Firəngiz Əlizadənin “İntizar”ı yeni quruluşda

 

Heydər Əliyev Fondu yeni beynəlxalq musiqi layihəsiniçağdaş Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Firəngiz Əlizadəninİntizaroperasının yeni quruluşda premyerasını təqdim edib. Premyeraya dövlət başçısı İlham Əliyev xanımı Mehriban Əliyeva tamaşa ediblər.

Librettonun müəllifiÜnsYaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayevadır. Operanın yeni quruluşunu beynəlxalq bədii heyət hazırlayıb. Tamaşanın quruluşçu rejissoru MoskvaHelikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın xalq artisti Dmitri Bertman, quruluşçu rəssam Hartmut Şorqhofer, dirijor Vladimir Ponkin, xoreoqraf Edvald Smirnov, xormeyster xalq artisti Gülbacı İmanovadır. Operanın yeni quruluşu müasir Avropa musiqili teatr rejissurası prinsiplərinə əsaslanıb. Əsərdə Azərbaycan tarixinin yaxın keçmişində baş verən faciəli hadisələr, Xeyirlə Şərin əbədi mübarizəsi kimi ümumbəşəri mövzu öz əksini tapıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 14 may.- S.7.