Mənim doğma vətənimmövzulu fotosərgi açılıb  

 

Dünən İçərişəhərdə yeni açılan İncəsənət Bağında Gənclər İdman Nazirliyinin təşkilatçılığı iləMənim doğma vətənimfotomüsabiqəsinin yekunlarına həsr edilən foto sərgi keçirilib. Sərginin açılışında çıxış edən gənclər idman nazirinin müavini İntiqam Babayev sərginin keçirilməsində əsas məqsədin ölkədə foto sahəsində istedadlı gənclərin üzə çıxması, bu sahəyə yaradıcı gəncliyin marağının artırılması olduğunu diqqətə çatdırıb: Bu sərgiAvropa: Ümumi İrsAvropa Mədəni İrs Günlərikampaniyası çərçivəsində, 2010-cu ilin aprel-may aylarında ölkənin əksər regionlarını əhatə edən gənc fotoqraflar arasındaMənim doğma vətənimmüsabiqəsinin nəticəsi kimi keçirilir. Fotomüsabiqə əsasən 16-24 yaş həddində olan gənclər arasında gerçəkləşib. Gənclər İdman Nazirliyi Fotoqraflar Birliyinin birgə təşkilatçılığə ilə keçirilən müsabiqəyə 1000-ə yaxın şəkil təqdim olunub ki, burada keçirilən sərgidə onlardan 400-ü seçilib. Sərgidən sonra münsiflər heyəti son qərarını verərək, qalib gəlmiş fotoşəkilləri İspaniyanın Barselona şəhərində dərc olunaraq bütün Avropa ölkələrinə yayılan kataloqda nəşr edilməsi üçün oraya göndərəcəklər”. İ.Babayev deyib ki, eyni zamanda qaliblər Gənclər İdman Nazirliyi Avropa Şurası tərəfindən diplomlarla təltif olunacaqlar.

 

 

S.QARAYEVA

 

525-ci qəzet.- 2010.- 15 may.- S.17.