100 yaşın mübarək, ustad!

 

Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti o vaxt belə adlanırdı) jurnalistika fakültəsinin II kursunda oxuyurdum. Ara-sıraBakı, “Azərbaycan gəncləri”, “Kommunist başqa qəzetlərdə şeirlərimlə, publisist yazılarımla çıxış edirdim. Ən çox sevə-sevə oxuduğum Nazim Hikmət, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Rəsul Rza idi. Nazim Hikmətin şeirlərini, Mirzə Cəlilin felyetonlarını, demək olar ki, əzbər bilirdim. H.Cavid o vaxt mənim üçün məslək, əqidə məktəbi idi. Yataqxanadakı otağımda H.Cavidin, Mirzə Cəlilin şəkillərini başımın üstündən asardım.

Bizim kursda Azərbaycan ədəbiyyatından rəhmətlik Qulu Xəlilov dərs deyirdi. Ondan hamı çəkinirdi. Günlərin bir günü mühazirə zamanı Qulu müəllim Rəsul Rzanın yaradıcılığı barədə özünəməxsus gəzişmələr etdi, sonra daonun bəzi şeirləri şeir deyil, sadəcə tapmacadır” – dedi. Auditoriyada 50-yə qədər tələbə vardı. Qulu müəllimdən başqa bir nəfərin nəfəs alması belə hiss olunmurdu. Professor dediyi fikri təsdiqləmək üçün R.Rzadan bir neçə misra misal gətirdi:

 

Pəncərəni örtürəm yanıram,

Açıram məni şimal küləyi qorxudur.

 

əlavə etdi: – Bu, tapmaca deyil,bəs nədir?!

Mən qeyri-ixtiyari, ucadan: – Müəllim, o, əla şeirdirdedim.

Qulu müəllim bunu eşidib: – Kim idi o?! Kim idi o?! Qalxsın ayağa görüm! – deyə səsini ucaltdı.

Uşaqların hamısı dönüb mən tərəfə baxdı. Mən istər-istəməz ayağa durdum. Qulu müəllim məni görüb: – , de görüm onun nəyi əladı? – dedi. Mən bir anlığa özümü itirdim. O mənə lap yaxın gəlib bir az da ucadan dedi: – De, de görüm!

Mən özümü toxtadıb Nazim Hikmətin bir şeirini oxudum:

 

Buludlar keçir,

Cənuba aparmayın məni

ölmək istəmirəm.

Ölmək istəmirəm,

Şimala aparmayın məni.

Şərqə aparmayın məni,

Ölmək istəmirəm.

Ölmək istəmirəm,

Qərbə aparmayın məni.

Məni burda qoymayın,

 Aparın bir yerə.

Ölmək istəmirəm,

Ölmək istəmirəm!

 

Sonra da: “ – Müəllim, Rəsul Rzanın o şeiri ilə Nazim Hikmətin bu şeiri eyni ruhda, eyni əhvalda yazılmış şeirlərdi. Əgər Rəsul Rzanın o şeiri şeir deyilsə, onda Nazim Hikmətin bu şeiri şeir deyil, tapmacadır” – dedim. Mənim sözümdən sonra ortaya bir sükut çökdü. Qulu müəllim nəfəsini dəribyaxşı, otur görək!” deyərək, bu söhbətin üstündən keçdi mühazirəsinə davam etdi.

Tənəffüsdə tələbə yoldaşlarımdanQulu müəllimin əlindən qurtara bilməyəcəksəndeyənlər oldu. Amma hər şey yaxşı qurtardı, çünki yay imtahanlarına çox ciddi hazırlaşmışdım.

Bir qədər sonra eşitdim ki, o vaxt yenicə işıq üzü görənSabir poeziyagünləri almanaxının I buraxılışında mənim şeirim çap edilib. Həmin şeirAzərbaycan gəncləriqəzetində dərc olunmuşdu. Şeirin almanaxa salınmasından mənim xəbərim yox idi.

Rəsul Rza kitaba yazdığı ön sözdə mənim şeirim barəsində fikir bildirmişdi. Mən artıq III kursda oxuyurdum. Xalq şairi R.Rzanın mənim haqqımda fikir söyləməsi, şeirimin almanaxda çap olunması tələbələr arasında mənə böyük şöhrət, hörmət gətirmişdi. Çoxları gəlib mənimlə tanış olurdu.

M.Ə.Sabirin heykəli önündə keçirilənSabir poeziya günləriərəfəsində Xəlil Rza məni Rəsul müəllimlə tanış etdi: – Rəsul müəllim, sənin qəhrəmanlarından biri bu igiddirdedi. Rəsul müəllimYa Allah, ya Allah” deyib əlimi sıxdı. Sonra diqqətlə gözlərimə baxıb əlavə etdi: – “İtib-batma, görün”.

Xəlil RzaRəsul müəllim Ensiklopediyada işləyir, istedadlı cavanların dayağıdı, yanına get” – dedi.

Sonralar mənEnsiklopediya”da Rəsul müəllimlə görüşüb ona səkkiz-on şeirimi təqdim etdim. Mən III kursda oxuyarkən xalq şairiAzərbaycan gəncləriqəzetində mənəUğurlu yolyazdı elə həmin gündən onunla dostlaşdıq. O günlərdə mənim sevincimin həddi-hüdudu yox idi. Bu sevinc dumanında göylərdə uçduğum bir vaxtda bizəestetika”dan dərs deyən Taryel müəllim mənə dedi ki, fəlsəfə kafedrasında professor (adını yazmıram) səni axtarır, təcili onun yanına get. Mən ertəsi gün gedib professoru tapdım. Dedim, müəllim, mən İslam Əhmədovam, məni çağırmısınız? Onun yanında başqa müəllimlər vardı. Professor mənə diqqətlə baxıb ucadan dilləndi:

– Ay oğul, sənə ayıb deyilmi, heç utanmırsanmı?!

Mən onun sözündən çaş-baş qaldım. Dedim: – Müəllim, olub, neyləmişəm axı?! O, mənim tutulduğumu görüb mülayim bir səsləotur, dedi əlavə etdi: – “Sənin ara-sıra şeirlərini oxuyuram, istedadlı cavansan. Öyrənmişəm ki, Qazaxdansan. A bala, bir bölük qazaxlı şair var. Niyə sənə Rəsul RzaUğurlu yolyazır? O, səni öz tərəfinə çəkəcək. Sən onun yoluna düşüb sərbəst yazacaqsan”.

Mənə aydın oldu ki, bu kişi Rəsul Rzanı sevən oxuculardan deyil. Professor məni bir qədər danlayıb yola saldı.

Mən universiteti qurtarana qədər ustadla tez-tez görüşərdim. Kitab pasajının üstündəki mənzilin qapısını rəhmətlik Nigar xanım Rəfibəyli açardı. Xoş gəlmisən”, – deyib Rəsul müəllimi səsləyərdi. Rəsul müəllim təbəssümlə məni qarşılayar, “Ya Allah, ya Allah” deyib, əl verərdi. Rəsul müəllimin balaca otağı vardı: “Bir yazı masası, bir çarpayı, divardan asılmış tar, küçəyə açılan pəncərə...”

Çox xeyirxah idi, böyük ürəyi vardı Rəsul müəllimin. Universiteti bitirəndə” – Təyinatını hara veriblər”, – dedi. Dedim: – “Mətbuat Komitəsinə”. “Marata zəng vuraram” – dedi. (Marat Allahverdiyev komitənin sədri idi)

O vaxt Mətbuat Komitəsinə təyinat almış tələbələrdən yeddisini korrektor, məni isə kiçik redaktor kimi işə götürdülər.

Rəsul müəllim mənim ilk kitabımı görmədi, artıq o, dünyasını dəyişmişdi...

Ölümündən bir il qabaq təsadüfən kitab pasajının yanında rastlaşdıq. Hal-əhval tutdu nədənsəAnarı tanıyırsan”, – deyə soruşdu. Mən: “Əlbəttə, AnarınMolla Nəsrəddin-66” kitabı hamımızın stolüstü kitabıdır” – dedim. Rəsul müəllim mavi gözlərində qürurmu, fəxarətmi, bilmirəm, bənzərsiz bir ifadə, çöhrəsində mülayim, arxayın, rahat bir təbəssümləAnar mənim oğlumdurdedi. Elə həmin gün bu şəklinin arxasını yazıb mənə bağışladı. Mən həmin şəkli böyük bir hədiyyə kimi evimizə apardım.

Dəfn günü bir damla kimi insan selinə qarışıb mən cənazənin arxasınca getdim.

O günlərdən 30 ildən çox vaxt keçib. Bu gün Rəsul Rza sağ olsaydı, bəlkə daha ürəkli, daha arxalı-dayaqlı olardım. Bu gün Rəsul Rza sağ olsaydı, bəlkə indiki sıxıntılarım olmazdı, işsiz qalmazdım.

 

Kəpənəyi əlindən qaçanda,

Qonşusu itini zəncirdən açanda

Evlərinin qarşısındakı çaydan

Toyuqlar ayaqyalın keçəndə

Ağlayan xoşbəxt olan

 

Raketlər xaraba qusanda

Ölüm ömrü pusanda,

Dəlik-deşik eyləyəndə

Planetimizi qaza-qaza

ağlaya bilməyən,

Öz-özünə

 

Yazıq sənə yazıq Rəsul Rzadeyən böyük Rəsul Rza!

100 yaşın mübarək!

Bir əzəmətli sal qaya kimi görürəm səni. Çox küləklər əsəcək, çox yağışlar yağacaq, çox günlər aylar doğacaq başın üstdən, ustad! Sən elə sal qaya kimi qalacaqsan!

 

 

İslam TÜRKAY

 

525-ci qəzet.- 2010.- 15 may.- S.16.