Göyçayda xalq şairi Rəsul Rzanın ev-muzeyi istifadəyə verilib

 

Xalq şairi Rəsul Rzanın Göyçay şəhərindəki ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub. APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, xalq şairi Fikrət Qoca R.Rzanın ev-muzeyinin açılışı münasibətilə ədəbiyyatsevərləri təbrik ediblər. Rəsul Rza yaradıcılığından, xalq şairinin həyat fəaliyyətindən bəhs edən natiqlər sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün doğulduğu Göyçay şəhərində ev-muzeyinin fəaliyyət göstərdiyini, orta məktəblərdən küçələrdən birinə onun adının verildiyini, büstünün qoyulduğunu diqqətə çatdırıblar. Əsaslı təmirdən sonra istifadəyə verilən muzeydə 700-ə yaxın eksponat, eləcə xalq şairinin foto şəkilləri rəsm əsərləri, kitabları, diplom mükafatları, onun şəxsi əşyalarından tar, ov tüfəngi, piano, çap makinası, qəlyan, eynək qorunur. Mədəniyyət turizm naziri Əbülfəs Qarayev muzeyin 18 May Beynəlxalq Muzeylər Günü ərəfəsində istifadəyə verilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Tədbirdə nazir Əbülfəs Qarayevə, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədova, ev-muzeyin direktoru Solmaz Həsənovaya, rejissor Əhliman Qafarova heykəltaraş Azad Zeynalova Beynəlxalq Rəsul Rza mükafatı təqdim olunub. Çıxışlardan sonra rəmzi qırmızı lent kəsilib şairin ev-muzeyi ilə tanışlıq başlayıb. Rəsul Rzanın ev-muzeyində şair yazıçıların yubiley tədbirlərinin, gənc yazarlarla görüşlərin, məktəblilərə ədəbiyyat dərslərinin keçirilməsi üçün şərait yaradılıb.

 

 

525-ci qəzet.- 2010.- 15 may.-S.17.