Romada Alim
Qasımovla görüş
olub
İtaliyanın paytaxtı Romada Santa Çeçiliya Musiqi Akademiyasında Azərbaycanın
xalq artisti Alim Qasımov və onu müşayiət
edən ansamblla görüş keçirilib. Bu barədə Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat
verilib. Görüş Roma Musiqi Fondu
və Santa Çeçiliya
Konservatoriyasının layihəsi
əsasında Azərbaycanın
İtaliyadakı səfirliyinin
himayəsi ilə təşkil olunub. Azərbaycan muğamına həsr edilmiş görüşdə
iştirakçılara muğam,
Azərbaycanın qədim
musiqi alətləri barədə ətraflı
məlumat verilib, muğamlar, eləcə də xalq mahnılarından
parçalar səsləndirilib.
Tədbirdə musiqiçilərimiz iştirakçıların Azərbaycan
muğamı və milli musiqi alətlərimizlə
bağlı çoxsaylı
suallarını cavablandırıb.
Həmin gün Alim Qasımov və qızı Fərqanə Qasımova
Roma şəhərinin ən
böyük konsert salonu “Auditorium – Musiqi Parkı”nda ABŞ-ın “Kronos Quartet” qrupu ilə birgə “Azərbaycan gecesi” adlı böyük konsert proqramı təqdim edib.
SARA
525-ci qəzet.-
2010.- 14 may.- S.7.