İnqilab Nadirlinin 70 illiyi Mahnı Teatrında qeyd edilib

 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında şair- dramaturq İnqilab Nadirlinin 70 illik yubileyi qeyd olunub. Ədəbi-bədii gecədə bir sıra ziyalılar elm xadimləri iştirak ediblər. Tədbirdə çıxış edən əməkdar elm xadimi Əli Nuriyev şairin həyat yaradıcılığından söhbət açıb, onun uzunmüddət dövlət orqanlarında göstərdiyi səmərəli xidmətlərindən danışıb. Akademik Adilə Namazova İnqilab Nadirlinin Kəlbəcərdə keçmiş raykomun birinci katibi olduğu vaxtlar mühüm işlər gördüyünü, onun rayonun daxili gücü hesabına saldırdığı yolun Qarabağ müharibəsi zamanı Laçın Kəlbəcər əhalisinin xilas yoluna çevrildiyini qeyd edib.

Sənətşünas Səadət Təhmirazqızı İ.NadirlininMuğamlı dünyamkitabından xüsusi söz açıb. O bildirib ki, ölməz şairimiz Bəxtiyar Vahabzadədən sonra muğam haqqında poema yazmaq çətin olsa da, İ.Nadirli bu işdə özünəməxsus uğur qazanıb.

Şair Dayandur Sevgin Yazıçılar Birliyindən yubilyara ünvanlanan təbrik məktubunu səsləndirib.

Gecədə çıxış edən xalq artisti Əlibaba Məmmədov İ.Nadirlinin fəaliyyətindən şəxsiyyətindən danışıb, ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə xalq artisti Hacı İsmayılov, əməkdar artist, tarzən Valeh Rəhimov, şairə Səadət Buta, şair Nizami Zöhrabi başqaları da çıxış edərək, yubilyarla bağlı düşüncələrini bölüşüb, onun ünvanına xoş sözlər söyləyiblər.

Ədəbi-bədii gecə gənc sənətçilərin ifaları ilə davam etdirilib.

 

 

Günel MUSAYEVA

 

525-ci qəzet.- 2010.- 18 may.- S.7.