Milli Qəhrəman Şahlar Şükürov doğum günündə yad edilib

 

ANIM MƏRASİMİNDƏ ŞAİR ZAKİR FƏXRİNİN QƏHRƏMANA HƏSR OLUNMUŞ “YAZA VƏ YOZA BİLMƏDİYİM YUXU” KİTABININ TƏQDİMATI KEÇİRİLİB  

 

Ötən gün Atatürk Mərkəzində Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin və Bakıdakı 47 saylı məktəbin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun xatirəsi yad edilib. Tədbirdə həmçinin görkəmli şair Zakir Fəxrinin qəhrəmana həsr olunan   Yaza yoza bilmədiyim yuxukitabının təqdimatı da keçirilib. Tədbirin aparıcısı, Birliyin rəhbəri Jalə Cəfərova kitabın təqdimatının mayın17-də – qəhrəmanın doğum günündə keçirilməsini onun ruhuna bəslənilən böyük ehtiramın təzahürü kimi qiymətləndirib. J.Cəfərova çıxışında qəhrəmanın şərəfli həyat yolundan söz açıb: “Polis mayoru Şahlar Şükürov 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində dünyaya gəlib. 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. Hərbi xidmətdən sonra bir müddət islah-əmək müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə iyulun 11-də Ağdərə rayonunun ərazisində erməni terrorçuları Tərtərdən Kəlbəcərə gedən 16 avtomaşından ibarət maşın karvanını gülləbaran edirlər. Gərgin döyüşlərdə həmin vaxt Zərdab rayon daxili işlər şöbəsinin rəis müavini işləyən polis mayoru Şahlar Şükürov da həlak olur”.

47 nömrəli məktəbin müəllimi Ziyəddin Göyüşov Z.Fəxrinin şəhid haqqında yazdığı kitabı Ş.Şükürovun ruhuna ucaldılan böyük abidə adlandırıb.

Təhsil nazirinin müavini İradə Hüseynova ulu öndər Heydər Əliyevin gələcək nəsilləri milli ruhda böyütməyin vacibliyi ilə bağlı fikirlərini xatırladıb: “Ümummilli liderimiz Heydər Əliyev həmişə deyərdi ki, gəncləri vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə etmək lazımdır. Milli ideologiyanın bərqərar olması üçün bu, vacibdir”. Nazir müavini məktəblərin belə tədbirlərin təşkilində aktiv iştirakını təqdir edib bundan digər məktəblərin örnək alacağına əminliyini bildirib.

Professor Qurban Bayramov Z.Fəxrinin yaradıcılığını yüksək dəyərləndirib Milli Qəhrəmana həsr olunan kitabı vətənpərvərlik hisslərinin tərənnüm olunduğu qiymətli nəşr adlandırıb: “Zakir Fəxrinin ürəyi həmişə vətən eşqi ilə döyünür. Bu yüksək ali hisslər onun bütün yaradıcılığında öz əksini tapıb. Zakir Fəxri Qarabağ müharibəsində qardaşını şəhid verib. Bütün bu amillər onun Qarabağ dərdini ürəyindən keçirərək qələmə almasını şərtləndirir. Şairin indi təqdim olunan kitabı haqqında qısa bir qeydlə fikrimi yekunlaşdırmaq istəyirəm: “Əziz qardaşım, sən bu yuxunu çox ləyaqətlə yazmısan yozmusan!”

Millət vəkili, yazıçı Aqil Abbas çıxışında milli qəhrəmanlarımızı təbliğ edən belə tədbirlərin bütün məktəblərdə keçirilməsi zərurətini önə çəkib: “Məktəblərdə belə mərasimləri tez-tez keçirmək lazımdır ki, Azərbaycanın gələcək nəsli kimlərin onların uğrunda canlarını qurban verdiyini, torpağımızı qorumaq naminə kimlərin öz həyatlarından keçdiyini bilsinlər. Azərbaycanın Şahlar kimi minlərlə öyülməli, təbliğ olunmalı oğulları var. Azərbaycan ailələri minlərlə qəhrəman oğul qızını torpaq yolunda qurban verib. Gənc nəsil bundan xəbərdar olmalıdır”.

Millət vəkili Cəmil HəsənliYaza yoza bilmədiyim yuxukitabını Ş.Şükürov haqqında qələmə alınmış qiymətli sinxroniya adlandırıb. Z.Fəxrinin yaradıcılığından söz açan millət vəkili belə kitabların gənclərin tərbiyəsində əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

Sözügedən məktəbin direktoru Aytən Bağırova Ş.Şükürova həsr olunan tədbirə şagirdlərin böyük həvəslə hazırlaşdıqlarını, rəhbəri olduğu məktəbdə vaxtaşırı milli qəhrəmanlara aid mərasimlərin təşkil olunduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Z.Fəxri Milli Qəhrəmanla şəxsi tanışlığından danışıb, onunla bağlı xatirələrini bölüşüb: “Şahlarla hər görüşüm yaddaşımda dərin izlər qoyub, bu illər bir dost kimi onu həmişə xatırlamışam. Sözünün yiyəsiydi. Sözə bütöv olduğu üçün ona inam da çox güclü idi. Münasibətlərində çox ehtiyatlıydı, aradakı pərdəni götürməzdi”. Z.Fəxri çıxışında sözügedən kitabı yazma məqsədini açıqlayıb: “Şahlardan yazmağıma səbəb onunla bağlı gördüyüm qəribə, qeyri-adi yuxu idi. Bundan sonra bu dünyada görə bilmədiyimiz, görüb anlaya bilmədiyimiz sirlərin mövcudluğuna bir daha məndə əminlik yarandı bu kitab ərsəyə gəldi”. Şair çıxışında yaxın gələcəkdə Qarabağ torpaqlarının erməni işğalından azad olunacağına, vətən uğrunda canından keçən qəhrəmanların narahat ruhlarının təskinlik tapacağına inandığını bildirib.

Sonda çıxış edən qəhrəmanın oğlu Sənan Şükürov atasının ruhuna göstərdikləri ehtirama görə, ailəsi adından tədbirin təşkilatçılarına iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə kitabdakı materiallar əsasında 47 saylı məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.  

Şairin təqdim olunan kitabında Milli Qəhrəmanla bağlı xatirələri, düşüncələri, Qarabağa, vətənə, şəhidlərimizə həsr edilən şeirləri Ş.Şükürovun fotoşəkilləri yer alıb.

 

 

SARA

 

525-ci qəzet.- 2010.- 18 may.- S.7.