirərək “Dinamo”nun 2:1 hesabı ilə qələbəsini təmin etdi.
Danimarkada digər görüşlərdə də iştirak edən Ələkbərin çıxışları yüksək qiymətləndirildi və o, komandanın əsas heyətində möhkəmləndi. Beləliklə də o zaman Sovet ölkəsinin, həm də xarici məmləkətlərin futbol meydanlarında Ələkbər Məmmədov fenomeni yarandı. Onun uğurları biz azərbaycanlıların güvən duyğusuna çevrildi. Futbolçunun 1954-cü ildə komanda tərkibində mövsüm boyu uğurlu çıxışları son nəticədə “Dinamo”nun çempionatı qalib kimi başa vurmasına və Ələkbər Məmmədovun da SSRİ birinciliyinin qızıl medalına layiq görülməsinə səbəb oldu. Moskvada onun pərəstişkarlarının sayı dönmədən artırdı. Ümumiyyətlə, 1954-59-cu illər “Dinamo”nun qızıl dövrü sayılır. Belə ki, komanda həmin çağlarda dörd dəfə SSRİ çempionu olmuş, iki dəfə isə ölkə birinciliyinin gümüş medalına layiq görülmüşdür. Belə misilsiz uğurda təbii ki, Ələkbər Məmmədovun da xidmətləri danılmazdır.
Bu böyük idman ustası barədə söhbət açarkən iki məqama da öncə diqqəti cəlb etmək lazımdır. O zamanlar SSRİ çempionatında ilk futbol oyunları cənub şəhərlərində – bitərəf meydanlarda düzənlənirdi. 1955-ci il aprelin 10-da Bakıda belə bir futbol bayramında SSRİ çempionatının açılışında Moskvanın “Dinamo” və “ Lokomotiv” komandaları qarşılaşdılar. Həmin matç sözün böyük mənasında bakılı azarkeşlərdə misilsiz maraq doğurmuşdu; şəhərimizin sakinləri çox sevdikləri Ələkbər Məmmədovu ilk dəfə olaraq “Dinamo”nun heyətində meydançada görəcəkdilər.
Respublika stadionuna toplaşmış 45 mindən çox fanat həqiqətən də Ələkbərin oyunundan vəcdə gəldi. Yola salınmış ötən mövsümdə “Dinamo”nun həm ölkə çempionatında, həm də bir sıra xarici ölkələrdə, o cümlədən, Londonda məhşur komandalarla keçirdiyi görüşlərdə Ələkbər Məmmədovun heyrətamiz çıxışları çox yüksək qiymətini almışdı. Elə bircə Londonun “Arsenal” komandası üzərində “Dinamo”nun 4:0 hesabı ilə qələbəsi Avropanın futbol aləmində ciddi söhbətin əsas mövzusuna çevrildi. Bu nailiyyətdə Ələkbər Məmmədov həlledici rol oynadı. “ Arsenal”ın kapitanı Ceyms Lodji mətbuat səhifələrində bildirmişdi: “Dinamo” çox güclü komandadır. Salnikovun və Məmmədovun heyrətamiz oyunları isə hər cür tərifdən yüksəkdə durur”...
Beləliklə, Bakıda haqqında söhbət açdığımız SSRİ çempionatının ilk rəsmi oyununda Ələkbərin iştirakı diqqət mərkəzində idi. “Dinamo” rəqibinə 4:1 hesabı ilə qalib gəldi və tərkibində çox adlı-sanlı futbolçular olan “Lokomotiv”i , necə deyərlər, dizüstə çökdürdü. Yarış başa çatan kimi, Bakının çoxsaylı futbol fanatları Ələkbər Məmmədovu başları üzərinə qaldırıb, onu təntənə ilə soyunub-geyinmə otağına apardılar. Olduqca heyrətamiz idi. Çox sonralar keçmiş dinamoçu İvan Morqunov yazacaqdı: “Ələkbər Məmmədovla bir komandada oynamaq, onun təkrarsız drublinqlərinin, mütəhərrik keçidlərinin, gözlənilməz aldatmalarının, dəqiq ötürmələrinin, topla yumşaq və zərif davranışının canlı şahidi olmaq unudulmazdır. Mən çox xoşbəxtəm ki, Ələkbər Məmmədovla bir komandada yanaşı oynamışam”...
Yuxarıda deyildiyi kimi, “Dinamo”nun 1955-ci ildə Milan şəhərində eyniadlı komanda üzərində misilsiz qələbəsi də bilavasitə Ələkbər Məmmədovun adı ilə bağlıdır. Fəqət, “Milan”la görüşə qədər olmuş bəzi məqamları da yada salmaq vacibdir. 1955-ci il mövsümündə ”Dinamo” gözlənilmədən mahir hücumçu Sergey Salnikovu itirdi. İtirdi deyəndə ki, o, Moskva “Spartak”ında oynamaq qərarına gəldi. Bu, Mixail Yakuşini çətin vəziyyətə saldı. Axı, əla formada olan mərkəz hücumçusu Ələkbər Məmmədov məhz Sergey Salnikovla meydançada əla anlaşılır, bir tandem olaraq birgə çıxışları fayda verirdi. Ələkbər Məmmədovun tövsiyəsi ilə baş məşqçi Mixail Yakuşin Bakının “Neftçi” komandasından daha bir hücumçunu – Yuri Kuznetsovu təcili Moskvaya dəvət elədi. Və o, köhnə oyun dostu Ələkbər Məmmədovla yenidən qovuşaraq birgə çıxışlara başladılar. Elə ilk oyunlardaca Yuri Kuznetsov həm Ələkbər Məmmədovun tövsiyəsini, inamını, həm baş məşqçinin etibarını doğrultdu, həm də özünün ecazkar oyunu ilə minlərlə azarkeşin dərin rəğbətini qazandı. Bu, baş tutmuş yarışlarda, xüsusən də OMİK-lə matçda özünü aydın surətdə nəzərə çarpdırdı. Ordu futbolçularına 4:0 hesabı ilə qalib gələn “Dinamo”da qolları vuranlar sırasında Ələkbər Məmmədov-Y.Kuznetsov tandemi xüsusilə fəallıq göstərdi. Matçdan sonra soyunub-geyinmə otağına yollanarkən OMİK-in çox güclü mərkəz müdafiəçisi A.Başaşkin soydaşımıza yaxınlaşıb gileyləndi: ”Alik, bu gün mənə divan tutdun, nəfəs almağa imkan vermədin”...
Ələkbər isə ovqatını pozmadan həmkarına : “Bağışla, dostum, təqsirkar deyiləm, idman həyatımız belədir” – deyib soyunub-geyinmə otağına yollandı.
“Dinamo” o çağlarda ölkədə şəksiz lider komanda statusu daşıyırdı. Milanda böyük qələbə də məhz bu səbəbdən mümkünləşdi. Elə bilirəm ki, həmin matçı yenidən xatırlamağa dəyər.
“Milan” bir qədər öncə – 1955-ci ilin iyulunda Moskvada “Dinamo” ilə qarşılaşmışdı və gözlənilmədən 4:2 hesabı ilə qalib gəlmişdi. Budur, “Dinamo” İtaliyanın Milan şəhərindədir, eyniadlı komanda ilə cavab görüşü keçirməlidir. Matç ciddi maraq doğurmuşdur: rəqiblərin heyəti bir qədər də gücləndirilmişdi. İsveçin məşhur dəri top ustaları Qunnar Nordal, Nils Lidholm, habelə uruqvaylı Xuan Alberto Skyaffino (1950-ci ilin dünya çempionu) və başqaları meydanda idilər. “Milan”ın qapısını yenə italyanların sevimlisi Lorentso Buffon qoruyurdu.
“Dinamo” yarışa belə heyətdə çıxmışdı: Lev Yaşin, Anatoli Rodionov, Konstantin Krijevski, Boris Kuznetsov, Aleksandr Sokolov, Viktor Saryov, Vladimir Şabrov, Henrix Fedosov, Ələkbər Məmmədov, Yuri Kuznetsov, Vladimir Rıjkin.
Bu dəfə Ə.Məmmədov oyunda özünü suda balıq kimi hiss edirdi. Bəs necə, axı Yuri Kuznetsovla yanaşı meydanda möcüzələrə imza atırdı. Məhz köhnə bakılı dostu ilə əla anlaşma zəminində topa sahib olan kimi “Milan”ın güclü müdafiəçilərini ağlagəlməz fəndlərlə arxada qoyur, qapıçı ilə təkbətək qalır və Buffonun bütün səylərinə baxmayaraq ən çətin vəziyyətlərdən qapını dəqiq nişan alırdı. Birinci, ikinci, üçüncü və dördüncü topları Ələkbər Məmmədov məhz öz fərdi ustalığı, misilsiz texnikası səbəbinə qapıdan keçirdi. O, beşincisi qolunu da vura bilərdi. Belə ki, fantastik surətlə qapıçı meydançasına daxil olan Ələkbər Məmmədov qol vurmağa yaxın idi. Bu məqamda rəqib komandanın qapıçısı çox təhlükəli vəziyyət yaratdı, yəni riskə gedib hücumçunun qarşısına atıldı. Ancaq Ələkbər tarana getmədi, dərhal Buffonun üzərindən atıldı, əks təqdirdə qapıçını ciddi zədələyə biləcəyi şəksiz idi. Buffon topu götürüb dərhal Ələkbərə yaxınlaşdı. Əli ilə onun kürəyinə ehmallıca vurdu. Rəqib futbolçunun bu centlmensayağı hərəkəti üçün ona təşəkkürünü bildirdi. Bütün stadion həm Ələkbər Məmmədovun bu insani jestini, həm də qapıçının minnətdarlıq ifadəsini gurultulu alqışlarla müşayiət etdilər.
“Dinamo”nun baş məşqçisi Mixail Yakuşin sonradan öz qeydlərində “Milan”la oyunu xatırlayaraq yazacaqdı: “Ələkbər Məmmədov komanda üçün orijinal və faydalı oyunçuya çevrilmişdir. Meydanı yaxşı görürdü, məsafəni çox incəliklə duyur, topla ağılla davranır, fərdi oyun tərzini aydın biruzə verərək, həmdaşlarından layiqincə faydalanırdı. İlk baxışda bir qədər ləngliyi ilə rəqibin fikrini çaşdırır, sanki imkanlarını sirr kimi içində saxlayaraq lazımi məqamda elə sürət götürürdü ki, bu, istər-istəməz hamı üçün çox gözlənilməz nəticə verirdi, ya özü qol vururdu, ya da əla ötürmə ilə oyun yoldaşını əlverişli mövqeyə çıxarırdı”.
Bir idmançı kimi tale Ələkbər Məmmədovdan heç bir şeyi əsirgəməmişdi. O, keçmiş SSRİ, o cümlədən də, Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmışdı. Ən qüdrətli məşqçilərin başçılığı altında çalışmış, öz dövrünün böyük futbolçuları ilə yanaşı Moskva “Dinamo”su kimi şöhrətli bir klubun əsas üzvü olmuş, dünyanın bir sıra iri şəhərlərinin möhtəşəm stadionlarında tanınmış komandalarla qarşılaşmada, habelə SSRİ yığma komandası tərkibində meydana çıxmış, ecazkar oyunu ilə qəlbləri coşdurmuşdu. Onun fanatları sırasında Səməd Vurğun, Qara Qarayev, Niyazi, Ağababa Bünyadzadə, Arkadi Raykin, Sergey Bondarcuk...kimi şöhrətli mədəniyyət xadimləri vardı.
O, böyük futbolçu imicini özünün şəxsi mənəvi-əxlaqi keyfiyyətləri, yüksək mədəniyyəti, dərin ağlı-zəkası, millətinə, xalqına qırılmaz tellərlə bağlılığı və s. həyat devizinə çevirə bilmişdi. Kiçik bir misalla fikrimi yekunlaşdırmaq istəyirəm. Ələkbər Məmmədov dediyimiz kimi, keçmiş SSRİ çempionatının qızıl və gümüş medallarına layiq görülmüş, Moskva idman ictimaiyyətinin böyük hörmət və ehtiramını qazanmışdı. Onun əla evi, şəxsi maşını vardı. Yüksək idarə və təşkilatların qapısı üzünə açıqdı.
SSRİ Futbol Federasiyasının “A” qrupunda iştirak edəcək futbol komandalarının sayının artırılması barədə qərarından sonra Bakının “Neftçi”si də 1960-cı ildə güclülər dəstəsində öz yerini bərpa etdi. Ələkbər Məmmədov heç fikirləşmədən təcili Azərbaycana qayıtmaq, idman karyerasını doğma komandasının heyətində davam etdirmək arzusundan əl çəkmədi. Təbii ki, ayrılmaz dostu Yuri Kyurnetsov da onunla birlikdəydi. Məhz Ələkbər Məmmədovun təkidi və xahişi ilə “Dinamo”nun futbolçuları A.Qolodest, İ.Morqunov, V.Baykov da Bakıya gəldilər. Məqsəd “Neftçi”nin heyətini gücləndirmək, komandanın mübarizə əzmini möhkəmləndirmək idi. Ələkbər bununla da kifayətlənmədi, əvvəlcədən nəzərdə tutduğu bir sıra futbolçuların – keçmiş bakılı dəri top ustalarının da doğma “Neftçi”nin heyətinə qatılmalarına zəmin yaratdı. Kazbek Tuayev, Aleksandr Trofimov, Ravil Cəlilov, Valeri Hacıyev və s. bu qəbildəndir.
Düzdür, komandamızın güclülər dəstəsindəki ilk çıxışları o qədər də ürəkaçan olmadı. Amma bu çətin çempionatda müxtəlif mərhələlərdən, enişli-yoxuşlu yollardan keçərək, təcrübə qazandı, möhkəmləndi, ən başlıcası, güclülər dəstəsində müqtədir komandalarla rəqabət apara biləcək bir dəyanətli kollektiv kimi formalaşdı. Az sonra heyətə bir sıra istedadlı gənc futbolçular axınının şahidi olduq; Sergey Kramarenko, Yaşar Babayev, Tofiq Axundov, Vyaçeslav Semiqlazov, Anatoli Banişevski, Vyaçeslav Şeyxov, Ruslan Abdullayev, Səməd Qurbanov, Mübariz Zeynalov, Nikalay Boqdanov və başqaları...
Bu qüdrətli futbolçu çox romantik, eyni zamanda təmiz xislətli və səmimi bir insandır. Bütün müsbət cəhətləri onun oyununda, davranışında əksini tapırdı. Ələkbər Məmmədovu meydançada izlədikcə dramatik vəziyyətlərin, gərgin ehtirasın, gərgin məqamların, nəhayətdə nikbin sonluğun canlı şahidinə çevrilirdik. Çox halda o, meydançanı mübariz qəhrəman kimi tamaşaçıların aramsız alqışları altında tərk edirdi. O, dörd dəfə SSRİ çempionu olmuş, SSRİ-nin əməkdar idman ustası və SSRİ-nin əməkdar məşqçisi fəxri adlarını almış yeganə futbolçumuzdur.
Yuri Kurnetsov bizimlə söhbət əsnasında bu ayrılmaz dostu barədə dedi: “İdman sahəsində, futbolda nəyə nail olmuşamsa Ələkbər Məmmədovun bunda böyük payı var. Gəncə “Dinamo”sundan “Neftçi”yə gəlişimdə də, buradan Moskvaya aparılmağımda da, həyatda düzgün mövqe tutaraq futbola əbədi bağlanmağımda da Alikin ciddi təsiri danılmazdır. Bunun üçün də ona ömrüm boyu minnətdaram. Ələkbər Məmmədovla 50 ildir ki, bir yerdəyik. Bir otaqda gecələmişik, bir qabdan xörək yemişik, bir-birimizin köynəyini-şalvarını geyinmişik. Bir-birimizə sədaqətimiz əbədidir. Odur ki, onu məndən yaxşı tanıyan yoxdur. Cəsarətlə deyirəm ki, Ələkbər Məmmədov Sovet məkanında mövcud olmuş ən parlaq futbol “ulduzları” sırasında özünə layiq şərəfli bir yerdə qərar tutub”...
Biz də bu gün böyük futbolçunun, görkəmli idman xadiminin şəxsi həyatına və futbolçu karyerasına ehtiram və məhəbbət ifadəsi olaraq italiyalı S.Buffonun təbiri ilə qeydlərimizə nöqtə qoyuruq: “Bravo, senyor, Məmmədov!”...
Fazil RƏHMANZADƏ
525-ci qəzet.- 2010.- 14 may.- S.8.