Firidun RüstəmlininKönül nəğmələri

 

Bu yaxınlarda şair pedaqoq Firidun Rüstəmlinin 70 yaşı tamam olur. F.Rüstəmli 1940-cı ildə Vedi rayonunun Avşar kəndində dünyaya gəlib. 1951-ci ildə ailəsilə birgə Ağcabədiyə köçməli olub. 44 il Bakıda Xətai rayonunun 165 saylı orta məktəbində çalışıb, pedaqoqun yetirmələri elmin müxtəlif sahələrində özünü təsdiqləyən mütəxəssislər kimi fəaliyyət göstərirlər. 2006-cı ildən təqaüdə çıxan F.Rüstəmli uzun illərdir pedoqoji fəaliyyətlə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. İndiyədək bir neçə kitabı çap olunan şairin son poetik yaradıcılıq nümunələriVektorNəşrlər Evində işıq üzü görənKönül nəğmələrikitabında toplanıb. Kitabın nəşrində şairin dostları Bəxtiyar Əkbərov, Zahiddin Abbasov, Əliş Əliyev, professor Elçin İsgəndərzadə şair Tofiq Abdinin önəmli rolu olub. Ön sözdə kitabın tərtibçiləri F.Rüstəmli ilə bağlı fikir düşüncələrini oxucularla bölüşüblər: Firidun müəllim öz vətənini, xalqını, millətini, ana yurdunu ürəkdən sevən poeziya vurğunu, gözəl, istedadalı bir şair olmaqdan əlavə, həm dostluqda son dərəcə sədaqətli, dost yolunda misilsiz fədakarlıq göstərən əsl qardaşdır”. Kitabın dostluq töhfəsi kimi oxuculara təqdim olunduğu da ön sözdə qeyd edilib. 

ŞairinKönül nəğmələrindəki şeirlər bir neçə bölümdə oxuculara təqdim edilib. İlk bölmədə F. Rüstəmlinin 1970-80-ci illərdə qələmə aldığı şeirlər toplanıb. Şairin bu illər ərzində qələmə aldığı şeirlərdə müxtəlif mövzular öz əksini tapıb. Ancaq şeirlərin əsas mövzusunu ana məhəbbəti, vətənin dərdlərini ürəyində çəkən bir vətəndaş təəssübkeşliyi, insan məhəbbəti, tənhalıq duyğuları, haqsızlıqlarla barışmayan şair qəlbinin düşüncə fəryadları təşkil edir.Salam, səksəninici illərbölməsindəki şeirlərdə daha çox şairin ictimai-siyasi dünyagörüşü, dünyada ölkədə baş verən proseslərə, hadisələrə münasibəti əks olunub. Bu bölmədəki şeirlərdə məhəbbət duyğularının tərənnümü öz əksini tapıb.

Azərbaycanın müstəqillik əldə etdikdən sonra üzləşdiyi problemlər, Qarabağ müharibəsinin ağrı-acıları, xalqımızın üzləşdiyi bəlalar, soydaşlarımızın başına gətirilən müsibətlər, şəhidlərimizin xatirəsinə dərin hörmət hissi, 20 Yanvar digər faciələrimizlə bağlı şairin qələmə aldığı şeirlər kitabınAğrılı 90-lar” bölməsində yer alıb. Kitaba F.RüstəmlininOnlar görüşmədi”, “Talesiz qadınYuxupoemaları da daxil edilib.

Dəyərli şair pedaqoqumuzu 70 yaşı münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür yeni yaradıcılıq uğurları arzulayırıq!

 

 

S.MÜRVƏTQIZI 

 

525-ci qəzet.- 2010.- 14 may.- S.7.