Şeirimizin fəxri

 

Yunis ilə yoldaş olsun

Gəlsin Allahına gedən                           

Yunus Əmrə

 

Elə insanlar var ki, şeir onlardan istifadə edir ki, şeir olsun.Yəni, şeirin müəllifi onu yazan şair deyil. Şeirin müəllifi yazıldığı zaman bu zamanda mövcud olan cəmiyyətdir. Sadəcə olaraq şeir öz formasını almaq, aliləşmək üçün şairlərdən istifadə edir.

Mənim tanıdığım bir şair var-Zakir Fəxri. Şairin şeirlərini oxuyanda dərk etdim ki, Allah sözü ona görə yaradıb ki, o (yəni, söz) insan ürəyində Allahı yaratsın. Böyük Yunus Əmrəninbir mən vardır məndə, məndən içərikonsepsiyası özünü Zakir Fəxri yaradıcılığında tam olaraq əks etdirir. Böyük şairimiz Bəxtiyar Vahabzadənin (elə Zakir Fəxriyə ilk stimul verən şəxslərdəndir) gözəl bir şeiri var:

 

Yox-yox! Anasından doğulmur insan

Doğulur fikrindən, arzularından.

İnsanı böyüdür dərdlər, qayğılar

Axı hər insanın öz dünyası var.

 

Zakir Fəxrinin gördüyü yox,olmaq istədiyi Zakir Fəxri var ki, hərdən onunla dərdləşəndə ağrı-acısını gizlədə bilmir. olduğu kimi görünən, göründüyü kimi olan insanlar şairi qəribləşdirib. Şair isə qəribsəyəndə Allahın yanına qayıtmaq istəyir.Yəni öz gəldiyi yerə. Bayaq dediyimizşeiri şair yox, yaşadığı mühit yaradırkonsepsiyası burada öz dolğunluğunu göstərir.Cəmiyyətin şeiri-real insanla, ideal insan arasındakı fərqdir.O fərq Zakir Fəxridən keçəndə daha da hüznlü, kədərli görünür. Şair üçün bu dərd çox böyük nemətdir.Ona görə Zakir Fəxri onu salamlayır:

 

Göylərin yeddi qatından

Qəriblərin ovqatından

Qəmlərimin çatından

Keçib sinəmə tuş gəldin

Xoş gəldin dərdim,xoş gəldin.

 

Bu dərd şairə Allahdan verilmiş paydır. Bəlkə onu başqalarından fərqləndirən, başqalarının qarşısında əyilməz edən elə bu dərddir. Dərd Zakir Fəxri dünyasını da böyüdür, necə ki, Füzulini Füzuli edən məhz o olub. Füzuli (ya da Məcnun) üçün Leylidərdin simvolu idi, hansısa bir qız deyildi. Əgər ona çatacaqdısa bir növ Allahına qovuşacaqdı. Amma Məcnun dərdin köməyilə onu öz içində tapa bildi. Tapdığı cövhəri yaşadığı məkana,cəmiyyətə layiq görmədiyindən səhralara üz tutmalı olub. Məcnunun səhrada inkar etdiyi Leyli isə bir qız idi. Məcnun özLeyli”sindən uzaq olmamaq üçün bir qızı inkar etməli idi. ki, Zakir Fəxrinin şeirlərində bu poetik dərddən bir işartı hiss olunur. Fəxrinin Allaha can atmaq ,ona qovuşmaq dərdi var. Elə şair özü Füzuli vurğunudur. Bundan əlavə orta əsr İslam-Şərq filosoflarını da çox sevir.Əl Qəzali,Əl Nəsəfi,Yasəvi digərlərindən gətirdiyi sitatlar kamilliyin Zakir Fəxri zirvəsini bizə sübut etmiş olur. Əslində Bəxtiyar Vahabzadədən gətirdiyimiz sitat onun həyatını qismən olsa özündə əks etdirir. Biz isə ona görə yazdıq ki, Zakir Fəxri kədərində insana lazım olan sevinc, işıq var. Əziz oxucular, onun şeirlərini oxumaqla siz Allah dərgahına səyahət etmiş olacaqsınız. Yolunuz açıq olsun!

 

 

Elmin NURİZADƏ     

 

525-ci qəzet.- 2010.- 14 may.- S.6.